Icma.az
close
up
RU
“Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda müzakirə keçirilib

“Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda müzakirə keçirilib

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


QHT-lərə Dövlət Dəstəyi Agentliyi AMEA-nın tərəfdaşlığı ilə “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda QHT-lərin və alimlərin iştirakı ilə ictimai müzakirə təşkil edilib.
Newscenter.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyev 2025-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində, eləcə də bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin təmizliyini, onun zərərli təsirlərdən qorunmasını milli və strateji vəzifə olaraq qarşıya qoyub.
QHT Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov bildirib ki, Azərbaycan dili adi ünsiyyət vasitəsi deyil - o, tariximizin güzgüsü, milli əmanətdir: “Dil xalqın ruhudur. Dil zəifləyirsə, düşüncə zəifləyir. Dil korlanırsa, milli kimlik, özünüdərk də sarsılır. Məhz buna görə də Azərbaycan dilinin təmizliyi məsələsi yalnız filoloqların yox, bütün cəmiyyətin məsuliyyətidir. Bu gün qloballaşma, rəqəmsal media, sosial şəbəkələr, reklamlar və gündəlik danışıqda artan yad təsirlər Azərbaycan dilinin saflığı üçün ciddi çağırışlar yaradıb. Təəssüf ki, bəzən öz dilimizdə düzgün ifadə tapa bilmədikdə, yad sözləri dilə gətiririk. Bu isə tədricən dilin daxili sistemini aşındırır. Yüksək mədəniyyətli insana xas ən mühüm cəhətlərdən biri məhz doğma dilin layiqli şəkildə yaşadılması, onun inkişafı üçün əzmlə, fədakarlıqla çalışmaqdır”.
QHT Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq Fərmanla Agentliyə aidiyyəti dövlət qurumları ilə birlikdə QHT-lərin bütün növ maliyyələşdirilməsi üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak, müsabiqələri birlikdə təşkil etmək tapşırılıb: “2026-cı ildə Agentliyin müvafiq dövlət qurumları ilə birgə qrant müsabiqələrində Azərbaycan dilinin təmizliyinin qorunması əsas mövzulardan biri kimi qoyulacaq”.
Maarifçi Media Mərkəzinin sədri, tanınmış telejurnalist Səadət Məmmədova “Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu: vətəndaşlıq borcu, strateji məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, vətəndaş cəmiyyəti təmsilçiləri bu məsələdə fəallığını daha da artırmalıdır.
“Körpü” Türkman İrsi Mərkəzinin sədri Orxan İsayev dünyada 50 milyondan çox azərbaycanlının ana dili olan Azərbaycan dilinin qorunmasını milli məsələ adlandırıb.
Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Azərbaycan dilinə sevgi təkcə şüarlarda yox, danışıqda, yazıda, mediada, məktəbdə, ailədə öz əksini tapmalıdır. Sevda Tahirli müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçmiş QHT-lərin adlarında dilə xələl gətirən çoxsaylı nöqsanlara yol verildiyini diqqətə çatdırıb: “Biz monitorinqlərdə Azərbaycanda çox qəribə QHT adlarına rast gəlmişik. Məsələn, ““Azərdovşansaxlayan” Azərbaycan dovşançılıq və həvəskar heyvandarlar könüllü cəmiyyəti”. Bu, nə deməkdir?! Bəzi QHT-lərin adları QHT sektorunda bu gün aparılan dərin islahatların məzmununa, dilin qorunması barədə qaldırdığımız məsələlərə uyğun gəlmir. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin”.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova xaricdə yaşayan azərbaycanlılar üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə internet vasitəsilə ana dili kursları təşkil etdiklərini, Azərbaycan ədəbi dilinin öyrədilməsinə hələ də xaricdə böyük ehtiyac olduğunu bildirib.
“Obyektiv Milli Dəyərlərin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, tanınmış telejurnlist Mübariz Əsgərov efir məkanında dilin saflığından bəhs edərək bildirib ki, televiziya və radio kanalları, eləcə də rəqəmsal media platformaları Azərbaycan dilinin düzgün, səlis və norma daxilində istifadəsinin təmin olunmasında xüsusi məsuliyyət daşıyır. Bu səbəbdən media nümayəndələri dil mədəniyyətinin daşıyıcısı kimi çıxış etməli, aparıcıların, jurnalistlərin və proqram müəlliflərinin dil hazırlığına xüsusi diqqət yetirilməlidir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və digər dilçi-alimlər Azərbaycan dilinin tarixi, nəzəri tərəfləri, o cümlədən inkişaf təmayülləri barədə ətraflı məruzələr ediblər.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri