Icma.az
close
up
RU
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən mühüm mənəvi amildir RƏY

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən mühüm mənəvi amildir RƏY

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 avqust, AZƏRTAC

Hər bir xalqın dili onun mədəniyyətinin, tarixinin və kimliyinin ən vacib təməl daşlarından biridir. Fərqli xalqların dilləri onların tarixindən, yaşayış tərzindən və düşüncə dünyasından əks-səda verir. Bütün bunlarla yanaşı, dil bir millətin özünü ifadə etməsinin, irsini gələcək nəsillərə çatdırmasının yeganə yoludur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Səbinə Salmanova söyləyib.

Heydər Əliyevin qətiyyəti ilə sovet dövründə Azərbaycan dili dövlət dili statusu alınıb

Xalqın dilindəki sözlər, deyimlər, mülahizələr və ifadələr onun düşüncəsini, intellektini, həyat tərzini və mənəvi dünyasını ortaya qoyur. Bu baxımdan dil “bir millətin ruhudur” desək, yanılmarıq. Ona görə ana dilini və eyni zamanda dilin saflığını qorumaq xalqın mədəniyyətini və gələcəyini qorumaq deməkdir.

Bir dilin xalqın həyatında hansı rola malik olduğunu sovet dövlətinin ideoloqları da yaxşı bilirdilər. Ona görə də sovet rejimi xalqların milli dəyərlərinə qənim kəsilərkən ilk növbədə onların dillərini hədəfə almış, ana dilində danışığın məhdudlaşdırılması ilə bağlı yazılmamış qaydalar müəyyən etmişdi. Məsələn, dövlət idarəetməsində ünsiyyətin, rəsmi yazışmaların yalnız rus dilində olması məcburi idi.

Ona görə SSRİ dövründə milli respublikalarda ana dili məsələlərinin gündəmə gətirilməsi böyük risk tələb edirdi. Sovet rəhbərliyi xalqların öz dillərinə xüsusi maraq göstərmələrinə isti yanaşmırdı. Bu baxımdan dillə bağlı sovet stereotiplərindən kənara çıxmaq təhlükəli idi. Yalnız Heydər Əliyev kimi öz xalqının milli dəyərlərinə bağlı olan dahi şəxsiyyətlər sovet ideologiyasının hakim olduğu bir şəraitdə böyük cəsarətlə ana dili məsələlərini gündəmə gətirə bilərdilər.

Öncə onu qeyd edim ki, Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir tarixi dövrdə xalqımızın milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı əlindən gələni etmiş, bütün imkanları səfərbər etmişdi. O illərdə belə addımlar çox təhlükəli olsa da, Heydər Əliyev Azərbaycan xalqının özünəməxsus dəyərlərini yad təsirlərdən, manqurtlaşmadan xilas etmək üçün böyük qətiyyət nümayiş etdirmiş, milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları cəsarətlə qorumuşdu.

Ulu Öndərin sovet dövründə milli irsimizlə bağlı qətiyyətli mövqeyi ana dilimizə olan münasibətindən də aydın görünür. Heydər Əliyevin rəsmi tədbirlərdə Azərbaycan dilində çıxışlara üstünlük verməsi onun respublikamıza birinci rəhbərliyi dövrünün əsas siyasi-ictimai hadisələrindən biridir. Eləcə də məhz Heydər Əliyevin qətiyyəti ilə sovet dövründə respublikamızda rəsmi dilin Azərbaycan dili olması konstitusion səviyyədə təsbit edilmişdi. Belə ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdu.

Ana dilimiz müqəddəsdir

Dövlətiniz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilindən cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanılıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaradılıb. Bu sahədə yeni keyfiyyət mərhələsi isə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildikdən sonra başlanıb. Məlumdur ki, müstəqil Azərbaycan Respublikasının ilk konslitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti olmuşdu. Bu məsələ konstitusiya layihəsini hazırlayan komissiyada, televiziyada, mətbuatda, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə edilib və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Konstitusiyada respublikamızın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb.

Dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq, Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Həmin Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən isə hər il avqust ayının 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ulu Öndər Azərbaycan dili ilə bağlı demişdir: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.

Prezident İlham Əliyevin tərəfindən Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı imzalanan sənədlər göstərir ki, Heydər Əliyevin bu sahədə əsasını qoyduğu işlər davam etdirilir, o cümlədən Ulu Öndərin tövsiyələri və ideyaları həyata vəsiqə alır.

Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, habelə dövlətimizin başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ana dilinə, dilçiliyin inkişafına dövlət qayğısının bariz nümunələridir.

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günümüz mübarək olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri