Icma.az
close
up
RU
Azərbaycan dinin dövlətdən ayrı olduğu, ancaq müxtəlif dinlərə ayrı seçkilik olmayan nümunəvi ölkədir

Azərbaycan dinin dövlətdən ayrı olduğu, ancaq müxtəlif dinlərə ayrı seçkilik olmayan nümunəvi ölkədir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan sosial varlıq kimi yaradılıb. Həm fərdlərin, həm də cəmiyyətin fərqli düşüncələri, mədəniyyətləri və onların dəyərlərindən əlavə, digər qruplarla birlikdə yaşamaq məcburiyyəti də var. Cəmiyyətlərin sülh və əmin-amanlıq içində birlikdə yaşaması üçün tolerantlıq önəmlidir. Əks halda, cəmiyyətdə yaşamaq çətin olar. İnsan cəmiyyətdən ayrı yaşaya bilmədiyi üçün ən fərqli olanlarla yaşamağı da bacarmalıdır. Müəyyən ortaq məxrəclər üzərində razılaşaraq, birlikdə yaşamağa səy göstərməlidir. Bu kontekstdə tolerantlıq, hörmət və dözümlülük kimi münasibət və davranışlar sosial birliyi gücləndirən mühüm amillərdir. İnsanın təbiətində hər zaman və hər yerdə sevilmək, hörmət etmək, hörmətlə qarşılanmaq hissi var. Bunları gözləyən insan tolerantlığı öz rəftar və davranışlarına daxil etməlidir. İnsan davranışının mahiyyəti kimi tolerantlığı əks etdirməlidir.

Con Lok, bir filosof kimi dinlərin həqiqət və xilas iddialarına necə baxmalıyıq sualını ortaya qoyurdu. Bu sual ondan ibarətdir ki, hansı dini inancları qəbul etmək daha rasionaldır? Bu və buna bənzər sualların cavabı, müxtəlif inanclarda həqiqəti və qurtuluş iddialarını araşdırmağı tələb edir.

Tolerantlıq, plüralizm kimi anlayışlar fəlsəfə, psixologiya, sosiologiya, antropologiya, politologiya və dini elmlərdə fərqli mənalar daşıyır. Azərbaycan dini və milli tolerantlığın yüksək səviyyədə olduğu dünyada bəlkə də ilk sırada olan ölkədir. Çünki biz azərbaycanlılar Azərbaycanda yaşayan heç bir millətin, heç bir dinin nümayəndəsinə qarşı ayrıseçkilik etməyəcək qədər böyük bir millətik.

Xatırlamıram ki, hansısa bir azərbaycanlı Azərbaycanda yaşayan əcnəbiyə desin ki, “nə var gəlmisiniz, gedin, öz ölkənizdə yaşayın”... Baxmayaraq ki, biz bu ifadələri başqa ölkələrə gedəndə çox eşidirik. Və yaxud biz azərbaycanlılar hansısa dinə itaət edən birisini öldürək, sıxışdıraq, yuxarıdan aşağı baxaq. Bu kimi hallar Azərbaycanda olmayıb, ola da bilməz. Çünki bizim içimizdə insanlığa qarşı sevgi var. "Bu şəxs xristiandır, bu şəxs yəhudidir, bu şəxs krişnadır" deyib, insanları dinlərə bölmürük. Əksinə, inancları öyrənməyə çalışırıq. Məsələn; bir müddət əvvəl “Qırmızı Qəsəbəyə” yolum düşmüşdü. Dağ yəhudilərinə məxsus sinaqoqda oldum. Bu, mənim üçün olduqca maraqlı təcrübə idi...

Dağ Yəhudiləri Muzeyi, Qırmızı qəsəbə - Quba

Təəssüf olsun ki, biz müsəlmanlara qarşı bütün dünyada bir ayrı-seçkilik var. Xristian ölkələrin bəziləri xristian təəssübkeşliyi edirlər...

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda milli və dini ayrı-seçkilik demək olar ki, tamamilə aradan qaldırılıb. Ölkədə müxtəlif xalqların və millətlərin nümayəndələri yaşasalar da, müxtəlif dinlərə xidmət edilsə də, ancaq məqsəd birdir: Azərbaycan dövlətinin mövqeyi, inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmlənməsi və bu yönümdə fəaliyyət göstərmək.

Tahir Rzayev

Deputat qeyd edib ki, bu səbəbdən də, tolerantlıq istiqamətində həyata keçirilən tədbirlər və yürüdülən siyasət bu gün xalqları və millətləri birləşdirir və onlar ən xoş, sevincli, ən kədərli anlarda bir yerdə olduqlarını nümayiş etdirirlər.

“Bu, özünü Vətən müharibəsi dövründə aydın şəkildə göstərdi. Bütün millətlərin və xalqların nümayəndələri, eləcə də din xadimləri bir yerdə olduqlarını bəyan etdilər və Azərbaycanın haqlı mübarizəsində yekdil mövqedə oldular. Dünən də belə idi, bu gün də belədir. Bu, Azərbaycanın ən böyük uğurlarından biri sayılmalıdır. Bu, həm də dinlərə və millətlərə hörmətin nümayişidir”-deyən Tahir Rzayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, onun çıxışlarında ifadə olunan fikirlər və tapşırıqlar insanların ümumi səfərbərliyini təmin etməklə bərabər, həm də ölkənin inkişafına yeni töhfələr verir.

Tahir Rzayev qeyd edib ki, bu gün Azərbaycanda azərbaycanlı, rus, yəhudi, alman və digər xalqların nümayəndələri eyni mövqedən çıxış edirlər və onlar bilavasitə ölkənin siyasi kursunu, ölkədə həyata keçirilən mühüm tədbirləri dəstəkləməklə yanaşı, həm də öz sahələrində bunun təbliğatçısıdırlar.

Deputat bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, Azərbaycanda yaşayan istənilən dinin nümayəndəsi bir vətəndaş bu ölkənin sakinidir və bu ölkəyə xidmət etməyi özünə bir borc hesab edir.

“Ona görə də, Azərbaycan modeli bu gün dünya üçün bir nümunə göstərilir və bu, qürurvericidir. Ölkənin inkişafıdır. Xalqların dostluğunun, möhkəmlənməsidir və insanların rifah halının yaxşılaşdırılmasına yönəldilən bir amal əməldir”-deyə Tahir Rzayev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri