Icma.az
close
up
RU
Qüdrətli Azərbaycan dövləti

Qüdrətli Azərbaycan dövləti

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlumdur ki, 2003-cü ildən Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamı ilə 2020-ci ildə tarixi Zəfərinə, 2023-cü ildə suverenliyinin tam bərpasına qovuşan Azərbaycan indi daha böyük hədəflərə doğru addımlayır.

Xüsusilə qeyd etmək lazımdır ki, bu gün adı dünya miqyasında güclü ölkələr sırasında çəkilən Azərbaycanın nüfuzu getdikcə yüksəlir. Bunun da səbəbi ölkənin lideri, Prezident İlham Əliyevin tam müstəqil xarici siyasət yürütməsi, sözünə sadiq lider olmasıdır. Hazırda Azərbaycan həm beynəlxalq aləmdə və regionda, həm də daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi və geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, dövlətimizin başçısı təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, dünya miqyasında tanınan siyasətçidir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının təşəbbüsləri dünya miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əvəzsiz nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal təşəbbüsləri, mühüm təklifləri göstərmək olar. Məhz İlham Əliyevin qurduğu Azərbaycanın yüksəlişi, xalqın artan rifahı dünyada müşahidə olunan tendensiyalardan fərqlənir. Bu gün dünyanın əksər ölkələrində iqtisadi böhran, sosial gerilik halı yaşansa da, Azərbaycanda nə iqtisadi böhran, nə sosial gərginlik, nə də tənəzzül var. İlham Əliyev Prezident kimi fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilib, ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar vətəndaşların rifahının yüksəlməsinə, cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət edib. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının sonsuz etimadına səbəb olub. Prezident İlham Əliyev həm də Azərbaycanı dünyanın kosmik ölkələr ailəsinin üzvü edib. Bu gün orbitdə Azərbaycanın 3 peyki var. Ölkə lideri qlobal transmilli layihələrin müəllifi olaraq Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", "Orta dəhliz" kimi mühüm beynəlxalq nəqliyyat-tranzit layihələrinin fəal iştirakçısına çevirib. Onun müəllifi olduğu transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb, Azərbaycanı regionun enerji və nəqliyyat mərkəzinə çevirib. İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, sosial və institusional sahələrdə aparılan islahatlar da uzaqgörən və qətiyyətli liderliyin göstəricisidir. Müasir infrastruktur layihələri, regionların inkişafı və sosial rifahın artırılması bu siyasətin nəticələridir. İlham Əliyev Azərbaycanı balanslı, amma prinsipial mövqeyi ilə tanıdıb. Heç bir xarici təzyiqə boyun əyməməsi və milli maraqları hər zaman üstün tutması onun liderlik qətiyyətinin nümunəsidir. Bütün sahələrdə əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Məhz İlham Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan son iki ildə demək olar ki, dünyanın ən təhlükəsiz ölkəsi statusuna sahiblənib. "Global Terrorism Index 2025" (GTI) hesabatına görə, Azərbaycan ən təhlükəsiz ölkələr arasında yer alıb. Həyata keçirdiyi müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analizetmə, doğru qərarvermə bacarığı, uğurlu hücum diplomatiyası ilə ölkəmizi həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Müasir dünyamızın acı reallıqları fonunda İlham Əliyev coğrafi cəhətdən elə də böyük olmayan Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu ilə Azərbaycanın nüfuzu getdikcə yüksəlir.

Son illər Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədərdir. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır. Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrin sayının artmasını, müttəfiqlərinin coğrafiyasının genişlənməsini şərtləndirən əsas amil isə İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərimizdir. Bu savaşa qədər İlham Əliyev 30 illik erməni işğalını, erməni vandalizmini dünyaya çatdırmaq istiqamətində hücum diplomatiyası həyata keçirmiş və bu istiqamətdə xaricdəki bütün diplomatlarımız qarşısında ciddi tapşırıqlar qoymuşdur. Elə bir mötəbər təşkilat yox idi ki, İlham Əliyev o qurumların ali tribunasından Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsin. Əlbəttə ki, bu hücum diplomatiyasının uğurlu nəticəsi olmalı idi. Azərbaycan liderinin 2003-cü ildən həyata keçirməyə başladığı xarici siyasət kursu və hücum diplomatiyası 17 ildən sonra 2020-ci ildə böyük qələbə ilə nəticələndi. Azərbaycan haqq savaşını qazandı və 2023-cü ildə suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş oldu. Və bununla Azərbaycan regionda yeni reallıqlar yaratdı. Dünyanın əksər böyük dövlətləri İlham Əliyevin yaratdığı reallıqlarla barışdı, onları qəbul etdi.

Bir sözlə, İlham Əliyevin qətiyyəti təkcə iqtisadi qərarlarda, siyasi çıxışlarda, diplomatik gedişlərdə deyil, Qarabağ və Şərqi Zəngəzurda ucalan bayrağımızda əks olunur. Ən əsası, bu nümunə Prezident İlham Əliyevin siyasəti sayəsində özünün qüdrətli tarixini yaşayan Azərbaycan dövlətidir.

Bəhmən Əmirov,

YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri