Icma.az
close
up
RU
Azərbaycan Dünya Bankı ilə suvarma sahəsində əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə suvarma sahəsində əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatı və suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətlərini müzakirə edib.

525.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədovun Azərbaycanda səfərdə olan Dünya Bankının Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşündə baş tutub.

Tərəflər həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanmaqda olan "Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri" (CRAIS) layihəsinin hazırlıq prosesi, təsdiqi və icrası ilə bağlı məsələləri müzakirə edib. Bildirilib ki, hazırda müzakirə edilən və hazırlıq mərhələsində olan layihə ölkə üzrə suyun nəqli ilə bağlı infrastrukturun yenilənməsi, seçilmiş ərazilərdə müasir suvarma sistemlərinin qurulması, torpaq konsolidasiyası və Sudan İstifadəçilər Birliklərinin işi ilə bağlı pilot tətbiqləri əhatə edir. Qeyd edilib ki, bu layihə suvarma suyuna qənaət və iqlimədost yanaşmalar ilə ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın, dayanıqlığın və rəqabət qabiliyyətinin artırmasına töhfə verəcək.

Görüş zamanı nazir M. Məmmədov Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib, suvarma sistemlərinin bərpası, suya qənaət edən sistemlərin tətbiqinin ölkənin kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Görüşdə Azərbaycanın iqlim dəyişikliyi səbəbindən su qıtlığı ilə üzləşən ölkələr kateqoriyasına aid olması, istifadə edilən suyun böyük hissəsinin ölkədən kənar mənbələrdən formalaşdığı diqqətə çatdırılıb. Bu baxımdan kənd təsərrüfatında istifadə edilən suyun toplanması, nəqli və istifadəsində su itkisini minimumlaşdıracaq yanaşmaların tətbiqinin aqrar siyasətdə əsas prioritetlərdən biri olduğu qeyd edilib. Həmçinin, layihə çərçivəsində ölkə üzrə torpaq konsolidasiyası və təsərrüfatdaxili suvarma suyunun idarə edilməsi sahəsində yeni pilot yanaşmaların tətbiqinin mühüm olduğu vurğulanıb.

Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verdiyini qeyd edib, ölkəmizin kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini vurğulayıb. O, hazırlanmaqda olan CRAIS layihəsinin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və iqtisadi fəallığın artırılmasına, məşğulluğun dəstəklənməsinə və fermerlərin maliyyə əlçatanlığının artırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri