Icma.az
close
up
RU
Azərbaycan Çexiya münasibətləri əməkdaşlıq modelinə çevrilməkdədir ŞƏRH

Azərbaycan Çexiya münasibətləri əməkdaşlıq modelinə çevrilməkdədir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan-Çexiya münasibətləri son illərdə həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, həm də humanitar sahədə qarşılıqlı maraqlar üzərində inkişaf edərək daha konkret məzmun kəsb etməkdədir. Bu münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycanın Avropa ilə əməkdaşlıq strategiyasının mühüm istiqamətlərindən biri kimi çıxış edir. Son dövrlərdə qarşılıqlı səfərlərin intensivləşməsi diqqəti xüsusi cəlb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

O bildirib ki, Bakı ilə Praqa arasında yüksəksəviyyəli siyasi dialoq çərçivəsində həm hökumət nümayəndələrinin, həm də parlament üzvlərinin qarşılıqlı səfərləri həyata keçirilib. Bu səfərlər zamanı enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika və regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub, konkret əməkdaşlıq istiqamətləri müəyyən edilib.

"Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda yaranmış yeni reallıqlar fonunda Çexiyanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və postmünaqişə dövründə bərpa proseslərinə marağı xüsusi əhəmiyyət kəsb edir. Proseslər göstərir ki, iqtisadi münasibətlərdə enerji sahəsi aparıcı yer tutsa da, Çexiya şirkətlərinin Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələrinə marağı getdikcə artır. Çexiya tərəfi bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, su və tullantıların idarə olunması, alternativ enerji mənbələrinin inkişafı, həmçinin mühəndis-texniki infrastrukturun qurulması sahələrində iştirak imkanlarını nəzərdən keçirir. Bu baxımdan, Azərbaycanın yaratdığı əlverişli investisiya mühiti və şəffaf əməkdaşlıq mexanizmləri Çexiya biznes dairələrinin diqqətini cəlb edir", - U.Mirzəyev vurğulayıb.

BAMF-ın prezidenti qeyd edib ki, humanitar və mədəni əlaqələr də münasibətlərin mühüm sütunlarından biri olaraq qalır. Bu yanaşma iki ölkə arasında etimad mühitini daha da gücləndirir. Ümumilikdə Azərbaycan-Çexiya münasibətləri artıq konkret iqtisadi və regional layihələrlə zənginləşən, xüsusilə Qarabağın bərpası kontekstində yeni məzmun qazanan əməkdaşlıq modelinə çevrilməkdədir. Bu əməkdaşlığın dərinləşdirilməsi həm Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsinə, həm də regionda davamlı inkişaf və sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri