Icma.az
close
up
RU
Azərbaycan dövlətinin parlaq qələbəyə gedən yolu çətin və keşməkeşli oldu

Azərbaycan dövlətinin parlaq qələbəyə gedən yolu çətin və keşməkeşli oldu

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Azərbaycan çoxəsrlik tarixinin ən parlaq qələbəsini erməni terrorizmi və onun havadarları üzərində 44 günlük Vətən müharibəsinə qalxaraq dünyanın gözü qarşısında əldə etdi. 30 ildən çox müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni vandallarını layiqincə məhv edərək onların rəhbərlərini kapitulyasiya aktı olan 9 noyabr 2020-ci il sənədini imzalamağa məcbur etdi”.
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Tarixi Zəfərimizin 5 illiyinə nəzər yetirərkən səsləndirib. O bildirib ki, Azərbaycan dövlətinin bu parlaq qələbəyə gedən yolu çətin və keşməkeşli oldu:
“Ordu yenidən quruldu. İllər boyu yeni silahlar alındı, ordu birlikləri formalaşdırıldı. Azərbaycan Ordusu NATO standartlarına keçdi. Türkiyənin də dəstəyi ilə yeni insansız uçan aparatlar alındı, ordumuz Türkiyə ordusunun təlim metodlarına tabe tutuldu. İsrail özünün yeni silahlarını, raket və pilotsuz uçan aparatlarını Azərbaycana verdi. Azərbaycan əsgəri də bütün yeni texnika və aparatların idarəsini yüksək keyfiyyətlə mənimsədi. Xüsusi təyinatlı birləşmələrin yaradılması isə Azərbaycan ordusunun şah damarını təşkil etdi. Daxili qoşunların, Milli Təhlükəsizlik qüvvələrinin və Ordunun xüsusi təyinatlı birləşmələri formalaşdırıldı. Ordu ən yüksək səviyyədə hazır vəziyyətə gətirildi. Artıq bütün ordu birləşmələri uyğun vəziyyətdə Ali Baş komandanın hücum əmrini gözləmə rejiminə keçdi”.
Azər Qasımov qeyd edib ki, 2020-ci il 27 sentyabr günü Ermənistanın yeni ərazilər ələ keçirmək məqsədilə baş verən hücumuna qarşı cavab tədbirləri üçün əmr verildi və Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçdi:
“30 ildən çox müddətdə ermənilər tərəfindən yaradılmış bütün müdafiə qurğuları qısa zamanda darmadağın edildi. "Ohanyan səddi" adlandırılan erməni ön cəbhəsi aşıldı. Ordumuz artıq bir-birinin ardınca işğalda olan kəndləri və şəhərləri azad etməyə başladı. Hücum zamanı ordumuzun işlətdiyi taktikalar sonralar dünya hərbi elmi tarixinə keçəcək, hərbi məktəblərdə öyrəniləcəkdi. Bunlardan ən maraqlısı Azərbaycan ordusunun ermənilərin Hava Hücumundan Müdafiə sistemlərinin yerini öyrənmək üçün işlətdikləri aldadıcı manevr idi. Azərbaycan ordusu əvvəlcədən təsərrüfat məqsədli təyyarəni havaya qaldırdıqdan sonra pilot təyyarəni paraşütlə tərk edirdi. Təyyarə isə öz hesabına erməni mövqelərinə doğru uçurdu. Ermənilər həmin günlər Azərbaycan təyyarələrinin vurulduğunu açıqlamışdı. Amma sən demə bunlar həmin pilotsuz təyyarələr idi. Ermənilər bu təyyarələri hərbi təyyarə hesab edib, vururdu. Azərbaycan ordusu isə təyyarəni vuran HHM sisteminin yerini təyin edib, onu məhv edirdi. Bu şəkildə müharibədə bir müddət sonra Azərbaycan ordusu Ermənistanın Qarabağ ərazisində olan bütün HHM sistemlərini məhv etdi və Qarabağ səmasında tam hakim vəziyyətə gəldi. Bundan sonra isə gerisi "corab söküyü" kimi gəldi. Azərbaycan ordusu Şuşaya kimi gedib çıxdı. Sonrakı proseslər də vaxt aldı. Amma 2023-cü ilin 19 sentyabrında keçirilmiş 24 saatdan az müddətli antiterror əməliyyatı ilə hər şeyə son nöqtəni qoydu”.

Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Noyabr 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri