Icma.az
close
up
RU
Azərbaycan dövləti ana dilimizin mötəbər himayədarıdır

Azərbaycan dövləti ana dilimizin mötəbər himayədarıdır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan ədəbi dilinin saflığının qorunması və zənginləşdirilməsi, onun işləkliyinin yüksək səviyyədə təmin edilməsi müstəqil dövlətimizin milli-mənəvi dəyərlərimizin himayə edilməsi ilə bağlı siyasətində önəmli yer tutur. Bu sahədə Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyini elmi-mədəni ictimaiyyət məmnunluq və minnətdarlıqla dəstəkləyir.

Dövlət başçısı Azərbaycan dilini milli kimliyimizin, dövlətçiliyimizin və mədəni suverenliyimizin əsas dayağı kimi qiymətləndirir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Ana dilimizin qorunması, həm şifahi, həm də yazılı formada düzgün işlədilməsi, zənginləşdirilməsi, cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi ilə bağlı dövlət dil siyasətini ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ardıcıl və uğurla davam etdirir.

Prezidentin bu sahədə imzaladığı konseptual sənədlər, verdiyi göstərişlər, qarşıya qoyduğu tələblər müsbət nəticələrini verir. Naxçıvan və Mingəçevir şəhərlərində “Ana dili” abidələrinin ucaldılması da Azərbaycan dilinə göstərilən yüksək ehtiramın və qayğının timsalıdır. Ölkə rəhbəri İlham Əliyevin müxtəlif məclis və görüşlərdəki çıxışları zamanı Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə və ümumilikdə, milli kimliyimizə xüsusi qayğı ilə yanaşması ana dilimizə sevgi və ehtiramın ən yüksək nümunəsidir. Prezidentin rəsmi çıxışları və nitqləri ədəbi dilə həssas və ciddi münasibət örnəyidir.

Milli dilçilikdə mövcud problemlərin həlli məqsədilə Prezident İlham Əliyevin 2012-ci il 23 may tarixində imzaladığı sərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə qarşılıqlı əlaqələrinin araşdırılması, müasir dilçilik məsələlərinin nəzəri baxımdan öyrənilməsi, ana dilimizin keçdiyi inkişaf mərhələlərini dolğun şəkildə əks etdirən fundamental elmi əsərlərin hazırlanması kimi mühüm məsələlər öz əksini tapmışdır.

Dövlət başçısının 2013-cü il 9 aprel tarixli sərəncamı da Azərbaycan dilinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Bu sənəddə 2013–2020-ci illər ərzində qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinin təmin edilməsi, dilçiliyin dövlət səviyyəsində inkişafı, elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, dilçiliyin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, qədim dillərin tədqiqi, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi, tədrisi, lüğət tərkibinin zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığına nəzarətin artırılması, nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulmuşdur.

Eyni zamanda, kütləvi informasiya vasitələrində, televiziya və radio kanallarında, internet məkanında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulmasının qarşısının alınması, Azərbaycan dilində elektron resursların, interaktiv və rəqəmsal dərsliklərin hazırlanması da həmin sərəncamda xüsusi yer tutur.

Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı isə ana dilimizin inkişafı baxımından mühüm tarixi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Bu sənəd dilin normativ müdafiəsini gücləndirməklə yanaşı, müasir dil təhlükəsizliyi anlayışının qurumlaşmış əsaslarını formalaşdırmışdır.

Ana dili ilə bağlı məsələlərin davamlı nəzarət və himayəyə möhtac olduğunu Prezident İlham Əliyevin bu ayın əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibədə söylədiyi mülahizələr bir daha hamıya anlatdı. Dövlət başçısı həmin xatırlatmasında Azərbaycan dilinə münasibətini açıq və prinsipial şəkildə ifadə edərək bildirdi: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir”.

Bu həssas münasibət Prezident İlham Əliyevin dil məsələsinə yalnız mədəni deyil, strateji yanaşdığını göstərir. Burada dilin xarici təsirlərdən qorunması milli sərvət, dövlətin məsuliyyət daşıdığı fundamental dəyər kimi təqdim olunur. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, ədəbi dilin qorunması dövlətçilik məsələsidir və bu, təsadüfi deyil.

Prezidentin əməli fəaliyyətində gerçəkləşən dövlət dil siyasəti xalq – lider birliyinin möhkəm təməli üzərində qurulub. Bu anlamda dil həm kollektiv yaddaşı formalaşdırır, həm milli kimliyi möhkəmləndirir, həm də cəmiyyətdə birliyi təmin edən əsas vasitədir. Məhz bu səbəbdən dövlət başçısı dilin qorunmasını milli təhlükəsizliyin prioritet məsələlərindən biri kimi dəyərləndirir.

Müsahibədə diqqətçəkən məqamlardan biri də tarixi müstəmləkəçilik təcrübəsinə verilən qiymətdir. Prezident bu prosesi yalnız siyasi deyil, eyni zamanda, psixoloji və mədəni təsir kimi dəyərləndirir. Bu baxımdan dilin qorunması milli şüurun və mədəni müqavimətin əsas mexanizmi kimi təqdim olunur.

Prezident İlham Əliyev Azərbaycan dilinin tarixi davamlılığını xüsusi vurğulayaraq qeyd edir ki, bu gün danışdığımız dil ulu babalarımızın danışdığı dilin əsas mahiyyətini qoruyub saxlamışdır. Bu fakt Azərbaycan dilinin güclü fonetik və morfoloji sistemə, eləcə də möhkəm ədəbi ənənəyə malik olduğunu göstərir.

Dövlət başçısının xarici sözlərə münasibəti də diqqətəlayiqdir: “Dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”. Prezident beynəlxalq terminologiyanın zəruriliyini qəbul etsə də, əsassız, imitasiya xarakterli alınmaların dilin daxili harmoniyasını pozduğunu açıq şəkildə bildirir. Bu mövqe müasir dil təhlükəsizliyi anlayışı ilə tam uzlaşır.

Müsahibədə diaspor məsələsinə toxunulması Prezidentin dil siyasətinin yalnız ölkə daxilini deyil, qlobal miqyası əhatə etdiyini göstərir: “Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. ... Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər”.

Möhtərəm Prezidentin göstərişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün onlayn dil məktəblərinin yaradılması dilin nəsildən-nəslə ötürülməsi və milli bağların qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi işində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun üzərinə birbaşa məsul vəzifələr düşür. Bu milli məsuliyyəti dərindən dərk edən institutun kollektivi ana dilimizin düzgün və səlis istifadəsinin keşiyində dayanır, onun təbliği, qorunması, zənginləşdirilməsi və yad ünsürlərdən təmizlənməsi istiqamətində ardıcıl elmi araşdırmalar aparır.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlanması, toponimlərin mənşəyini araşdıran toponimika və Azərbaycan dilinin müasir işlənmə vəziyyətini kütləvi informasiya vasitələrində və ictimai mühitdə sistemli şəkildə elmi təhlil edən monitorinq və linqvistik təhlil şöbələrinin yaradılması və digər tədbirlər ana dilimizin saflığının və inkişafının təmin olunmasına xidmət edən mühüm addımlardır.

Azərbaycan dilinin qorunması və inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi dil siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısının ardıcıl və prinsipial mövqeyi Azərbaycan dilinin inkişafına elmi əsaslar qazandırır. Dilçilik İnstitutunda aparılan orfoqrafik tədqiqatlar, terminologiya işləmələri və dilin monitorinqi yönümlü araşdırmalar Prezidentin dil siyasətinin elmi dayaqlarını təmin edir və onun praktiki icrasına dəstək verir.

Dövlət başçısının müəyyən etdiyi strateji istiqamətlər çərçivəsində dil təhlükəsizliyinin təmin olunması və ədəbi dilin cəmiyyətdə mövqeyinin gücləndirilməsi üçün bir sıra əsas vəzifələr önə çıxır. İlk növbədə, media mühitində dilə struktur səviyyəsində məsuliyyət möhkəmləndirilməli, kütləvi informasiya vasitələrində ədəbi dil normalarına riayət olunması sistemli nəzarət mexanizmləri ilə təmin edilməlidir. Təhsil sistemində “dil təhlükəsizliyi” anlayışı ayrıca elmi-praktik istiqamət kimi formalaşdırılmalı, bu sahədə metodik və konseptual yanaşmalar hazırlanmalıdır.

Sosial şəbəkələrdə ədəbi dilin nüfuzunun artırılması məqsədilə elmi əsaslara söykənən tövsiyələr işlənib hazırlanmalı, xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan dilinin qorunması və tədrisi istiqamətində fəaliyyət göstərən onlayn dil mərkəzlərinin elmi-metodik bazası genişləndirilməlidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Prezidentin dil siyasətinin səmərəli icrasına və Azərbaycan dilinin inkişafına xidmət edir.

Göründüyü kimi, Prezident İlham Əliyevin dil siyasəti rasional və elmi əsaslara söykənir. Azərbaycan dilinin qorunması həm milli kimliyin, həm dövlətçiliyin təməli, həm də gələcək nəsillərin zəmanətidir və bu yanaşma ədəbi dilimizin güclü və rəqabətə davamlı inkişafına şərait yaradır.

Aynel MƏŞƏDİYEVA,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see315

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see297

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see295

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see245

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see213

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see212

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see210

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see208

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see206

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see206

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see204

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see202

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see200

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see198

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see186

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see182

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see178

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see178

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see169

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri