Icma.az
close
up
RU
Ailə və mənəviyyat

Ailə və mənəviyyat

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“İnsan təbiətin ən mürəkkəb psixikaya, ən zəngin, ən həssas zövq, hiss və duyğulara malik canlısıdır. Hər bir insan ayrı-ayrılıqda fərd kimi xüsusı sirlər xəzinəsinə bənzəyir, bacarıb bu xəzinəni açmaq lazımdır. Təbiəti və onun qanunauyğunluqlarını dərk edən insan bundan öz məqsədləri üçün istifadə etdikcə onun psixikası da dəyişir, zövq, hiss və duyğuları da incələşib mürəkkəbləşir. Yaradılışdan insan dünyaya tək gəlsə də, heç bir insan bu həyatda tənha yaşayıb uğur qazana bilməz. Mütləq ki, onun daxili komfortunu təmin edə biləcək, tələbatlarını ödəyə bilən ünsiyyət qura biləcəyi insanın olması vacib şərtlərdəndir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinə görə, bizim etnopsixologiyamızda şüuraltımızda isə bu yanaşma ailədir. İnsan həyatda aldığı həzzlər içərisində ailədən, məhəbbətdən və dostluqdan aldığı həzlər müstəsna əhəmiyyət kəsb edır: “Bu həzz mənbələri bir-biri ilə qırılmaz, sıx bağlıdır. İnsanların həyatda ümumilikdə bir amalı var; yaşamaq mübarizə aparmaq, uğur qazanmaq, ailə qurmaq, övlad sahibi olmaq, irəliləmək və s. Bunların isə hər biri insan beynindəki həzzə gedir və orada ümumi nəticə xoşbəxtliyi tapır. Hər insana görə xoşbəxtliyə müxtəlif aspektlərdən yanaşmaq mümkündür. Çünki insanları eyni situasiyalar xoşbəxt etmir”.

“Birini çox sevindirən məqam digər biri üçün çox sadə ola bilər. Amma aparılan çoxsaylı eksperimentlər, tədqiqatlar, kütləvi çoxluğun fikri eyni məcrada cəmləyə bilib. Ailə… Hər bir insanın tələsdiyi, rahatlıq tapdığı, daxilinin tamamlandığı bir ailəsinin olması vacib və ümumi yanaşmadır. Ailə insan üçü dəyərdir… Hörmətdir… Sevgidir və ali tələbatdır… Ailə qurmaqdan qorxmaq və ailə qurmağı əlçatmaz etmək ailəyə gedən yolu məhdudlaşdırır. Hər şey düşüncələrimizdən başlayır. Ailə modelini beyninizdə ilk olaraq gözəl qurun. Çətinliyi, ağrı-acısı, sevinci ilə bərabər qurun. İnsanlar 2 cür formalaşır həyatda böyüdənlər və kiçildənlər. Bir düşün, yıxıldın, əlindən tutub qaldıran səni ovudan o ağrını çəkdiyi sığalı ilə kiçildib unutduran birinin olmasımı daha gözəldi? Yoxsa ətrafına göz gəzdirib hər kəsin bir həyatı olduğunun fərqinə varıb o ağrını içində böyüdüb böyüyüb çəkməsimi? Həyatda maddi tələblərinizi kiçildin fərqinə varacaqsınız ki, yanınızda sevdiyiniz, sizi anlayan insan olarsa bahalı maşın tələbatınız sıfıra enəcək və siz hüzur tapdığınız insanın əlindən tutaraq ümumi nəqliyyatdan da istifadə edəcəksiniz. Sevib-sevilmək həyatın anlamı, mənasıdır. Həyatınızda Sizlə maraqlanan, dərdlərinizə həmdəm olan, bir süfrə arxasında otura biləcəyiniz, danışmaqdan doymadığınız, bərabər TV izlədiyiniz, saatlarla müzakirə edə biləcəyiniz birinin həyatınızda olması… Sevin, gözəlləşdirin həyatınızı… Bu həyatda hər şey sevgidən başlayıb, sevgidə sonlanır… Qəlbizdən sevgini uzaq tutmayın”, - deyə psixoloq Yeganə Əsgərova fikrini yekunlaşdırıb.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see569

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see340

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see327

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see312

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see274

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see255

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see227

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see203

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see200

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see197

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see191

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see189

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see187

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see183

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see178

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see177

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see172

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see169

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see165

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri