Icma.az
close
up
RU
30 ilik enerji diplomatiyasının uğurları və Azərbaycan Prezidentinin yeni hədəfləri

30 ilik enerji diplomatiyasının uğurları və Azərbaycan Prezidentinin yeni hədəfləri

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1994-cü ildə müstəqil Azərbaycan dövləti beynəlxalq neft şirkətləri və enerji  konsorsiumlarını dəvət edərək ilk neft-qaz sərgisini təşkil etməklə regionda böyük bir prosesin başlanğıcını qoydu. Enerji sərgisi mühüm hadisə kimi qısa bir vaxtda əsrin mübarizəsinin uğurlu salnaməsi olan "Əsrin müqaviləsi”nin imzalanmasına yol açdı.

Bununla da, Azərbaycan Respublikası dünya neft-qaz ailəsinə öz qapılarını taybatay açaraq Xəzər dənizini ilk dəfə xarici korporasiyaların birgə əməkdaşlıq məkanına çevirdi. Bu əlamətdar tarixi hadisə ilə həmyaşıd olan beynəlxalq neft-qaz sərgiləri həmin dövrdən etibarən qlobal enerji alyansının xoş ənənəsi kimi hər il Bakıda təkrarlanır.

Bu önəmli tarixə diqqət çəkən Prezident İlham Əliyev iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və "Baku Energy Forum”unun rəsmi açılış mərasimində Azərbaycanın keçdiyi bu şərəfli yola qısa tarixi baxış etdi.

Enerji siyasətinin misilsiz uğurlarından bəhs edərkən ilk növbədə, Ulu Öndər Heydər Əliyevin uzaqgörən müdrik zəkası ilə müəyyənləşən müstəqil Azərbaycan Respublikasının enerji doktrinasının yaratdığı reallıqlar xatırlandı. Dövlət başçısı tərəfindən vurğulandığı kimi, Azərbaycan olduqca mürəkkəb və gərgin siyasi fraqmentasiyalar fonunda "Əsrin müqaviləsi”ni imzalamaqla regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirərək enerjinin geniş beynəlxalq əməkdaşlıq platformasını qurdu, beynəlxalq neft-qaz ailəsinə inteqrasiyanın möhkəm təməllərini yaratdı.

Neft sazişinin imzalandığı zamanda Azərbaycanın xarici investorlar üçün riskli ölkə hesab edildiyinə diqqət çəkən cənab Prezident anti-investisiya imicinin dağıdılmasında və qlobal sərmayədarlar icmasında etibarın, güvənin qazanılmasında Heydər Əliyevin müəllifi olduğu mükəmməl siyasi kursun gətirdiyi misilsiz nailiyyətlərə toxundu. Yaradılan iqtisadi mühit və yürüdülən qətiyyətli islahatlar sayəsində dayanıqlı sabitlik və iqtisadi inkişaf təmin edildi.

"Bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir” deyən dövlət başçısı məhz neft müqaviləsinin uğurla icrasından sonra Azərbaycanın sabit iqtisadi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkəyə çevrildiyini əbəs yerə xatırlatmadı.

İnkişafın, tərəqqinin, rifahın əsas təməl prinsiplərindən biri olan elmtutumlu iqtisadiyyat quruculuğuna xüsusi önəm verən dövlətimiz neft gəlirlərini insan kapitalına və təhsilə yatırmaqla rəqabətqabiliyyətli, azad və rəqəmsal iqtisadiyyata keçidi sürətləndirməkdədir.

Ölkəmizin regionda yaratdığı yeni mühit ümumi inkişafa və rifaha xidmət edir.

Azərbaycan mükəmməl enerji diplomatiyası yürüdərək son 30 ildə həm də regionun tranzit-logistika qovşqaqlarında yeni geosiyasi xəritə tərtib edib, açıq dənizə çıxışı olmasa da, Avrasiyanın vacib nəqliyyat körpüsünə çevrilib. Eyni zamanda, enerji layihələrinin icrasından qazanılan güclü milli gəlir sütunlarına söykənməklə nəhəng nəqliyyat infrastrukturu yaradıb, Asiya və Avropa  coğrafiyasında bir çox ölkəni vahid logistika ideyası ətrafında sıx birləşdirib, Avrasiyanın enerji xəritəsini büsbütün zənginləşdirib.

Tərəfdaş dövlətlərlə birgə Xəzəri Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edən Azərbaycan 3600 kilometrlik nəhəng Cənub Qaz Dəhlizi enerji zəncirini qurub, eyni zamanda, bir çox ölkənin enerji təhlükəsizliyinə sərmayə yatırımı ilə öz geosiyasi statusunu möhkəmləndirib.  

Azərbaycan enerji resurslarını düzgün idarə etməklə investorlar, tranzit ölkələr və istehsalçılar arasında sarsılmaz etibar və inam qazanıb, 30 il əvvəlki riskli ölkə yanaşmasının üstündən xətt çəkərək yeni qürurverici enerji reallıqları yaradıb.

Pan-Avropa klubunu enerji gündəliyini indi rəsmi Bakı müəyyənləşdirir. Azərbaycan hazırda 12 ölkənin qaz təminatının fəal təchizatçısıdır və ötən il 25 milyard m3 ixrac rekordu ilə partyorlarında yanacağa olan ümidləri daha da artırır. Dövlətimiz ixrac şəbəkəsinin hüdudlarını genişləndirməklə digər ehtiyacı olan ölkələrin yanacaq sıxıntılarını da aradan qaldırmaqda iddialı və inadlıdır. Bu kursa uyğun olaraq bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsində olan Azərbaycan 2030-cu ilədək qaz ixracını 8 milyard m3 qədər artırmağı hədəfləyib və konsorsiumun üzvləri ilə birlikdə boru kəmərinin genişləndirilməsi strategiyası da bu niyyətə xidmət edir.

Mövcud möhkəm əməkdaşlıq blokunun yeni səhifəsi olan bərpaolunan resursların tranzitinin şaxələnməsində  də Azərbaycan öncül və təşəbbüskardır. Dünyanın ən nüfuzlu "yaşıl enerji” korporasiyaları ilə qurulmuş yeni təmaslar və bünövrəsi atılmış önəmli layihələr Azərbaycanın "yaşıl enerji” gündəliyi ilə bağlı iddialarının gerçəyə çevrilməsini təmin etməkdədır.

2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olmağı hədəfləyən Azərbaycan ümumi enerji istehsalında "yaşıl enerji”nin payını 35 faizdən də yüksək gücə çatdırmaqla, xarici investorlarla bərabər "yaşıl enerji”yə sərmayə qoymaq yolunda öz məsuliyyətli addımlarını atır. Ötən il keçirilən "Bakı Enerji Həftəsi” çərçivəsində 1000 meqavat "yaşıl enerji” həcmində müqavilələr imzalayan Azərbaycan yeni rekorda imza atmaq yolunda qətiyyətlə irəliləyir, 30-cu Enerji Həftəsi çərçivəsində imzalanan yeni sazişlər isə "yaşıl uğura” gedən yolun daha da möhkəmlənməsinə imkan verəcək.

Belə ki, yubiley sərgisində SOCAR ilə bir neçə xarici şirkəti arasında imzalanan Anlaşma Memorandumları "yaşıl enerji” sahəsində Günəş və Külək Elektrik Stansiyasının inşasını nəzərdə tutur. Həmin sazişlərin bir neçəsi işğaldan azad edilmiş ərazilərdə ‒ Cəbrayıl rayonunda Günəş elektrik stansiyasının tikilməsi ilə bağlıdır ki, bu da Qarabağ və Şərqi-Zəngəzurun artıq beynəlxalq enerji şirkətlərinin sərmayə planlarında daxil olduğunu təsdiqləyir.

Azərbaycan həm də enerjinin səmərəliliyi amilinə xüsusi diqqət ayırır, ənənəvi enerji istehsalının xəttini daha müasir və ekoloji təmiz enerjiyə keçid yönündə aparır. Bu prosesdə də yaxın partnyorları ilə əməkdaşlıq ailəsində humanitar dəstəkləyici rolunu artırır. Bu təməl isə ötən il COP29-da qoyulub. Həmin Konfransın "Bakı sıçrayışı” adlandırılması da təsadüfi deyil. Məhz Azərbaycan Prezidentinin əzmkar iradəsi və qəti mövqeyi sayəsində Qlobal Cənub və Qlobal Şimal arasında etimad körpüsünün təməli qoyuldu.

Ən mühüm nailiyyət kimi  "İtki və Zərər Fondu” Bakıda yaradılmaqla öz maliyyə yardımının anonsunu verdi, inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılması razılaşdırıldı. Bu təşəbbüsün müəllifi olan Azərbaycan isə kiçik ada dövlətlərinə  öz yardım paketini dayanıqlı şəkildə saxlamaqla, dəstəyini davam etdirəcək.

Beləliklə, 30-cu Bakı Enerji Həftəsi və Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın yazdığı yeni enerji gündəliyinin hədəflərini diqqətə çatdırmaqla, qlobal enerji icması arasında qarşıdakı dövrdə güclü etimad arxitekturasının qurulacağını anons etdi. Bakı Enerji Həftəsində çıxış edən xarici dövlətlərin nümayəndələri isə bir daha Azərbaycanın yerləşdiyi regionun geostrateji əhəmiyyətini, regionun lideri kimi qlobal enerji koalisiyasında dayanmadan artan nüfuzunu etiraf etdilər.

Ramid Namazov

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see194

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see144

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see143

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see137

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see135

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see135

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see134

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see131

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see130

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see130

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see129

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see125

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see125

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see120

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see118

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see116

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see116

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see115

Alkoqolun təhlükəsiz dozası yoxdur..!

08 Sentyabr 2025 23:46see114

Uğur qazanacaq bürclər Zəhmətlərinin bəhrəsini alacaqlar

09 Sentyabr 2025 03:21see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri