Icma.az
close
up
RU
Prezident İlham Əliyev daha bir diplomatik uğuru aktivinə yazdı

Prezident İlham Əliyev daha bir diplomatik uğuru aktivinə yazdı

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


"Azərbaycan lideri, Cənab Prezident İlham Əliyev daha bir diplomatik uğuru aktivinə yazdı. Bu günlərdə Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısında dünya liderlərinə xas davranış ortaya qoyaraq Azərbaycanın istər Avropa, istərsə də dünya üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha qlobal miqyasda sübuta yetirdi".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, polirtoloq Arzuman Muradlı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısını şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, Avropa liderləri tərəfindən Azərbaycan Prezidentinə olan sayğılı münasibət, Cənab İlham Əliyevlə ayrı-ayrı ölkə rəhbərlərinin görüşmək istək və arzuları kontekstindən bunu aydın görmək mümkün idi:
"Bu mənada Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Parlamentinin rəhbəri Roberta Metsolanın Prezident İlham Əliyevlə görüşmək barədə xahişi də xüsusi diqqət çəkilməli məqamdır. Xatirinizdədirsə, bir müddət əvvələ qədər Azərbaycanla Avropa arasında münasibətlər heç də rəvan deyildi. Bu da təbii ki, qarşı tərəfin Bakıya qarşı haqsız, ədalətsiz davranışından qaynaqlanırdı. Avropanın ayrı-ayrı siyasi təsisatlarının, hətta Avropa İttifaqının bəzi hallarda Azərbaycana qarşı nümayiş etdirdiyi qeyri-obyektiv yanaşma Bakını haqlı olaraq bu qitədən uzaqlaşdırırdı. Azərbaycanın Avropa ilə münasibətlərinin sərinləşməsi isə Bakıdan daha çox, elə qoca qitənin özü üçün ziyanlı tendensiya sayılırdı. Hər şeydən öncə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu nəzərə alınmalıdı idi. Elə bu xüsus Avropanı məcbur etdi ki, Azərbaycana qarşı ədalətsiz davranışlarını bir qədər korrektə etsin.Qeyd etdiyim kimi a Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Parlamentinin rəhbəri Roberta Metsolanın Prezident İlham Əliyevlə görüşmək xahişi də məhz bütün bunlardan qaynaqlanırdı".
Arzuman Muradlının sözlərinə görə, Avropada Azərbaycanın yeri və rolu nəzərə alınmaqla yanaşı, eyni zamanda Cənubi Qafqazda, hətta Mərkəzi Asiyada belə maraqlarının təmin olunmasında Bakının mühüm aktor rolu oynadığının fərqindədirlər.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 May 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri