Icma.az
close
up
RU
Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert Üzeyir Hacıbəyli və türk dünyasının musiqisi

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert Üzeyir Hacıbəyli və türk dünyasının musiqisi

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir Hacıbəyli və türk dünyasının musiqisi" adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Üzeyir Hacıbəylinin yaradıcılığının xalqımızın mədəni yaddaşındakı əhəmiyyətindən və onun əsərlərinin bu gün də sevgi ilə dinlənilməsindən danışıb.

Rafael Hüseynov qeyd edib ki, Azərbaycan xalqının iki böyük dahisi – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev – illərdir xalqımızın qəlbində əbədi yaşayır. XX əsrin əvvəllərindən etibarən bu sənətkarlar Azərbaycan mədəniyyətinin, musiqisinin və mənəviyyatının inkişafı yolunda əvəzsiz xidmətlər göstərib, milli dəyərlərimizi zənginləşdirərək yeni nəsillərə ötürüblər.

Sonra konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrə Qazaxıstan Milli Akademik Simfonik Orkestrinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, Əməkdar incəsənət xadimi Kanat Omarov rəhbərlik edib.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" ilə başlayıb. Sonra proqramda Türkmənistan, Qırğızıstan, Başqırdıstan, Qazaxıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan olan sənətçilərin əsərləri səsləndirilib.

Daha sonra Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova, solist Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov, vokal ifaçısı Nigar Əsgərova olub.

Sonda Ramil Qasımov Müslüm Maqomayevin “Radio marşı"nı ifa edib. Mahnının sözləri Rafael Hüseynova məxsusdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri