Icma.az
close
up
RU
Azərbaycan dilinin Milli Korpusunu və Təbii Dilin Emalı modelini kim yaradacaq?

Azərbaycan dilinin Milli Korpusunu və Təbii Dilin Emalı modelini kim yaradacaq?

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun müddətdir ki, ölkəmizdə Milli Korpusun formalaşdırılması, Azərbaycan dili üçün Təbii Dilin Emalı modelinin yaradılması müzakirə predmetidir. İllər öncə RİNN-in dəstəyilə Dilmanc layihəsi çərçivəsində bu istiqamətdə müəyyən addımlar atılsa da, hazırda görünən odur ki ,ölkəmiz bu istiqamətdə xeyli ləngiyib. Bununla bağlı çox yazılıb.

Bu sahədə indiyədək pərakəndəlik müşahidə olunurdu, kimin buna cavabdeh olacağı məlum deyildi, əvvəllər formalaşmış resurslara  əlçatanlıq təmin edilməmişdi.
Bir neçə gün öncə Prezidentin təsdiqlədiyi Süni İntellekt Strategiyasında bu məsələlərə də aydınlıq gətirilib.
Strategiyada diqqət çəkən məqamlardan biri də Azərbaycan dilində böyük verilənlər bazalarının (Milli Korpusun) yaradılması, yüksəkdəqiqlikli dil modellərinin (Təbii Dilin Emalı) hazırlanması və azı 5 dövlət xidmətində bu texnologiyaların tətbiqinin nəzərdə tutulmasıdır.

Görəsən kim, hansı qurum bununla məşğul olacaq?

Strategiyadan görsənir ki, qeyd olunanların reallaşmasına əsas cavabdeh qurum  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi , digər icraçı qurum da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Müddət də 2026-28 ci illər nəzərdə tutulub.
Strategiyada bu istiqamətdə qeyd olunanların reallaşdırılması ilə bağlı hələlik adı çəkilən qurumların açıqlamaları olmayıb. Hansı işlərin görüləcəyi, hansı addımların atılacağı hələlik məlum deyil.
Görüləcək işlər isə hədsiz çoxdur.

TDE sistemləri süni intellekt modellərini "öyrətmək" üçün nəhəng dataya  ehtiyac duyur. Azərbaycan dilində müxtəlif mənbələrdən (xəbərlər, rəsmi sənədlər, sosial media, tədris materialları, lüğətlər, ensiklopediyalar, elmi ədəbiyyatlar və s.) toplanan və təmizlənmiş milyonlarla məlumatlardan ibarət Milli Korpus yaradılmalıdır. 

AZ-LLM qurulması üçün hansı addımların atılacağı, qlobalda mövcud olan modellərin Azərbaycan dilinə uyğunlaşdırılması və ya sıfırdan hazırlanması məsələsinə aydınlıq gətirilməlidir.
Düşünürəm ki, Azərbaycan dilinin qorunması və spesifikliyi baxımından, onun rəqəmsal mühitdə inkişafı, xüsusilə də təhlükəsizlik baxımından Az-LLM zəruridir.
Az-LLM Azərbaycanın süni intellekt sahəsində irəliləyişi üçün əsas baza olmalı və dilimizin qlobalda daha geniş istifadəsini təmin etməlidir.

Düşünürəm ki, Strategiyada nəzərdə tutulan 5 pilot dövlət qurumu olaraq ƏƏSMN, Ədliyyə Nazirliyi, DİN, ETN, VXSİDA, DVX, İRİA (myGov) və s. qurumlarda vətəndaşla ünsiyyətin qurulmasında, sənəd analizində, vətəndaşların suallarının avtomatik cavablandırmalarında, chatbotlar və məlumatların təsnifatında  və s. xidmətlər və  istiqamətlər üzrə  TDE texnologiyaları tətbiq etmək məqsədəuyğun olardı.

Ümid edirəm RİNN,  VXSİDA və  İRİA tezliklə maraqlı tərəfləri, aidiyyatı qurumları və universitetləri, tədqiqatçıları,  həmçinin bu sahədə müəyyən təcrübəsi olan biznes qurumlarını bir araya gətirərək bu istiqamətdə bir Yol Xəritəsi hazırlanmasına və icrasına  start verəcək.

Osman GÜNDÜZ,

Azərbaycan İnternet Forumunun prezidenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri