Icma.az
close
up
RU
Qarabağa Böyük Qayıdış Zəfərimizin parlaq tərənnümüdür ŞƏRH

Qarabağa Böyük Qayıdış Zəfərimizin parlaq tərənnümüdür ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı tam təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir və burada görülən işlərlə yerindəcə tanış olur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsinin kifayət qədər geniş olduğunu diqqətə çatdıran deputat əlavə edib ki, hazırda bu ərazilərdə yaşayış evləri, sosial, nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa olunur. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.

Fatma Yıldırımın sözlərinə görə, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu Zəfər Azərbaycan xalqına yeni üfüqlər açdı və Qarabağa Böyük Qayıdış prosesini reallığa çevirdi. Fevralın 18-19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Xankəndi şəhərlərinə səfərləri, həyata keçirilən layihələr və görülən işlərlə tanışlıq bu qayıdışın əhəmiyyətini bir daha sübut edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, sadəcə, bir infrastruktur layihəsi deyil, bu, Azərbaycanın tarixi, mədəni və sosial inkişafı üçün strateji əhəmiyyət daşıyan bir prosesdir. Bu ərazilərdə aparılan quruculuq işlərinin böyük hədəfləri var.

“Düşmən tapdağında 30 ilə yaxın qalan torpaqlarımızda indi həyat sürətlə canlanır, bərpa olunur. Bərpa prosesində müasir infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzindədir. Xankəndidə və Ağdamda açılan yeni hotellər, təhsil və mədəniyyət ocaqları, yaşayış kompleksləri və digər obyektlər göstərir ki, Qarabağ artıq müasir Azərbaycanın inkişaf simvoluna çevrilib. Yenidənqurma işləri Qarabağda iqtisadi canlanmaya da səbəb olur, iş yerləri açılır, yerli və xarici sərmayə cəlb olunur. Bütün bunların fonunda Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerji zonası konsepsiyası bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir. Prezident İlham Əliyevin Xocalının Ballıca kəndinin sakinləri ilə səmimi görüşü, insanların əhvali-ruhiyyəsi xalqımızın Qarabağ torpağına nə qədər bağlı olduğunu təsdiqləyir. Bütövlükdə, Qarabağa qayıdış tarixi Zəfərimizin parlaq tərənnümüdür”, - deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri