Icma.az
close
up
RU
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən mühüm mənəvi amildir

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən mühüm mənəvi amildir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir xalqın dili onun mədəniyyətinin, tarixinin və kimliyinin ən vacib təməl daşlarından biridir.  Fərqli xalqların dilləri onların tarixindən, yaşayış tərzindən və düşüncə dünyasından əks-səda verir. Bütün bunlarla yanaşı dil bir millətin özünü ifadə etməsinin, irsini gələcək nəsillərə çatdırmasının yeganə yoludur.

Heydər Əliyevin qətiyyəti ilə sovet dövründə Azərbaycan dili dövlət dili statusu almışdır

Xalqın dilindəki sözlər, deyimlər, mülahizələr və ifadələr onun düşüncəsini, intellektini, həyat tərzini və mənəvi dünyasını ortaya qoyur. Bu baxımdan dil “bir millətin ruhudur” desək, yanılmarıq. Ona görə ana dilini və eyni zamanda dilin saflığını qorumaq, xalqın mədəniyyətini və gələcəyini qorumaq deməkdir.

Bir dilin xalqın həyatında hansı rola malik olduğunu sovet dövlətinin ideoloqları da yaxşı bilirdilər. Ona görə də sovet rejimi xalların milli dəyərlərinə qənim kəsilərkən ilk növbədə onların dillərini hədəfə almış, ana dilində danışığın məhdudlaşdırılması ilə bağlı yazılmamış qaydalar müəyyən etmişdi. Məsələn, dövlət idarəetməsində ünsiyyətin, rəsmi yazışmaların yalnız rus dilində olması məcburi idi.

Ona görə SSRİ dövründə milli respublikalarda ana dili məsələlərinin gündəmə gətirilməsi böyük risk tələb edirdi. Sovet rəhbərliyi xalqların öz dillərinə xüsusi maraq göstərmələrinə isti yanaşmırdı. Bu baxımdan dillə bağlı sovet stereotiplərindən kənara çıxmaq təhlükəli idi. Yalnız Heydər

Əliyev kimi öz xalqının milli dəyərlərinə bağlı olan dahi şəxsiyyətlər sovet ideologiyasının hakim olduğu bir şəraitdə böyük cəsarətlə ana dili məsələlərini gündəmə gətirə bilərdilər.

Öncə onu qeyd edim ki, Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir tarixi dövrdə xalqımızın milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı əlindən gələni etmiş, bütün imkanları səfərbər etmişdir. O illərdə bu, olduqca təhlükəli olsa da, Heydər Əliyev Azərbaycan xalqının özünəməxsus dəyərlərini yad təsirlərdən, manqurtlaşmadan xilas etmək  böyük qətiyyət nümayiş etdirmiş, milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları cəsarətlə qorumuşdu.

Ulu Öndərin sovet dövründə milli irsimizlə bağlı qətiyyətli mövqeyi ana dilimizə olan münasibətindən də aydın görünür. Heydər Əliyevin rəsmi tədbirlərdə Azərbaycan dilində çıxışlara üstünlük verməsi onun respublikamıza birinci rəhbərliyi dövrünün əsas siyasi-ictimai hadisələrindən biridir. Eləcə də məhz Heydər Əliyevin qətiyyəti ilə sovet dövründə respublikamızda rəsmi dilin Azərbaycan dili olması konstitusion səviyyədə təsi edilmişdir. Belə ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.

Ana dilimiz müqəddəsdir

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilindən cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Bu sahədə yeni keyfiyyət mərhələsi isə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildikdən sonra başlamışdır. Məlumdur ki, müstəqil Azərbaycan Respublikasının ilk konsitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu, dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti olmuşdu. Bu məsələ konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə edilmiş və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Konstitusiyada respublikamızın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq, Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” ərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi ərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən ərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli ərmanına əsasən isə hər il avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndər Azərbaycan dili ilə bağlı demişdir: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı imzalanan sənədlər göstərir ki, Heydər Əliyevin bu sahədə əsasını qoyduğu işlər davam etdirilir, o cümlədən Ulu Öndərin tövsiyələri və ideyaları həyata vəsiqə alır.

Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, habelə dövlətimizin başçının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilinə, dilçiliyin inkişafına dövlət qayğısının bariz nümunələridir.

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan əlifbası və Azərbaycan dili günümüz mübarək olsun!

Səbinə Salmanova,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri