Icma.az
close
up
RU
Azərbaycan diplomatiyasının uğurları davam edir

Azərbaycan diplomatiyasının uğurları davam edir

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan diplomatiyasının uğurları davam edir. Təcavüzkar Ermənistanın işğalçı siyasətinə son qoyaraq Cənubi Qafqazda yeni reallıqlar yaradan, bölgəyə sülh və sabitlik gətirən Azərbaycan öz diplomatiyasının və geosiyasi fəallığının əhatə dairəsini daha da genişləndirərək, həmçinin Yaxın Şərqdə də sülhün bərqərar edilməsində önəmli rol oynayan ölkələrdən birinə çevrilir. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi xüsusi məna daşıyır. Bu dəvət ilk növbədə onun göstəricisidir ki, Azərbaycan artıq nəinki regional diplomatiyada, həmçinin qlobal diplomatiyada da ön sıralarda yer almağa başlayıb.
Biz dünya mediasında "Beynəlxalq Sülh Sammiti" və ya "Qəzza Sammiti" adlandırılan Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevin iştirakına diplomatiyamızın yeni mərhələsinin təzahürü kimi baxmalıyıq. İlham Əliyevin oktyabrın ilk 15 günü ərzində 4 beynəlxalq sammitdə ardıcıl iştirakı onu göstərir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün daha da möhkəmlənir. Beynəlxalq proseslərdə fəal iştirakımız dünya birliyində yerimizi və rolumuzu gücləndirməyə xidmət edir. Bu kontekstdə Azərbaycan liderinin məhdud sayda dövlət başçılarının iştirakı ilə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi ölkəmizin artan nüfuzu və siyasi çəkisinin göstəricisidir. Bu, bir daha onu təsdiqləyir ki, Azərbaycan artıq tam olaraq qlobal siyasətdə “orta güc” mövqeyinə sahiblənib.
Donald Trampın İlham Əliyevi bu sammitə şəxsən dəvət etməsi həm də ABŞ-ın hazırkı rəhbərliyinin Azərbaycana xüsusi etimad və dəstəyinin göstəricisidir. Azərbaycan Prezidentinin yüksək fərdi diplomatik nüfuzu ölkəmizin Yaxın Şərqdə sülhə, əməkdaşlığa və həmrəyliyə əsaslanan yeni düzənin qurulmasında potensial iştirakçılardan birinə çevrilməsini təmin edir. Beləliklə, həm ABŞ rəhbərliyi, həm də "Qəzzada Sülh Planı"nın digər potensial iştirakçıları (Türkiyə, Misir və Qətər) Azərbaycanı Yaxın Şərq nizamlanmasında fəal rol almasında maraqlıdır. Bu da onu göstərir ki, Azərbaycan həqiqətən də Yaxın Şərq sülh prosesinin bütün tərəfləri üçün önəmli və arzuolunan tərəfdaşa çevrilib.
Azərbaycan islam həmrəyliyi çərçivəsində aparıcı müsəlman-ərəb ölkələri ilə birlikdə Yaxın Şərq böhranınına son qoyulmasında və Qəzzanın yenidən qurulmasında fəal rol oynaya bilər. Həm müsəlman ölkələri ilə, həm də İsrail ilə sıx münasibətlərimizin mövcudluğu ölkəmizin bu prosesdəki əhəmiyyətini və rolunu daha da artırır. Azərbaycan Fələstin dövlətini ilk tanıyan ölkələrdən biridir. Fələstinlilərə humanitar yardımların göstərilməsində ölkəmiz həmişə yaxından iştirak edib. Bu mənada bu gün dövlətimizin başçısının Qəzzanın (və bütövlükdə Fələstinin) gələcəyi ilə bağlı keçirilən beynəlxalq sülh sammitində iştirak etməsi Azərbaycanın müsəlman dünyasının ayrılmaz bir parçası kimi Fələstin məsələsində daim humanist və ədalətli mövqe nümayiş etdirməsinin nəticəsidir.
Yeni Suriyanın qurulmasında qardaş Türkiyə ilə birlikdə humanitar və diplomatik fəallıq göstərən Azərbaycan, Qəzzada sülhməramlı missiyanın həyata keçirilməsində və bölgənin bərpasında da yaxından iştirak edə bilər. Buna ölkəmizin müvafiq sahədə təcrübəsi və eyni zamanda, bütün tərəflərlə diplomatik-siyasi əlaqələri də imkan verir. Azərbaycanın Suriya-İsrail danışıqlarında vasitəçilik təcrübəsi Qəzza ilə bağlı məsələlərin həll edilməsinə də öz töhfəsini verə bilər. İstər Cənubi Qafqazda və Yaxın Şərqdə, istərsə də bütün dünyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan bu gün qlobal müstəvidə etibarlı tərəfdaş kimi tanınır, nüfuzlu aktorlardan biri kimi qəbul edilir.
Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın təklifi əsasında Qəzzaya dair sülh sazişinin imzalanması bütövlükdə regionda sülh və sabitliyin bərqərar olunmasına yol açır. Rəsmi Bakı israilli girovlarının və fələstinli məhbusların azad edilməsi də daxil olmaqla, ABŞ prezidentinin təklifi əsasında Qəzzada atəşkəs rejiminin davam etdirilməsini alqışlayır. Sammitin nəticələri Yaxın Şərqdə sülh və əmin-amanlıq şəraitinin təmin edilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Qəzzada sülhün və təhlükəsizliyin təmin edilməsi prosesinə Azərbaycanın da cəlb edilməsi ölkəmizin sülh və həmrəylik missiyasını təsdiqləyir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri