Icma.az
close
up
RU
Azərbaycan Dili və Əlifbası Günü: Media və təhsil dilimizin qorunmasında necə rol oynayır? Media və təhsil dilimizin qorunmasında necə rol oynayır? RƏYLƏR

Azərbaycan Dili və Əlifbası Günü: Media və təhsil dilimizin qorunmasında necə rol oynayır? Media və təhsil dilimizin qorunmasında necə rol oynayır? RƏYLƏR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib. Bu tarix həm dilimizin zənginliyini və incəliyini, həm də onun keçdiyi inkişaf yolunu xatırlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Sovet dövründəki çətinliklərə baxmayaraq, Azərbaycan dili dərin tarixi kökləri və zəngin leksik fondu sayəsində öz varlığını qoruyub saxladı. Xüsusilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə qəbul olunan qərarlar dilimizin inkişafında dönüş nöqtəsi oldu. Xalqımız milli-mənəvi dəyərlərə sadiqliyini yazı sistemində də əks etdirərək müstəqil latın qrafikasına keçidi hədəflədi.

1980-ci illərin sonlarında baş verən Oyanış hərəkatı, dilçi alim Afad Qurbanovun təşəbbüsləri ilə dilin hüquqi status qazanması və əlifba dəyişikliyi məsələsi cəmiyyətin diqqət mərkəzinə çevrildi. Məhz onun təşəbbüsü ilə 1990-cı il avqustun 1-də Azərbaycan Əlifba Komissiyası yaradıldı və bu tarix simvolik olaraq bu günün əsasına çevrildi.

Prezident İlham Əliyev də bu sahədə ardıcıl siyasət aparır. Onun 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Sənəd dilimizin milli-mənəvi və hüquqi statusunun möhkəmləndirilməsinə xidmət edir.

Bəs bu gün ana dilimiz – Azərbaycan dili cəmiyyətdə yetərincə qorunurmu və onun saflığının təmin olunmasında media ilə təhsil sistemi nə dərəcədə effektiv rol oynayır?

Gununsesi.info-ya danışan Teleqraf İnformasiya Agentliyinin redaktoru, təhlilçi-jurnalist Ceyhun Alışlı bildirib ki, dilimizin qorunması və inkişafı üçün həm də onun təbii inkişafına şərait yaratmaq vacibdir:

“Ana dilimiz olan Azərbaycan dili mədəniyyətimizi, tariximizi və düşüncə tərzimizi gələcək nəsillərə daşıyan əsas vasitələrdən biridir. Bu baxımdan, doğma dilimiz yalnız ünsiyyət vasitəsi deyil, milli varlığımızın ali nişanıdır.

Bu gün – 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsasını 2001-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan müvafiq Fərmanla qoyulub. Ümummilli Lider bu sənədi latın qrafikalı əlifbaya keçidin ölkədə tam təmin olunduğunu və bunun müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq təsdiqləyib.

Ona görə də bu gün xalqımızın ruhuna, dilinə və milli kimliyinə bağlı olan hər kəsin günüdür. Hesab edirəm ki, hər il 1 avqust bizi bir daha düşünməyə çağırır:

Biz dilimizi necə qoruyuruq? Necə yaşadırıq? Necə inkişaf etdiririk və etdirməliyik?

Keçmişə nəzər saldıqda görürük ki, Azərbaycan dili uzun müddət öz mövqeyini qorumaq uğrunda ciddi sınaqlardan keçib. Xüsusən sovet ideologiyasının hökm sürdüyü dövrdə türkcədən uzaqlaşdırma cəhdləri dilimizin zəifləməsinə, hətta sıradan çıxmasına gətirib çıxara bilərdi. Lakin xalqımız bu təhlükənin qarşısını aldı və ana dilini yaşatmağı bacardı”.

Jurnalist vurğulayıb ki, hər bir dünya dili kimi Azərbaycan dili də düşüncə sistemimizin və varlıq formasının ayrılmaz hissəsidir:

“Müstəqillik illərində dilimiz özünün əsl dövlətçilik mövqeyinə yüksəldi. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dilini dövlət dili kimi tanıyır. Əlavə olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə dilin qorunması və inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.

Bu siyasətin davamı olaraq cənab Prezidentin iki gün əvvəl imzaladığı yeni Fərmanla Azərbaycan dili və ədəbiyyatına dair mühüm vəzifələr Mədəniyyət Nazirliyinə həvalə edilib. Bu sənədlə dil normalarına əməl olunmasına nəzarət, Azərbaycan dilinin inkişafı, eləcə də ədəbiyyatımızın xaricdə, xarici ədəbiyyatın isə ölkəmizdə təbliği artıq nazirliyin əsas fəaliyyət istiqamətlərinə daxildir. Bu, ana dilimizin qorunmasına verilən yüksək önəmin bariz nümunəsidir.

Əlbəttə, bu sahədə Dilçilik İnstitutu, media qurumları və təhsil müəssisələri də mühüm fəaliyyətlər göstərirlər. Lakin məsələ yalnız institutlar və rəsmi proqramlarla bitmir – burada hər bir vətəndaşın məsuliyyəti də əsas rol oynayır.

Dilimizin qorunması və inkişafı üçün həm də onun təbii inkişafına şərait yaratmaq vacibdir. Aydındır ki, texnoloji və informasiya çağında digər dillərdən alınma sözlərin dilimizə daxil olması qaçılmazdır. Lakin bu sözlərin filtirsiz şəkildə, dil qaydalarına uyğunlaşdırılmadan istifadə olunması Azərbaycan dilinin daxili harmoniyasını pozur. Ona görə də mütəxəssislərin iştirakı ilə yeni sözlərə qarşılıq tapmaq, terminoloji nəzarət sistemi formalaşdırmaq, dilimizin daxili potensialından istifadə etməklə onu zənginləşdirmək zəruridir.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır: dil tərbiyəsi ailədən başlayır. Əgər evdə valideyn uşaqla düzgün və estetik Azərbaycan dilində danışmırsa, məktəbdə müəllim fikrini sərbəst ifadə edə bilmirsə, bu, dilin təməlini sarsıdır. Dilin qorunması ailədə başlayır, məktəbdə formalaşır və cəmiyyətdə inkişaf edir”.

Ceyhun Alışlının fikrincə bu prosesdə mətbuatında rolu böyükdür:

“Bu gün media – qəzetlər, xəbər portalları, televiziya kanalları – cəmiyyətin dilə münasibətini formalaşdırır. Təəssüf ki, son dövrlərdə mətbuatda alınma sözlərin, qrammatik səhvlərin və ifadəsiz cümlələrin artması müşahidə olunur ki, bu da oxucunun dil zövqünü korlayır. Jurnalistlər, redaktorlar və aparıcılar bilməlidirlər ki, onların dilə münasibəti cəmiyyətin dil yaddaşına təsir göstərir. Ona görə də onlar ədəbi dil normalarına əməl etməli, terminlərlə ehtiyatlı davranmalı və dilin təmizliyinə xüsusi həssaslıqla yanaşmalıdırlar.

Bundan əlavə, sosial şəbəkələrdə yazılan statuslar, şərhlər və paylaşılan videolar da yeni nəslin dil təcrübəsinə təsir göstərir. Virtual məkanda da ədəbi dilin qorunması üçün maarifləndirici təşəbbüslər həyata keçirilməli, gənclər dilə qarşı məsuliyyətli münasibətə təşviq olunmalıdırlar.

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü hər birimiz üçün bir çağırışdır – yalnız dilimizi qorumaq deyil, onu yaşatmaq və inkişaf etdirmək zamanıdır. Ana dilinə sevgi və məsuliyyət hər birimizin vətəndaşlıq borcudur. Jurnalist, müəllim, şair, yazıçı, valideyn, tələbə – bir sözlə, hər kəs öz sahəsində dili yaşatmaq məsuliyyətini daşıyır.

Çünki Ana dilimiz bizim gələcəyimizdir, kimliyimizdir. Onun qorunması ilə milli-mənəvi bütövlüyümüz və dövlətimizin mədəni suverenliyi birbaşa bağlıdır”.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan dili cəmiyyətdə kifayət qədər qorunur, lakin bu sahədə hələ də müəyyən çatışmazlıqlar mövcuddur:

“Media və təhsil sistemi dilimizin saflığının təmin olunmasında önəmli rol oynayır, amma bu rol daha da gücləndirilməlidir. Təhsil müəssisələrində dilin tədrisinə xüsusi diqqət yetirilir, amma tədris metodlarının yenilənməsi və müasir çağırışlara uyğunlaşdırılması zəruridir. Müəllimlərin peşəkarlığının artırılması, dilin düzgün öyrədilməsi üçün vacib amillərdəndir.

Media isə həm müsbət, həm də mənfi təsir göstərir. Keyfiyyətli və ədəbi dil normalarına uyğun hazırlanmış verilişlər və materiallar dilin inkişafına təkan verir. Lakin bəzi kütləvi informasiya vasitələrində alınma sözlərin və qrammatik səhvlərin çoxluğu, dilimizin zəifləşməsinə səbəb olur. Sosial şəbəkələrdə isə bəzən ədəbi dildən uzaq ifadələr geniş yayılır ki, bu da gənclərin dil vərdişlərinə mənfi təsir göstərir”.

Deputat hesab edir ki, media və təhsil sisteminin qarşılıqlı əməkdaşlığı gücləndirilməli, bu sahədə birgə layihələr həyata keçirilməlidir:

“Hər iki sahədə çalışan mütəxəssislər arasında dialoq artırılmalı, dilin təmizliyi və inkişafı üçün vahid strategiya formalaşdırılmalıdır. Dövlət səviyyəsində də dilin qorunması ilə bağlı qanunvericilik və monitorinq mexanizmləri effektiv şəkildə tətbiq edilməlidir.

Ümumilikdə, Azərbaycan dilinin qorunması və inkişafı üçün həm təhsil, həm media, həm də cəmiyyətin bütün təbəqələri birgə səylə çalışmalıdırlar. Dilimizi sevən hər bir vətəndaşın bu prosesdə aktiv rolu olmalıdır. Yalnız bu halda ana dilimizin gələcək nəsillərə tam saflığı ilə çatdırılması mümkün olacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see257

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri