Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Enerji diplomatiyasının yeni uğurları

Enerji diplomatiyasının yeni uğurları

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Bakı Enerji Forumu Azərbaycanın nümunəvi tərəfdaş olduğunu bir daha təsdiqlədi

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Baku Energy Forumunda  Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi hadisələrdən biri də yeni tarixi sazişlərin imzalanması oldu. Enerji Həftəsi çərçivəsində SOCAR, TPAO, “Exxon Mobil Corporation”, MOL, ITOCHU və “Gran Tierra Energy” şirkətləri ilə imzalanmış sənədlər enerji sahəsində yeni əməkdaşlıq mərhələsinin başlandığını şərtləndirir.

2,9 milyard dollar dəyərində yeni investisİya sazişi...

Bakı Forumunda qlobal enerji ailəsi və Azərbaycan üçün əlamətdar sazişlərdən biri “Şahdəniz Kompressiya” layihəsi ilə bağlı yekun investisiya qərarının imzalanmasıdır. “Şahdəniz” konsorsiumu  tərəfindən imzalanan saziş Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni “Şahdəniz Kompressiya” (ŞDK) layihəsində yeni əməkdaşlıq üçün potensialların səfərbər olunmasını nəzərdə tutur.

Dəyəri 2,9 milyard dollar olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı gözlənilir. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə edilməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradılacaq. Layihənin yerli tikinti resurslarından və təcrübədən istifadəyə üstünlük verməsi Azərbaycanda iqtisadi artımın dəstəklənməsinə də töhfə verəcək.

Bp şirkətinin regional prezidenti Qari Counz sazişin əhəmiyyətindən danışarkən qeyd edib ki, layihə dünyanın ən böyük və mürəkkəb qaz yataqlarından biri olan “Şahdəniz”in qarşıdan gələn onilliklər ərzində qlobal iri enerji təchizatçısı kimi qalmasına və bu nəhəng yataqdan maksimum ümumi hasilat əldə etməyə imkan yaradacaq.

Azərbaycan Aİ üçün ən yaxın müttəfiqdir

Bakı Forumunu  nümunəvi tədbir kimi dəyərləndirən Avropa Komissiyasının Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə baş direktoru Kristina Lobillo Borrero bildirib ki, Azərbaycan həm bərpaolunan, həm də qazıntı yanacaqlarında fəal və örnəkverici tərəfdaş mövqeyi qazanıb.  Etibarlı partnyorların sırasında  Azərbaycan ən sadiq dövlət statusuna malikdir və bunu öz etibarlı təchizatçı fəaliyyəti ilə təsdiqləyib. Eyni zamanda, hazırda bərpaolunan enerjinin istehsalı və nəqli proseslərində də Azərbaycan Avropa İttifaqı üçün ən yaxın müttəfiqdir. “Yaşıl enerji”nin nəqli üzrə əldə edilmiş razılaşmalar da ona dəlalət edir ki, Bakı beynəlxalq koalisiyada təşəbbüskarlıq və liderlik üçün əlverişli məkandır. Yeni enerjiyə keçid strategiyası üzrə sıx əməkdaşlıq platformasında öncül ideyalarla çıxış edən Azərbaycan həm də şəffaflıq, təmiz texnologiya, təchizatın təhlükəsizliyi üzərində işləməkdə Aİ üçün ən yaxşı tərəfdaşdır.

Xarici şirkətlər Qarabağda

Azərbaycan enerjinin yeni səhifəsi olan bərpaolunan resursların istehsalında yüksək nəticələr əldə etməyə iddialıdır. Dünyanın ən nüfuzlu “yaşıl enerji” korporasiyaları ilə qurulmuş yeni təmaslar və bünövrəsi atılmış önəmli layihələr  Azərbaycanın “yaşıl enerji” gündəliyi ilə bağlı iddialarının gerçəyə çevrilməsini təmin etməkdədır. Ötən il keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində 1000 meqavat “yaşıl enerji” həcmində müqavilələr imzalayan Azərbaycan yeni rekorda imza atmaq yolunda qətiyyətlə irəliləyir, 30-cu Enerji Həftəsi çərçivəsində imzalanan yeni sazişlər isə “yaşıl uğura” gedən yolun daha da möhkəmlənməsinə imkan verəcək. Belə ki, yubiley sərgisində SOCAR ilə bir neçə xarici şirkət arasında imzalanan Anlaşma Memorandumları “yaşıl enerji” sahəsində Günəş və Külək Elektrik Stansiyasının inşasını nəzərdə tutur.

Həmin sazişlərin bir neçəsi azad ərazilərdə  - Cəbrayıl rayonunda Günəş elektrik stansiyasının tikilməsi ilə bağlıdır ki, bu da Qarabağ və Şərqi Zəngəzurun artıq beynəlxalq enerji şirkətlərinin sərmayə planlarına daxil olduğunu təsdiqləyir. Bu prosesdə  Çin, Körfəz ölkələri ilə yanaşı, Avropa dövlətləri də fəallıq göstərir. Ötən il Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzinin yaradılması nəzərdə tutulur. Bp şirkəti isə “Şəfəq” stansiyasını inşa edəcək. Həmçinin investorlar tərəfindən Laçın, Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə külək elektrik stansiyası və Zəngilan, Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi reallaşdırılmaqdadır. Bu baxımdan, Azərbaycanın enerji siyasətinin şaxələndirilməsi Qarabağ və Şərqi Zəngəzurun dünyaya inteqerasiyasını da təmin edəcək müdrik qərar hesab edilə bilər.

“Yaşıl körpü”-Xəzər-Qara dəniz-Avropa kabeli

“Yaşıl enerji” sektoruna yatırılan sərmayələr öz real təsdiqini yaşıl stansiyaların qısa zamanda ərsəyə gəlməsi ilə nəticələnməkdədir. Təkcə 2025-ci ildə 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə veriləcək, 200 meqavat gücündə üç günəş elektrik stansiyasının tikintisinə başlanılacaq. Ümumilikdə,  növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpaolunan enerjinin inkişafının birinci mərhələsi tamamlanacaq. Energetika naziri Pərviz Şahbazovun  sözlərinə görə, xarici şirkətlərlə imzalanmış 2,7 milyard dollar investisiya dəyəri olan yaşıl layihələrin icrası sayəsində bərpaolunan enerjinin payı 2027-ci ildə 33,7 faizə çatacaq. Hədəf bu göstəricini 2030-cu ildə 38 faizə, 2035-ci ildə isə 42,5 faizə yüksəltməkdir.

“Yaşıl enerji”nin ixracı ilə bağlı beynəlxalq əməkdaşlıq bloku da möhkəmlənir, Xəzər-Qara dəniz-Avropa kabelinin çəkilişi üçün hüquqi-iqtisadi planlar nəzərdə tutulan plan üzrə irəliləyir. Azərbaycan Prezidentinin əzmkar iradəsi sayəsində “yaşıl enerji”nin tədarükü və ötürülməsində ölkəmizin aparıcı mövqeyini təmin etməyə yönəlmiş strateji baxışına uyğun olaraq, hazırda Xəzər hövzəsini, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən genişmiqyaslı “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir.

Beləliklə, bərpaolunan enerji istehsalına rekord göstəricilərin əldə olunması növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 giqavatdan çox “yaşıl enerji gücü”nün 4 giqavatının ixraca yönəldilməsini təmin edəcək. Həmçinin “yaşıl enerji zonası” - Naxçıvanın 6 giqavat bərpaolunan enerji potensialının ən azı 1 giqavatı ixrac ediləcək.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:320
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri