Icma.az
close
up
RU
Azərbaycan dünyada mühüm tranzit və əməkdaşlıq mərkəzinə çevrilməkdədir ŞƏRH EDİLDİ

Azərbaycan dünyada mühüm tranzit və əməkdaşlıq mərkəzinə çevrilməkdədir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatları çərçivəsində keçirdiyi görüşlər və iştirak etdiyi yüksək səviyyəli tədbirlər bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq arenada mühüm strateji tərəfdaş kimi qəbul edilir. Bu səfər çərçivəsində Prezident İlham Əliyevin dünya miqyasında tanınan şirkət rəhbərləri, nüfuzlu siyasətçilər və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər ölkəmizə olan marağın və hörmətin açıq göstəricisidir. Həmçinin qeyd etmək lazımdır ki, bu cür görüşlər Azərbaycanın artan siyasi çəkisinin və iqtisadi potensialının bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin qlobal səviyyədə formalaşmış nüfuzu nəticəsində dünyanın aparıcı şirkətləri ölkə başçısı ilə birbaşa görüşmək üçün mütəmadi şəkildə müraciətlər edirlər: "Bu isə bir daha təsdiq edir ki, Azərbaycanın strateji mövqeyi, iqtisadi imkanları və sabit siyasi mühiti xarici investorlar və tərəfdaşlar üçün xüsusi əhəmiyyət daşıyır. Belə yüksək səviyyəli dialoqlar eyni zamanda Azərbaycanla əməkdaşlıq etmək istəyən tərəflər üçün yeni imkanların açılmasına zəmin yaradır. Hazırda regionda reallaşan nəqliyyat və logistika layihələri içərisində Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan bu dəhlizin formalaşdırılması və genişləndirilməsində aparıcı rol oynayan ölkələrdən biridir. Orta Dəhliz – yəni Çin, Orta Asiya ölkələri, Xəzər hövzəsi, Qafqaz və daha sonra Avropa istiqamətində uzanan nəqliyyat marşrutu – region ölkələri üçün strateji əhəmiyyət daşımaqla yanaşı, qlobal ticarət və enerji axınları baxımından da mühüm körpü rolunu oynayır.

Dəhlizin genişlənməsi ilə Avropadan Asiyaya və əks istiqamətdə yüklərin daşınması daha sürətli, təhlükəsiz və səmərəli şəkildə həyata keçiriləcək. Bu isə təkcə region ölkələri üçün deyil, həm də beynəlxalq ticarət sisteminin bütövlükdə inkişafı üçün önəmli faktor sayılır. Azərbaycanın bu dəhlizdə oynadığı rol onun həm tranzit ölkə kimi imkanlarını genişləndirir, həm də ölkənin geosiyasi mövqeyini daha da gücləndirir.

Zəngəzur dəhlizinin açılması perspektivi də Orta Dəhlizin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu dəhlizin istifadəyə verilməsi regionda yeni nəqliyyat marşrutlarının formalaşmasına səbəb olacaq və Naxçıvanla Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqəni bərpa etməklə yanaşı, beynəlxalq yükdaşımaların da həcmini artıracaq. Bu baxımdan, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyətə malik layihədir.

Azərbaycan eyni zamanda həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir. Hər iki marşrut üzrə müvafiq infrastruktur layihələrinin həyata keçirilməsi və logistika imkanlarının genişləndirilməsi istiqamətində ölkəmiz ardıcıl və məqsədyönlü siyasət yürüdür. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər irimiqyaslı layihələr Azərbaycanın regionda nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan regionda nəqliyyat və logistika sahəsinə ən çox sərmayə yatıran ölkələrdən biridir. Bu sahəyə edilən investisiyalar həm daxili iqtisadiyyatın inkişafını təmin edir, həm də ölkənin beynəlxalq nəqliyyat və logistika şəbəkəsinə inteqrasiyasını sürətləndirir. Gələcəkdə bu istiqamətdə atılacaq addımlar regionun daha da inkişafına, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq.

Nəticə etibarilə, Prezident İlham Əliyevin xarici səfərləri və beynəlxalq tədbirlərdəki fəal iştirakı Azərbaycanın qlobal siyasətdə artan rolunun və ölkəmizin regional liderliyinin bariz təzahürüdür. Orta Dəhliz, Zəngəzur dəhlizi və digər nəqliyyat təşəbbüsləri vasitəsilə Azərbaycan özünün geostrateji mövqeyini daha da gücləndirərək regionda və dünyada mühüm tranzit və əməkdaşlıq mərkəzinə çevrilməkdədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri