Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Azərbaycan müasir infrastrukturlu tranzit ölkədir

Azərbaycan müasir infrastrukturlu tranzit ölkədir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov son illər Azərbaycan iqtisadiyyatında nəqliyyat sahəsinin rolunun yüksək dərəcədə artdığını, sektorun ÜDM-dəki payının 6,5 faizə çatdığını bildirib. O, nəqliyyat sahəsində həyata keçirilən layihələrin müasir beynəlxalq çağırışlara uyğunlaşdırılaraq ətraf mühitin qorunması, dekarbonizasiyası, innovasiya, rəqəmsallaşdırılma kimi vacib məsələləri özündə ehtiva etdiyini vurğulayıb.

Nazir müavini ölkəmizin tranzit potensialının güclənməsi və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində müvafiq addımlar atıldığını, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunduğunu da diqqətə çatdırıb. “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri Tural Abbaslı isə dəmiryolu sistemində həyata keçirilən layihələrdən bəhs edərək Ələt-Astara dəmiryolu xəttinin 2027-ci ilədək tamamlanacağının gözlənildiyini, Orta Dəhlizin müəyyən hissəsinin dəyişən cərəyanla çfəaliyyət göstərdiyini, yaxın iki ayda isə dəhlizin Hacıqabul – Ucar hissəsinin dəyişən cərəyana keçəcəyini bildirib. O, Horadiz-Ağbənd dəmiryolu layihəsi üzrə indiyədək 75 kilometr yol çəkildiyini, Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldığını qeyd edib.

“Azərbaycan Hava Yolları” QSC-nin idarə rəhbəri Vasif Manaflı AZAL-ın hava gəmisi parkının orta yaşının 14 il olduğunu, belə vəziyyətin müştəri məmnuniyyətinin azalmasına, təyyarələrin istismar xərclərinin artmasına gətirib çıxardığını, nəticədə bu yöndə ciddi addımlar atıldığını xatırladıb. V. Manaflı daha sonra “Airbus” və “Boeing” şirkətləri ilə 2023-cü ildə 20-dən çox təyyarənin alışı ilə bağlı müqavilələr imzalandığını, yeni təyyarələrin isə 2032-ci ilədək AZAL-ın gəmi parkına daxil edilməsinin planlaşdırıldığını vurğulayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov çıxışında qeyd edib ki, ötən il Bakı şəhəri üzrə 476 min (2023-cü illə müqayisədə 6 faiz çox) sərnişin daşınıb. Bu dövrdə 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı keçən il 2160-a qədər artırılıb.

Yeri gəlmişkən, Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulub. Bundan başqa 165 elektrik avtobusu daşımalara cəlb edilib. Bu il özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi planlaşdırılıb. Paytaxtda nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı isə 2023-cü illə müqayisədə 43 faiz artaraq, təxminən, 2 min ədədə çatdırılıb. Metronun “Koroğlu”, “Gənclik” və “28 May” stansiyaları yaxınlığında nəqliyyat mübadilə məntəqələri istifadəyə verilib. Bakı şəhərində, təxminən, 1766 parklanma məntəqəsi üzrə 22 min 995 parklanma yeri təşkil olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi Asim Məmmədli isə bildirib ki, qurum tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlara uyğun ümumi uzunluğu 3 min 383 kilometr təşkil edən 44 adda avtomobil yolunun və bir adda hava limanının tikintisi layihələri reallaşdırılır. Şöbə rəisinin sözlərinə görə, bu yolların 1076 kilometri respublika əhəmiyyətli, 2 min 307 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır. Yerli əhəmiyyətli avtomobil yollarının 1248 kilometr təşkil edən hissəsi hərbi əhəmiyyətli dayaq nöqtələrinə aparan torpaq və çınqıl örtüklü təlimat və təxliyyə avtomobil yollarıdır.

AAYDA-nın şöbə rəisi Milli Biznes İnkişafı Forumunda təmsil etdiyi agentlik tərəfindən 2025-ci ildə bir sıra layihələrin icrasının nəzərdə tutulduğu barədə də məlumat verib: “Ağ Şəhər layihəsinin ikinci mərhələsində avtomobil yollarının və 8 Noyabr prospektində piyada körpüsünün tikintisi, Gədəbəydə 45,5 kilometrlik avtomobil yollarının, Yevlax rayonunda 3,5 kilometrlik, Pirşağı – Novxanı – Xırdalan avtomobil yolunun layihələndirilməsi, tikintisi və tikintisi prosesi ilə əlaqədar olaraq torpaqların dövlət ehtiyacları üçün alınması, kommunikasiya xətlərinin köçürülməsi planlaşdırılıb. Tovuz rayonunda Zəyəmçay üzərində yerləşən, eləcə də qəzalı vəziyyətə düşən yeni körpünün sökülərək tikilməsi, İsmayıllı rayonunun Qalacıq kəndini iki hissəyə ayıran Səngər çayı üzərində körpünün tikintisi, Daşkəsəndə 10,7 kilometrlik 3 layihənin icrası, Göygöl rayonunda 2 kilometrlik avtomobil yolunun təmiri, Gəncədə isə 42,3 kilometrlik avtomobil yolu şəbəkəsinin yenidən qurulması işləri nəzərdə tutulub”.

Yuxarıda sadalanan işlər deməyə əsas verir ki, respublikamızda ölkəmizlə bağlı olan bütün nəqliyyat marşrutlarının inkişafına daim xüsusi diqqət yetirilir. Bununla əlaqədar bir sıra mühüm layihələr və proqramlar reallaşdırılır. Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində də əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar çoxalıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub. Yazının əvvəlində vurğulandığı kimi, nəqliyyat sektorunun ÜDM-dəki payının 6,5 faizə çatması kimi müsbət göstərici əldə edilib.

Xatırladılan bu göstəriciləri isə bir sıra amillər şərtləndirib. Xüsusilə respublikamızın tranzit potensialının reallaşdırılması üçün icra olunan layihələr bu məsələdə son dərəcə əhəmiyyətli rol oynayıb. Belə ki, ölkəmizin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı gerçəkləşdirilən layihələr, habelə qlobal miqyaslı təşəbbüslər Azərbaycanı sosial-iqtisadi inkişafı sürətləndirməklə ölkəmizi mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.

Avtomobil yolları və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda və regionlarda beynəlxalq aeroportların, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayıb, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri