Icma.az
close
up
RU
Azərbaycan dünyaya göstərdi ki, Qarabağa qayıdış haqqımızdır ŞƏRH EDİLDİ

Azərbaycan dünyaya göstərdi ki, Qarabağa qayıdış haqqımızdır ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Böyük Qayıdış Proqramı artıq ölkəmizdə bir neçə ildir ki, uğurla davam edir. Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbənin ardından işğal nəticəsində yurd-yuvalarından qovulmuş, didərgin düşmüş soydaşlarımızın öz vətənlərinə qayıdışını təmin edir". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, Xocalıda, Kəlbəcərdə, Füzulidə, Laçında və bütün işğaldan azad edilmiş ərazilərimizdə bu gün vətəndaşlarımız yaşayışa qayıdır: "Əlbəttə, bu prosesin uğurla davam etməsini istəməyənlər də var. Xüsusilə Rusiyada, Qərbdə və dünyanın digər nöqtələrində erməni lobbisinin bu məsələyə qarşı çıxmağa çalışdığı açıq şəkildə görünür. Rusiya mediasında erməni lobbilərinə yaxın şəxslərin təbliğat aparması, Fransada və Amerikada – xüsusilə Bayden administrasiyası dövründə demokratların erməni lobbisinə fəal dəstək verməsi buna nümunədir.

Lakin bütün bunların heç biri nəticə verməmişdir. Azərbaycan bütün dünyaya göstərdi ki, Qarabağa qayıdış bizim təbii və hüquqi haqqımızdır. Bu, öz yurd-yuvamıza dönüşdür. Azərbaycan həm də cinayətlərdə iştirak etməyən, əvvəllər Qarabağda yaşamış şəxslərin orada qalmasına şərait yaradıb. İstəməyənlər humanist şəkildə Ermənistana köçmüş, lakin orada qalmaq istəyənlər qalmış və Azərbaycan vətəndaşı olaraq bu gün firavan şəkildə yaşayırlar.

Bundan sonra nə baş verə bilər? Hazırda geosiyasi və strateji dəyişikliklər dövrünü yaşayırıq. Azərbaycanın regional gücə çevrilməsindən narahat olan qüvvələr müxtəlif vasitələrlə çalışırlar ki, bu prosesin qarşısını alsınlar və azad edilmiş torpaqlara insanların qayıtmadığı barədə saxta təsəvvür formalaşdırsınlar. Lakin bu, mümkünsüzdür. Artıq demək olar ki, hər ay qayıdış karvanları yola düşür. Cənab Prezident hər ay Qarabağda yeni təməllər atır və bu da göstərir ki, addımlarımız uğurla davam edir.

Azərbaycan qardaş Türkiyənin, Pakistanın, həmçinin İtaliya, İngiltərə və bir çox Avropa ölkələrinin verdiyi diplomatik dəstəyi görür. Bu, çox sevindirici haldır və göstərir ki, Böyük Qayıdış prosesi beynəlxalq səviyyədə dəstəklənir. Hesab edirəm ki, bu proses sürətlə davam edəcək və Böyük Qayıdış Proqramı uğurla tamamlanacaqdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri