Icma.az
close
up
RU
Zəngilan regionun nəqliyyat və logistik mərkəzinə çevrilməkdədir ŞƏRH

Zəngilan regionun nəqliyyat və logistik mərkəzinə çevrilməkdədir ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan tarixində elə bir gün yoxdur ki, torpaq və azadlıq anlayışları Zəngilan qədər bir-birini tamamlasın. 20 oktyabr təkcə bir şəhərin işğaldan azad edildiyi tarix deyil, bu gün Azərbaycan xalqının qətiyyətinin, mübarizə ruhunun və cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən liderliyinin təntənəsidir. Zəngilan bu gün sadəcə bir coğrafi məkan deyil, “Böyük Qayıdış” ideyasının rəmzinə, insanla torpağın yenidən qovuşduğu müqəddəs bir məkana çevrilib. XIX əsrdə Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra aparılan inzibati bölgü Zəngilanın taleyinə də təsirsiz ötüşmədi. Zəngəzur qəzasının tərkib hissəsi kimi bu diyar Gəncə quberniyasına daxil edilmişdi. Lakin bu torpaqlar hər zaman türk kimliyini, milli mədəniyyəti və qədim ənənələrini qoruyub saxladı. 1920-ci ildə bolşevik Rusiyasının təzyiqi ilə Zəngəzurun yuxarı hissəsinin Ermənistana verilməsi nəticəsində Zəngilan Azərbaycan torpaqlarının qərb qapısı rolunu oynamağa başladı. Onun təbii gözəllikləri, dini və tarixi abidələri – Məmmədbəyli türbəsi, İmam Hüseyn məscidi, Bartaz Qız qalası və qədim ziyarətgahlar bu diyarın həm tarixinin, həm də mənəvi gücünün göstəricisidir. İşğal illərində bu abidələr erməni vandalizminin qurbanına çevrilsə də, xalqın yaddaşında müqəddəs nişanələr kimi yaşayırdı.

1993-cü ilin payızı Zəngilan üçün həm ağrılı, həm də qəhrəmanlıqla dolu bir dövr oldu. Füzuli və Cəbrayılın işğalından sonra zəngilanlılar 67 gün mühasirədə qəhrəmanlıqla döyüşdülər. 25–29 oktyabr tarixlərində Araz çayına qədər aparılan müqavimət bir xalqın əyilməz iradəsinin təcəssümü idi. 235 şəhid və itkin bu torpağın azadlıq uğrunda verdiyi böyük qurbanların göstəricisidir. Lakin 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi Zəngilanın tarixində yeni səhifə açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 20 oktyabr 2020-ci ildə Zəngilan azad edildi. Prezidentin “Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!” sözləri xalqın yaddaşına əbədi həkk olundu. Bu qələbə ilə Azərbaycan yalnız bir şəhəri deyil, həm də İranla 132 kilometrlik sərhəd xəttini bərpa etdi, ölkənin ərazi bütövlüyü bərpa olundu və yeni strateji mərhələ başlandı.

Müharibədən sonra Zəngilan dövlətin bərpa siyasətinin önündə yer aldı. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağalı” kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi Zəngilanın və bütövlükdə Qarabağın gələcək inkişaf modelinə çevrildi. Burada alternativ enerji mənbələri, müasir texnologiyalar və elektron idarəetmə sistemi tətbiq olunaraq gələcəyin kəndi yaradıldı. 2022-ci ildən etibarən ağalılı ailələr öz yurdlarına qayıdaraq yeni həyatlarına başladılar. Məktəblər, tibb məntəqələri, “ASAN” və “DOST” mərkəzləri ilə təmin olunan bu ərazilər “Böyük Qayıdış” proqramının canlı nümunəsidir.

Zəngilanın aqrar və sənaye potensialının bərpası da paralel şəkildə aparılır. “Dost Aqropark” layihəsi Azərbaycan-Türkiyə qardaşlığının iqtisadi təcəssümüdür. Burada minlərlə baş anqus cinsli mal-qara saxlanılır, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunur. Eyni zamanda, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan Beynəlxalq Hava Limanı bu bölgəni regionun logistik mərkəzinə çevirir. Bu layihələr Zəngəzur dəhlizinə, Naxçıvana və Türkiyəyə qədər uzanan yeni iqtisadi əlaqə xəttinin əsasını qoyur.

Cənab Prezident İlham Əliyevin 2020–2024-cü illərdə Zəngilana etdiyi çoxsaylı səfərlər dövlətin bu bölgənin bərpasına verdiyi xüsusi önəmi göstərir. Onun iştirakı ilə keçirilən təməlqoyma mərasimləri, hava limanının, məscidlərin, məktəblərin və sosial obyektlərin açılışı yeni həyatın başlanğıcını simvolizə edir. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan məscidi isə mənəvi dirçəlişin ən bariz nümunəsidir.

Bu gün Zəngilan Azərbaycanın “yaşıl enerji” zonasının əsas dayaqlarından biridir. “Zəngilan”, “Şayıflı” və “Sarıqışlaq” Su Elektrik Stansiyalarının istifadəyə verilməsi, günəş enerjisi potensialının reallaşdırılması ekoloji baxımdan davamlı inkişafın təminatına xidmət edir. Yeni yaşayış massivləri, sosial obyektlər və rekreasiya zonaları Zəngilanı gələcəyin ekoloji şəhərinə çevirir.

Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” kimi təsis edildi. Bu gün artıq sadəcə təqvimdə bir tarix deyil, Qələbənin, Yenidənqurmanın və Qayıdışın rəmzidir. Bu gün Zəngilan – azad, abad və qüdrətli Azərbaycanın simvoludur. Bir vaxtlar mühasirədə qalan bu torpaq indi hava limanına, ağıllı kəndlərə və müasir infrastrukturuna sahibdir. Hər yeni tikili, hər açılış mərasimi bir nida kimi səslənir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri