Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Müstəqil, demokratik dövlətçiliyimizin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz tarixi xidmətləri danılmazdır. Bu gün sülh və əmin-amanlıq şəraitində yaşadığımız müstəqil dövlət Ulu Öndərin siyasi uzaqgörənliyinin, müdrikliyinin və qətiyyətli liderliyinin nəticəsidir. Xalqımız öz xilaskar övladı ilə daim qürur duyur.

Hər bir xalqın milli kimliyini, mənsubiyyətini və mədəni irsini müəyyən edən başlıca amillərdən biri ana dilidir. Azərbaycan dili də qədim tarixi, zəngin leksikası və poetik ifadə imkanları ilə seçilən dəyərlərimizdəndir. Tarixə nəzər saldıqda, Azərbaycan dilinin müxtəlif dövrlərdə dövlət dili kimi qəbul edildiyi, lakin bu statusun müxtəlif səbəblərdən uzunömürlü olmadığı aydın olur.
Dilimizin əsl inkişaf və yüksəliş mərhələsi isə bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycan dili daimi və hüquqi əsaslarla dövlət dili statusunu qazanmış və bu status qorunmuşdur. Bu, Ulu Öndərin xalq qarşısındakı ən böyük və əvəzsiz xidmətlərindən biridir.
1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə yeni Konstitusiyaya “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi təklif olunmuş və bu maddə həmin ilin 21 aprel tarixində Konstitusiyada təsbit edilmişdir. Bu təşəbbüs o dövrün siyasi reallıqları fonunda böyük cəsarət və milli iradənin ifadəsi idi.
Sovetlər birliyinin dağılmasından sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri ciddi siyasi və sosial sınaqlarla müşayiət olundu. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin liderliyi sayəsində dövlətçiliyimiz qorunub saxlandı, sabitlik və inkişaf təmin olundu.
Dahi Lider Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizə, o cümlədən ana dilimizə xüsusi həssaslıq göstərmişdir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili statusu bir daha təsdiqləndi. Bununla da dilimizin hüquqi müdafiəsi gücləndirildi, inkişafı üçün yeni mərhələ başlandı.
Heydər Əliyevin düşünülmüş və ardıcıl siyasəti nəticəsində Azərbaycan dünya birliyinə siyasi, iqtisadi və mədəni baxımdan inteqrasiya etməyə başladı. Ulu Öndərin təməlini qoyduğu dilçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər milli irsimizə göstərilən ehtiramın təzahürüdür.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri