Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Mənəviyyat adamı

Mənəviyyat adamı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Vasif Səmədov – 75

Onsuz varlığının sevinci qədər, yoxluğu acıtdı, həm də təkcə doğmalarını deyil, onu tanıyan hər kəsi...  Vasif Səmədovun hansı keyfiyyətləri, dəyərləri, özəllikləri idi ürəkləri sızladan? Bir cavabı var: Vasif müəllim çox səmimi insan idi. Məfkurə adamı kimi dəyişməz idi, hər zaman özü olaraq qaldı.  

Uşaqlıq və ilk gənclik çağları Masallıda keçib. Sonra ADU-nun jurnalistika fakültəsindən keçən tələbəlik, Ukraynada əsgərlik illəri, “Azərbaycan pioneri”nin səhifələrindən başlanan, tele-radio komitəsindən, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Rossiyski fermer” qəzetlərindən keçən, “Oqonyok”dan və “Literaturnaya qazeta”dan şaxələnən jurnalistlik fəaliyyəti, “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri, “Kaspian-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin prezidenti vəzifələri onun tərcümeyi-halının səhifələridir. 

Vasif Səmədov 50 ildən artıq fəaliyyəti dövründə xalqımızın dünəni və bugünü haqqında həqiqətləri, Azərbaycan elm və mədəniyyətinin uğurlarını, layiqli həmvətənlərimizi dünyaya tanıtdırmış, erməni məkrinə qarşı vətəndaş təəssübkeşliyi ilə mübarizə aparmış qələm adamıdır. Onun 20 Yanvar faciəsindən bəhs edən “Müdaxilə”, Azərbaycanın milli qəhrəmanlarının, şəhidlərimizin həyat yolunu əks etdirən “Təki Vətən yaşasın”, “Vətən üçün lazım gəlsə” kitablarının tarixi, siyasi, tərbiyəvi dəyəri olduqca böyükdür. “İzvestiya” qəzetinin səhifələrində çap olunan və sonra Azərbaycan və rus dillərində nəşr edilən “Müdaxilə”, “Vtorjeniye” silsilə yazıları 20 Yanvar həqiqətləri ilə yanaşı, ermənilərin əsassız ərazi iddialarını, planlı fitnəkarlıqlarını da beynəlxalq auditoriyaya geniş açıqlayıb. 

Beynəlxalq Jurnalistlər Konfederasiyasının, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Əməkdar jurnalist, “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “Araz”, “Qafqazda sülh uğrunda” mükafatlarına sahib, “Oqonyok” jurnalının laureatı, Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlu şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edən Vasif Səmədov dünya mətbuatında ölkəmizin haqq səsi idi. Transmilli medianın azərbaycanlı jurnalisti kimi  şöhrət qazanmışdı.                                               

Publisistik yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olan Vasif müəllim  zəngin təcrübəsini tələbələrlə bölüşməkdən heç zaman yorulmayıb. Beynəlxalq jurnalistikanın nəzəri məsələlərinə dair məqalələri, “Beynəlxalq kütləvi informasiya vasitələri” kitabını ərsəyə gətirib.

Vasif Səmədov informasiya blokadasını qıran, Qarabağ həqiqətlərini dünyaya yayan ilk jurnalistlərimizdən olub. O, “Oqonyok” jurnalının Azərbaycan, İran və Türkiyə üzrə xüsusi müxbiri kimi  müstəqil dövlətimizin daxili və xarici siyasətinin rusdilli, transmilli media vasitəsilə dünyaya çatdırılması işində fəaliyyətini daha da genişləndirdi. Həmçinin, “Literaturnaya qazeta”nın xüsusi müxbiri olaraq  müstəqil Azərbaycan dövlətinin uğurlarını, mövcud problemlərimizin həlli, ölkəmizin beynəlxalq nüfuzunun artırılması üzrə ölkə rəhbərliyinin apardığı siyasəti   doğru-düzgün işıqlandırıb, prinsipiallığı və obyektivliyi ilə seçilib. Öz yazıları ilə xalqının, ölkəsinin mənafeyinə xidmət edən vətəndaş mövqeyini, jurnalist   fədakarlığını, yüksək intellekt və mədəniyyətini daim təsdiq edib, geniş oxucu kütləsinin rəğbətini, məhəbbətini qazanıb.

1990-cı ilin Qanlı Yanvar günlərində informasiya blokadasına salınmış, təcrid edilmiş Azərbaycanın gerçəkliklərini, ölkədə baş verən misli görünməmiş faciələr haqqında həqiqətləri keçmiş ­SSRİ-nin ən çox oxunan mətbu orqanlarından biri olan “İzvestiya” qəzeti vasitəsi ilə dünyaya car çəkmək bacarığı, peşəkarlığı da bu dəyərli insanın Vətən sevgisini əks etdirirdi.

Ermənilərin anti-Azərbaycan təbliğatının hökm sürdüyü bir vaxtda – 1996-cı ildə “Oqonyok” jurnalının bütöv bir nömrəsinin Azərbaycan Respublikasına, onun bugününə və tarixinə, nailiyyətlərinin və problemlərinin təhlilinə həsr edilməsi, ən əsası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazisinin 20 faizinin işğal edilməsi, bu təcavüzün ağır nəticələri barədə materialların yer alması Vasif Səmədovun vətəndaş mövqeyinin bariz nümunəsi idi. Ümummilli lider Heydər Əliyev bu tarixi hadisəni təqdimat mərasimində söylədiyi nitqdə qiymətləndirərək demişdi: “Bu, sadəcə olaraq, jurnalın bir nömrəsi deyil, Azərbaycan haqqında kitabdır, həm də çox yaxşı kitabdır”. Bu hadisə peşəkar jurnalistin həm də bir diplomat obrazını səciyyələndirir.

Onu da qeyd edək ki, həqiqi vətənpərvər Vasif Səmədovun da böyük əməyi, xidməti olan “Odlar diyarı” filmi Almaniyada böyük uğur qazanıb. Bundan başqa o, İsveçrə televiziyasının Azərbaycana həsr etdiyi daha bir filmin ssenarisinin həmmüəllifi olub.

Vasif Səmədov ulu öndər Heydər ­Əliyevin Azərbaycana rəhbərliyi dövründə dəfələrlə onunla müsahibələr aparıb, xarici səfərlərdə müşayiət edib, ən mühüm hadisə və görüşlər zamanı dahi şəxsiyyətlə təmasda olub. Heydər Əliyevin fəaliyyəti kontekstində dövlətimizin xarici siyasətini, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın dəyişməz mövqeyini beynəlxalq arenada işıqlandırıb. Onun təşkilatçılığı ilə Rusiyanın aparıcı KİV təmsilçilərinin 3 dəfə Heydər Əliyevlə görüşü keçirilib. 

Yazıların sadə, axıcı və lakonik dili, müqayisəli təhlil mədəniyyəti, dəmir məntiq Vasif müəllimin yaradıcılığını şərtləndirən əsas məziyyətlərdir. Onun qələmindən çıxan məqalələrin siyasi, ideoloji, mənəvi mahiyyəti, məzmun konkretliyi daim diqqəti cəlb edir. “Oqonyok” jurnalında Azərbaycan xalqının mənəvi dəyərlərini, mental xüsusiyyətlərini ifadə edən yazıları elmi-fəlsəfi təhlili ilə seçilir. 

Yazıçı-publisistin müəllifi olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi gərgin araşdırmaların, yorulmaz tədqiqatların nəticəsində ərsəyə gələn dəyərli mənbədir. Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standarta söykənən ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaq, onları beynəlxalq qurumların qərarlarına hörmətlə yanaşmağa səsləmək, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək – bu böyük və dəyərli tədqiqatın əsas mahiyyəti budur.

Vasif müəllim sədaqətli dost, ədalətli müəllim, prinsipial, qayğıkeş, xeyirxah insan idi. Bu keyfiyyətlər kontekstində müəllimim haqqında başqa bir müəllimim – professor Cahangir Məmmədlinin danışdığı bir detalı xatırlamaq yerinə düşər: “Universitetin jurnalistika fakültəsində Vasif Səmədovla görüş keçirilirdi. Tələbələrlə çox səmimi söhbət-dialoq vaxtı kamera yoxluğu ucbatından görüşün lentə alınmadığını hiss edən Vasif müəllim səhəri gün tələbələrə diktofonlar və videokamera göndərdi”.

Ömür vəfa etsəydi, hələ deyəcəyi söz, tamamlayacağı kitab vardı. Qarabağın Zəfəri ilə bağlı kitabı yazıb tamamlaya bilməsə də, Vasif müəllim bu dünyadakı missiyasını şərəflə, ləyaqətlə tamamladı.  

Bütün əxlaqi məziyyətləri ilə adını ürəklərdə həkk edən mənəviyyat adamı – Vasif Səmədov haqq dünyasına qovuşsa da, onu tanıyanların, tələbələrinin, professor-müəllim heyətinin, söz ordusunun ­qəlbində yaşayacaq! 

Leyla RƏŞİD,
 filologiya üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see645

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see346

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see327

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see239

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see237

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see235

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see234

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see227

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see223

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see219

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see219

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see219

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see218

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see217

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see215

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see213

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see213

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see212

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see210

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri