Icma.az
close
up
RU
“Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm konsert

“Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm konsert

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd olunur. Bu əlamətdar tarix münasibətilə keçirilən XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində 2025-ci il sentyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” adlı möhtəşəm konsert proqramı təqdim olunub.

Tədbirdən əvvəl Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı və onun milli musiqi mədəniyyətinə verdiyi töhfələr haqqında danışıb. O qeyd edib ki, Üzeyir Hacıbəyli ilə yanaşı, Müslüm Maqomayev də Azərbaycan xalqının mənəvi yaddaşında əbədi yaşayan sənətkarlar sırasındadır. Hər iki bəstəkarın əsərləri həm ölkədə, həm də ölkə xaricində bu gün də sevgi və ehtiramla səsləndirilir.

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Kollektivə Qazaxıstan Milli Akademik Simfonik Orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi, beynəlxalq müsabiqələr laureatı Kanat Omarov rəhbərlik edib.

Bayram ab-havalı proqram Üzeyir Hacıbəylinin “Koroğlu” operasından məşhur uvertüra ilə başlayıb.

Konsertin növbəti hissəsində Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Kollektivin bədii rəhbəri Azərbaycanın Xalq artisti Gülbacı İmanova, solistlər isə Əməkdar artist Ramil Qasımov və vokal ifaçısı Nigar Əsgərova idi.

Konsertin proqramında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə yanaşı, türkdilli ölkələrin – Türkmənistan, Qırğızıstan, Başqırdıstan, Qazaxıstan, Tatarıstan, Türkiyə və Özbəkistanın tanınmış bəstəkarlarının əsərləri də yer alıb. Belə ki, tamaşaçılara Ravshan Nepesovun (Türkmənistan) “Vrata”, Balasaqın Musayevin (Qırğızıstan) “Koş kayruk”, Leyla İsmaqilovanın (Başqırdıstan) kuray və orkestr üçün yazılmış “Sirlər” adlı simfonik səhnəsi təqdim olunub. Bu əsərdə kuray ifaçısı kimi Artur Qaysarov çıxış edib. Kuray – başqırdların fleyta tipli milli nəfəs alətidir.

Daha sonra Artık Toksanbayevin (Qazaxıstan) “Jarılkasın”, Raşid Kalimullinin (Tatarıstan) “Novruz” rəqsi, Eray İnalın (Türkiyə) bağlama və simfonik orkestr üçün bəstələdiyi “Qara torpaq” adlı əsəri səsləndirilib. Bu ifada bağlama solisti kimi Aləm İsayev çıxış edib. Bağlama – saz tipli simli türk alətidir.

Konsertdə həmçinin Akmal Safarovun (Özbəkistan) məqam əsaslı simfonik rəqsi təqdim olunub.

Ən duyğulu və təsirləndirici məqam isə Faiq Sücəddinovun sözləri Rafael Hüseynova məxsus olan “Rekviem – Üzeyir ulduzu” adlı əsərinin səslənməsi idi.

Tədbirin sonunda təntənəli surətdə Müslüm Maqomayevin “Radio marşı” səsləndirilib. Mahnının sözləri akademik Rafael Hüseynova məxsusdur. Bu əsər xüsusi olaraq Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə solist, xor və simfonik orkestr üçün yeni orkestr redaktəsində təqdim olunub. Bu yeni möhtəşəm versiyanın müəllifi Azərbaycanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yulizana Kuxmazovadır. Qeyd edək ki, əsər üzərində iş çox qısa vaxt müddətində ərsiyə gəlib.

“Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” adlı bu konsert proqramı bir daha sübut etdi ki, Üzeyir Hacıbəylinin yaratdığı milli musiqi ənənəsi bu gün də ölkənin musiqi mədəniyyətini birləşdirən dəyərlərdən biridir. Festival çərçivəsində keçirilən bu tədbir türk dünyasının mədəni inteqrasiyasına böyük töhfə verməklə yanaşı, Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.

Aytən Baxşiyeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas

“Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” - XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm konsert

“Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” - XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm konsert

“Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” - XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm konsert

“Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” - XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm konsert

“Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” - XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm konsert

Şəkil sayı: 5

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri