Icma.az
close
up
RU
Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq FOTO

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq FOTO

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib.

İdman.biz xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də dəvət olunub.

İllik yığıncaqda marketinq, kommunikasiya, maliyyə və sair komitələrin hesabatları dinlənilib. Çıxışlarda qeyd olunub ki, badminton idman növü dünyada uğur qazanmaqda davam edir. 2025-ci ildə yer kürəsində bu idman növünün pərəstişkarları (fan base) 744 milyon nəfər təşkil edir. 400 milyon insan badmintonla aktiv məşğul olur və hazırda raketka ilə dünyada oynanılan ən məşhur idman növüdür. Sosial mediada isə BWF 17 milyon insan tərəfindən izlənilməklə yanaşı FIFA, FIBA ilə bərabər ən çox izlənilən 10 federasiyasından biridir.

Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya, eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.
BWF-in mövcud qaydalarına görə 20 yeni seçilmiş Şura üzvləri qurumun inkişaf strategiyası, komitə rəhbərlərini, daxili və xarici nizamnamə qaydalarını müəyyən edəcəklər.

Tailand Badminton Federasiyasının prezidenti Khunyinq Patama Leesvadtrakul Dünya Badminton Federasiyasının prezidenti seçilib.

Azərbaycan Badminton Federasiyası son illərdə dünya reytinqində 85-ci yerdən 46-cı yerə yüksəlməyə müvəffəq olub və davamlı olaraq müxtəlif səviyyəli beynəlxalq badminton turnirlərinə ev sahibliyi edir.

Qeyd edək ki, 2023-cü ildə Avropa Badminton Konfederasiyasının (BEC) konqresi Bakıda keçirilib. Azərbaycan Badminton Federasiyası sosial məsuliyyət çərçivəsində BWF ilə 2023-cü ildə imzalanan razılaşmaya əsasən Afrika ölkələrində badmintonun inkişafı və kütləviliyinə dəstək məqsədilə Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarın badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Aprel 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri