Icma.az
close
up
RU
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəidir İlin 22 ci gününə sözardı

Azərbaycan Dünyanın Mənəviyyat Mərkəidir İlin 22 ci gününə sözardı

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Bu gün ilin 22-ci günü olmasını nəzərə alıb, 22 ədədinin hikmətlərindən bəhs etmək istərdik.  Öncə  qeyd edək ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlayıb.  Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq.

Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) mənə agah oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur (tarixdəki bütün rəqəmlər də 2-dir).
Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:

“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax:“Tövbə” (9) surəsinin ilk üç ayəsinə)
.
Dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Müraciətimdə 22 iyindan etibarən Yerə böyük bəlalar enəcəyini xəbər verdim və sübutlar (hesablamalar) təqdim etdim…

Nəhayət, 22 iyunda (2002) Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə 22 təkan qeydə alındı və bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi). Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik.

Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə dəlil gətirək: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri Günəş tutulması baş verib (286 ədədi Kəbədəki Quranın səhifələrinin sayıdır):

1) Birinci Qurban bayramının 286-cı günü – 14 dekabr 2001-ci il tarixdə Günəş tutulub;
2) İkinci Qurban bayramının 286-cı günü – 4 dekabr 2002-ci il tarixdə Günəş tutulub;
3) Üçüncü Qurban bayramının 286-cı günü – 24 noyabr 2003-ci il tarixdə Günəş tutulub.
4) Eləcə də 22 iyun 2002-ci il tarixinin 286-cı günü - 3 aprel 2003-cü ildə də Günəş tutulub.

Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin  doğruluğunu sübut edir.

Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi.

Elmi-lədun hesablamalarımız göstərir ki, 2(00)2-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları daşqınlar… bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır.

22 həm də baş rəmzidir

Yeri gəlmişkən, “Quran”ın 22-ci surəsi “Həcc” adlanır. Bildiyimiz kimi, Kəbə evi dünyanın mərkəzi olmaqla, enerjinin BAŞlanğıcıdır. 9-cu surənin isə, “Bismillah”sız başlamasının səbəbi odur ki, bu surə 22-ci surənin davamıdır. Bunu 9-cu surənin yuxarıda qeyd etdiyim ilk üç aysindən görmək olur:
“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”... (Bax: “Tövbə”(9) surəsinin ilk üç ayəsinə).

Riyazi dildə desək, “Quran”da "iyirimi iki" "doqquza" çevrilir.
Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (sıfır məna bildirmədiyindən mötərizəyə aldıq) bunlardan 22-si BAŞdadır.

“Biz hər şeyi sayıb yazmışıq”. Quran, 78:29

"22"nin "9"a çevrilməsi “Quran” və anatomiyada olduğu kimi, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi enerji ilə işləyən cihazların üzərindəki yazıya cəlb etmək istəyirəm: bütün cihazlarınızın üzərində 220 ədədi həkk olunub. Yuxarıda qeyd etdik ki, insan 220 sümüyün birləşməsindən yaranıb. Deməli 220 ədədi insanın da üzərində həkk olunub. 

İndi isə, cihazların daxilində qoyulmuş transformatorların funksiyasına nəzər salaq: bu transformatorlar 220 voltluq enerjini bir qayda olaraq 9-a çevirirlər (!).

Göründüyü kimi, bütün elmlərdə “22” “9”a çevrilir. Bu da  ikinci Quraban bayramı günü bizə Qurandan agah olan xəbərin doğruluğunu bir  daha təsdiq edir.
Həmçinin, belə qənaət hasil olur ki, insan öz enerjisini əməli işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir.

Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir.) qanunlarına tabe olmayıb, enerjisini günah işlərə (özündən aşağılara zülm etməyə, pozğun həyat tərzi keçirməyə, insanları aldatmağa...) sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin, pandemiyyanın) artması da məhz bu amillərlə əlaqədardır...

Odur ki, insanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, vəzifədə olanlar özlərindən aşağı təbəqələrə zülm etməməli, haqqı, ədaləti bərqərar etməlidirlər.
Aşağı təbəqədə olanlar da övbə etməli, biri-birlərini aldatmamalı, pozğun həyat tərzi keçirməməli, harama meyl etməməli, tərəzidə, verdikləri sözdə... düz olmalıdırlar. Belə etsələr gələn bəlalardan qurtula biləcəklər. 

İnsanlar fiziki qanunauyğunluğa tabe olmayanda həyəcanlı hadisələr artır

Yuxarıda 22 və 9 ədədlərindən bəhs etdik. Bu ədədlərin fərqi 13-ə bərabərdir: 
 22 - 9 = 13 

13 ədədi haqda keçən yazımızda geniş bəhs edərək, həyəcan rəmzi olduğunu hesablamalarla göstərdik. 
Qeyd etdik ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13) 

İnsanlar tövbə etmədiklərinə görə öz enerjilərini əmələ çevirərkən onu vicdanlarının (oxu: daxili transformatorlarının) süzgəcindən keçirmirlər. Nəticədə etdikləri günahlar ucbatından dünyada bədbəxt (həyəcanlı) hadisələr artmaqda davam edir... Rəbbim Quranda buyurur ki, "Biz heç kəsə zülm etmirik, insan zülmü özü (əməlləri ilə) qazanır".

Onu da qeyd edək ki, xəbərdarlığı aldığımız əsrin ikinci Qurban bayramından etbarən Dünyanın Mənəviyyat Mərkəzi Azərbaycandır. Yəni, ALLAH Öz bəndələrinə etdiyi xəbərdarlıqları bu məkandan paylaşmaqdadır. Hazırda Yerdə baş verən hadisələrin sirrini bilmək və gələcəkdə nələr olacağını öyrənmək üçün Dünyanın gözü Azərbaycandadır (bildiyim qədər bu məqsədlə Dünyanın bütün ölkələrinin təhlükəsizlik xidmətləri profilimi izləyib, məqalələrimi (özəlliklə də təyyarə qəzaları ilə bağlı yazılarımı) Analitiq İnformasiya mərkəzlərində təhlil edirlər). 

Qeyd: “Quran” biz insanlara göndərilmiş vəhylər toplusudur. Bu vəhylərə əməl edən şəxs, mənbəyi bu kitabda olan (!) əlavə vəhylər də qəbul edə bilər (və yaxud, buradakı vəhylərin alt qatında olan sirlərdən agah ola bilər).

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Yanvar 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri