Icma.az
close
up
RU
Azərbaycan tranzit nöqtəsi olmaqla yanaşı, strateji qərar mərkəzinə çevrilməkdədir ŞƏRH

Azərbaycan tranzit nöqtəsi olmaqla yanaşı, strateji qərar mərkəzinə çevrilməkdədir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Dünya siyasəti çoxqütblü mərhələyə qədəm qoyub. Bu gün artıq bir deyil, bir neçə güc mərkəzi beynəlxalq qaydaları müəyyənləşdirmə yolundadır. Belə bir şəraitdə Azərbaycan balanslı, eyni zamanda, təşəbbüskar diplomatiya ilə seçilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına işgüzar səfəri də bu xəttin davamı və yeni mərhələsidir. Bu səfər, sadəcə, protokol mərasimi yox, konkret layihələr və institutlarla möhkəmləndirilmiş “Şərq vektoru”nun açıq ifadəsi oldu. Azərbaycanın Türk dünyası ilə birlikdə Şərqdən Qərbə uzanan geoiqtisadi xəttdə strateji mövqeyini gücləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova söyləyib.

Onun sözlərin görə, aprel ayında Azərbaycan-Çin münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəlib: “Pekində imzalanan 20-dən artıq sənəd yaşıl inkişafdan rəqəmsal iqtisadiyyata, aerokosmik əməkdaşlıqdan hüquqi sahələrə qədər geniş spektri əhatə edir. Bu sənədlər Bakının Şərq vektorunu institutlaşdırdığını göstərir. Çin XİN rəsmiləri də Azərbaycanı Cənubi Qafqazda “sabitləşdirici oyunçu” adlandıraraq yeni münasibətlərin konturlarını açıq ifadə etdilər.

Başqa bir istiqamət yeni koordinasiya meydanı Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlıdır. Tiencin görüşündə Çin rəhbəri Si Cinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmasına açıq dəstək verdi. Bu addım Azərbaycanın regiondakı rolunu yalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşdırmır, həm də təhlükəsizlik, maliyyə və logistika üçbucağında koordinasiya imkanlarını artırır. Diqqətçəkən məqamlardan biri də budur ki, Çin diplomatiyası Azərbaycanın BRICS+ dialoquna qoşulmasına da maraq göstərir. Bu isə Azərbaycanın çoxqütblü dünyada rolunu daha da gücləndirir.

“Azərbaycan və Çinin adı bir cümlədə işlənirsə, ağıla ən ilk gələn hadisə, ünvan və ya yanaşmalardan biri Orta Dəhliz – Transxəzər magistralının gücləndirilməsi olur. Çin rəsmən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TITR, Orta Dəhliz) əsas xətt elan etdi. Bu magistral Qazaxıstandan başlayaraq Xəzər, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya çıxır. Əslində bu, Türk dünyasını birləşdirən ən böyük geoiqtisadi layihə kimi xarakterizə edilə bilər. Çin Nəqliyyat Nazirliyi 2025-ci ilin sonuna qədər Orta Dəhlizlə daşınan yüklərin həcmini ən azı ikiqat artırmaq hədəfini açıqlayıb. Bakı-Pekin əməkdaşlığı bu marşrutu daha dayanıqlı və rəqabətədavamlı edir. Prezidentin avqustun sonu, sentyabrın ilk günlərinə düşən Çin səfərinin ən önəmli bölümü konkret layihələr zərfidir. Bunlara AIIB (Asiya İnfrastruktur İnvestisiya Bankı) ilə əməkdaşlıq barədə birgə bəyanat, “PowerChina” ilə yaşıl enerji, su təsərrüfatı, tullantı suları və hidrogen layihələrinin müzakirəsi, CNCEC ilə SOCAR arasında çərçivə sazişi, əlavə olaraq, “Huawei” və ZTE ilə rəqəmsal transformasiya və süni intellekt üzrə ilkin memorandumlar daxildir. Bütün bunlar “Niyyət bəyannaməsi”ndən daha üstün - “kağız yox, real layihə” yanaşmasının ifadəsidir”, - deyə QHT sədri vurğulayıb.

O qeyd edib ki, Çin və Azərbaycan arasında vizasız gediş-gəlişin tətbiqi yeni strateji mərhələdir. Artıq iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə sərbəst səfər mümkündür. Bu addım biznes, turizm, təhsil mübadiləsini sürətləndirir, Orta Dəhliz boyunca “yumşaq bağlantı”nı möhkəmləndirir. Pekində Azərbaycan Turizm Evinin açılması planı da gündəmə gəlib. Bu isə insan axınının institusional mərkəzlərə çevriləcəyindən xəbər verir.

“Burada bir məqama da diqqət çəkmək lazımdır. Birinci xanım Mehriban Əliyevanın səfərdə iştirakı və yüksək səviyyəli görüşlərə qatılması Azərbaycanın mədəni-humanitar xəttinə incə bir toxunuş qatdı. Bu, qarşılıqlı münasibətlərin təkcə iqtisadi deyil, həm də mədəni, təhsil və humanitar aspektlərinin inkişafına xidmət edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Çin səfəri Türk dünyasının Şərqdən Qərbə uzanan strateji xəttinə yeni “bəndlər” əlavə etdi. Azərbaycan artıq Şərqdən Qərbə gedən yolun tranzit nöqtəsi olmaqla yanaşı, strateji qərar mərkəzinə çevrilməkdədir”, - deyə Arzu Bağırova bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see195

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri