Icma.az
close
up
RU
Azərbaycan dünyanın maraq dairəsindədir ŞƏRH

Azərbaycan dünyanın maraq dairəsindədir ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri bir qayda olaraq kifayət qədər geniş və məhsuldar gündəliyi ilə diqqət çəkir. Bu baxımdan dövlətimizin başçısının Nyu-Yorka işgüzar səfəri də istisna deyil. Səfər çərçivəsində Prezident İlham Əliyevin sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşü baş tutub. Bu görüşlərdə aktual müzakirələr aparılıb və dövlətimizin başçısı ölkəmizin müsbət reallıqlarını diqqətə çatdırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Vacib bir məqama xüsusi diqqət çəkən deputat bildirib ki, bəhs olunan görüşlərin qarşı tərəfin istəyi əsasında baş tutması təsadüfi deyil. O vurğulayıb ki, dövlətimizin başçısı daim qlobal çağırışlar qarşısında beynəlxalq həmrəylik təşəbbüslərindən çıxış edir. Bu da ona praqmatik, müasir baxışlara malik Lider kimi böyük nüfuz qazandırıb. Məhz buna görə də xarici ölkələrə səfərlər zamanı ayrı-ayrı dövlətlərin və beynəlxalq təsisatların, məşhur şirkətlərin rəhbərləri Azərbaycan Prezidenti ilə görüşüb müzakirələr aparmağa böyük maraq göstərirlər.

Deputatın qənaətinə görə, burada digər bir vacib məqam Azərbaycanın nümunəvi inkişaf modelinə malik olması, ölkəmizdəki sabitlik və təhlükəsizlik mühiti ilə bağlıdır. Son 20 ildən artıq müddətdə respublikamızda Prezident İlham Əliyevin imzaladığı çoxsaylı sənədlər əsasında ardıcıl islahatlar aparılıb, bütün ölkə boyunca tarazlı inkişafa nail olunub, özəl sektorun fəaliyyəti üçün optimal mühit yaradılıb.

Samir Vəliyev vurğulayıb ki, bu gün Azərbaycanda iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin olunub. “Hər 3 şirkət dünyanın ən böyük maliyyə qurumları sırasında yer alır. Onlar kifayət qədər böyük büdcəyə malikdirlər və dünyanın ayrı-ayrı ölkələrində davamlı fəaliyyətlər həyata keçirirlər. Açıq deyək ki, bu şirkətlərlə əməkdaşlıq etmək arzusunda olan dövlətlərin sayı da kifayət qədər çoxdur. Ancaq həmin şirkətlər öz nüfuzlarını qorumaq və təbii ki, qazanc əldə etmək üçün seçim edirlər. Hər üç şirkətin rəhbər şəxslərinin Azərbaycan Prezidenti ilə görüşmək istəklərini ifadə etmələri və baş tutan görüşlərdən məmnun qalmaları ondan xəbər verir ki, dünyanın aparıcı şirkətləri seçimlərini məhz respublikamızla edirlər. Onlar öz seçimlərində heç vaxt yanılmırlar. Azərbaycan beynəlxalq əməkdaşlıqda bir qayda olaraq ədalətli yanaşmalar ortaya qoyur. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə ölkəmizin qətiyyətli mövqeyini ifadə edərək bildirib ki, tərəfdaşlıq qarşılıqlı maraqlara əsaslanmalıdır və bütün tərəflər bundan fayda götürməlidir”, - deyə deputat vurğulayıb.

O beynəlxalq səviyyəli şirkətlərin ölkəmizə marağını şərtləndirən başqa bir məqama da diqqət çəkərək deyib: “Bu, Azərbaycanın əlverişli investisiya mühitinə malik olması reallığıdır. Xatırlayaq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan xarici investorlar üçün cəlbedici deyildi, beynəlxalq səviyyədə ölkəmizə inam hədsiz dərəcədə zəif idi. İndi isə mənzərə tamam fərqlidir. İldən-ilə artan müsbət reallıqlar, hüquqi bazanın möhkəmləndirlməsi, investisiyaların qorunmasına yüksək təminatlar verilməsi, əlverişli coğrafiya, yaradılan müasir infrastruktur, şəffaflığın yüksək səviyyədə təmin olunması xarici sərmayədarların ölkəmizə marağını artıran faktorlar qismində çıxış edir.

Bu kimi amillərə görə, 2004-2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına 344,4 milyard dollar həcmidə investisya yönəldilib ki, bunun da təxminən yarısı xarici mənbələrdən gələn investisiyalardır. Müstəqilliyimizin ilk illərində xarici investisiyalar əsasən Azərbaycanın neft sənayesinə yönəldilirdi. “Əsrin müqaviləsi” bu yolda uğurlu bir başlanğıc oldu. Sonrakı mərhələdə isə Azərbaycan neft gəlirlərindən istifadə etməklə qeyri-neft sektorunun inkişafını hədəflədi. Bu məqsədlə geniş əhatə dairəsinə malik olan tədbirlər görüldü, təşviq işi aparıldı, özəl sahibkarlıq subyektlərinə hərtərəfli dövlət dəstəyi göstərildi. Dövlət qayğısının nəticəsi olaraq özəl sektor, o cümlədən də qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən birinə çevrilib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2004-2024-cü illər ərzində milli iqtisadiyyatımıza qoyulan sərmayələrin əhəmiyyətli hissəsi və ya 213,2 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir”.

S.Vəliyev indiki mərhələdə Azərbaycanın texnoloji inkişafa xüsusi önəm verdiyinə də diqqət çəkib: “Müasir inkişaf yolu tutan Azərbaycan 4-cü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Son illərdə Azərbaycanda xarici investorlar üçün yeni fəaliyyət istiqamətləri açılıb. Bərpaolunan enerji sektoru buna misaldır. Xəzər sahillərində, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə zəngin bərpaolunan enerji potensialı var. Azərbaycan dost ölkələrin şirkətləri ilə bu potensialdan səmərəli şəkildə istifadə etmək niyyətindədir. Artıq prosesə start verilib. Xarici şirkətlərlə imzalanan müqavilələr çərçivəsində bəzi layihələrin icrası tamamlanıb”.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə postmüharibə dövründə böyük həcmli quruculuq-abadlıq işləri həyata keçirilir. Həmin ərazilərin iqtisadi potensialı çox yüksəkdir və dost ölkələrin şirkətləri də burada investisiya fəaliyyətlərini genişləndirə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see278

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see270

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see258

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see257

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see252

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see247

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see244

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see233

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see225

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see218

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see208

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see208

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see205

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see203

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see194

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see194

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see186

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see186

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see172

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri