Icma.az
close
up
RU
Akademik Nizami Cəfərov: Azərbaycan dilinin saflığının qorunması vacibdir

Akademik Nizami Cəfərov: Azərbaycan dilinin saflığının qorunması vacibdir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 noyabr, Günel Alıyeva, AZERTAC

Hər bir dil tarixi inkişafının bütün mərhələlərində mühafizəyə və qorunmağa ehtiyac duyur. Bunun əsas səbəbi dünyada müxtəlif mədəniyyətlərin və dillərin mövcudluğu, onların qarşılıqlı təsirinin isə daim davam etməsidir. Bu təsirlər isə iki əsas formada özünü göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib.

Akademikin sözlərinə görə, birinci təsir növü beynəlxalq xarakter daşıyan və ya müəyyən regionda ümumi ünsiyyət dili kimi çıxış edən mədəni dillərin təsiridir. Bu dillərdən digər dillərə terminlər, ifadə vasitələri keçir və bu proses, əsasən müsbət hal kimi qiymətləndirilir. Lakin bu təsir müəyyən həddi aşarsa, dilin daxili sisteminə dağıdıcı təsir göstərə bilər.

İkinci halda isə dil bütövlükdə təsir altına düşür: əvvəlcə öz söz ehtiyatını itirir, daha sonra qrammatik imkanları zəifləyir və nəticədə həmin dil tədricən yoxa çıxa bilər.

“Ən dağıdıcı təsirlər daha çox siyasi xarakter daşıyır. Məsələn, uzun müddət Azərbaycan dili və ümumilikdə türk dillərinin böyük bir qismi rus dilinin siyasi təsirinə məruz qalıb. Bu, imperiya siyasətinin nəticəsi idi: insanlar tədricən ana dilində təhsildən məhrum olur, digər dildə təhsil almağa məcbur qalırdı. Sovet dövründə rus dilinin dövlət idarəçiliyində aparıcı mövqedə olması səbəbindən hər kəs bu dili öyrənməyə meyilləndirilirdi. Nəticədə ana dili məişət səviyyəsinə qədər endirilirdi”, - deyə o qeyd edib.

Nizami Cəfərov buna görə dilin saflığının hər dövrdə qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yad ünsürlərin dilə ölçüsüz şəkildə daxil olması, xüsusilə də sürətli və nəzarətsiz axın təhlükə yaradır və dilin daxili balansını pozur.

Akademik qeyd edib ki, dilçilik və ədəbiyyatşünaslıq sahəsində çalışan bir mütəxəssis üçün Azərbaycan dili, türk dilləri və beynəlxalq terminologiya eyni dərəcədə əhəmiyyət daşıyır. Çünki dil haqqında elmi müzakirələrdə terminologiya təkcə Azərbaycan və ya türk dilləri ilə məhdudlaşmır və çox zaman beynəlxalq terminlərdən istifadə zəruri olur.

“Azərbaycan intellektual mühiti isə özlüyündə paralelliklərin çox olduğu məkandır. Uzun müddət terminologiyamıza ərəb dilinin təsir göstərməsi nəticəsində bir çox sözlər ərəbmənşəlidir, biz onları mənimsəmişik və bu, artıq problem yaratmır. Lakin paralel olaraq beynəlxalq terminlər də dilimizə daxil olur. Məsələn, bir vaxtlar “darül-fünun” ifadəsi işlədilirdisə, bu gün “universitet” deyirik; “mədəniyyət” sözü ilə yanaşı “sivilizasiya”, “kultura”, “kulturologiya” kimi anlayışlardan də istifadə olunur”, - deyə Nizami Cəfərov əlavə edib.

Akademik bildirib ki, hazırda dilimizdə Şərq–Qərb terminoloji paralelliyi xüsusilə güclüdür. Qərb terminləri beynəlxalq nüfuzuna görə daha geniş yayılır: “Bununla belə, mən hesab edirəm ki, terminologiyada əsrlərdir dilimizdə mövcud olan və xalq tərəfindən qəbul edilmiş sözlərə üstünlük verilməlidir. Çünki bu sözlər bizim tarixi yaddaşımızın və mədəni kimliyimizin bir hissəsidir. Ölkə başçısının də dediyi kimi, beynəlxalq terminlərdən imtina etmək mümkün deyil — müasir elmi və fəlsəfi anlayışların böyük qismi məhz həmin terminlərlə daha dəqiq ifadə olunur”.

Nizami Cəfərovun fikrincə, dilin qorunması məsələsi balans tələb edir: bir tərəfdən, ana dilimizin özünəməxsus və əsrlərlə formalaşmış terminləri qorunub saxlanmalı, digər tərəfdən isə beynəlxalq anlayışları ifadə etmək üçün zəruri terminlər qəbul edilməlidir. Məhz bu balans dilin həm müasirliyini, həm də milli kimliyini qorumağa imkan verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri