Icma.az
close
up
RU
Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir

Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Aprelin 15-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatının növbəti ildönümü tamam olur. Zərifə xanımın  keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir”.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, akademik Zərifə Əliyeva şərəfli ömür yolu keçib. Qəlblərə, gözlərə nur gətirən Zərifə xanım elm sahəsində çox böyük nailiyyətlər qazanıb. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən alim olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi.

Millət vəkilinin sözlərinə görə, Zərifə xanım Əliyeva özünün gözəl insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi. O, çox qayğıkeş ana olub və xalqımıza cənab İlham Əliyev kimi layiqli oğul yetişdirib. Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, fədakarlığı bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.

“Biz bu gün bir daha Zərifə xanımı böyük ehtiramla yad edirik. Onun layiqli şəxsiyyət olaraq yetişdirdiyi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları gündən-günə möhkəmlənməkdədir. Cənab Prezidentin səyləri nəticəsində Azərbaycan daha da qüdrətli, qalib bir ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər sonrası, xalqımız hər fürsətdə “Sizi dünyaya gətirən, böyüdən Anaya halal olsun” fikirlərini səsləndirirlər. Əminəm ki, bu gün Azərbaycan xalqının öz liderinə göstərdiyi bu sevgiyə görə, Zərifə xanımın ruhu şaddır. Onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq”,-deyə Fatma Yıldırım vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri