Icma.az
close
up
RU
“Azərbaycan Ədəbiyyatının Zirvəsi Anar” Əskişəhər Anadolu Universitetində tələbələrlə görüşdü

“Azərbaycan Ədəbiyyatının Zirvəsi Anar” Əskişəhər Anadolu Universitetində tələbələrlə görüşdü

Icma.az, 525.az portalına istinadən məlumat verir.

16 oktyabr 2025-ci ildə Türk Ədəbiyyatı Vəqfi, Türk Ədəbiyyatı Jurnalı və Anadolu Universitetinin Türk Dili və Ədəbiyyatı fakültəsinin birlikdə həyata keçirdiyi “Azərbaycan Ədəbiyyatının Zirvəsi – Anar” adlı möhtəşəm bir tədbir təşkil edildi. 

Tədbir Anadolu Universiteti Ədəbiyyat Fakültəsi Prof. Dr. Taciser Tüfekçi Sivas Konfrans Salonunda keçirildi. Anadolu Universiteti Ədəbiyyat Fakültəsinin Dekan Vəkili Prof. Dr. Fuat Güllüpınarın açılış çıxışıyla başlayan proqram “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, “Qobustan” jurnalının baş redaktoru, elmlər namizədi, yazıçı Pərvin Nurəliyevanın çıxışlarıyla davam etdi.

Azər Turan “Anardan görünən Azərbaycan”, Pərvin Nurəliyeva isə “Anarın Türkiyə Sevdası” mövzusunda maraqlı çıxışlar etdilər. Azər Turan Anarın romanlarından görünən Azərbaycanı anlatdığı çıxışında özəlliklə ustadın “Ağ Qoç, Qara Qoç” romanına nəzər salaraq romanda Baku City, Behişt-i Badel Kuba və Bakı Komünü olaraq üç hissəyə bölünən Bakı ilə bağlı narahatlıqlarını və Anarın xəyalındakı Bakını dilə gətirərək Anarın düşüncələrindəki Bakıya xüsusi vurğu etdi. Azər Turan ayrıca Anarın milli təfəkkürə sahib bir ziyalı olduğunu və 60-cı illərə yaxın ədəbi yaradıcılığıyla, Azərbaycanda vətənsevər bir nəslin yetişməsinə başçılıq etdiyini vurğuladı.

Pərvin Nurəliyeva isə Anarın Sovetlər Birliyi dağılana qədər Türkiyəyə qarşı adətən bir “yasaq eşq” yaşadığını, aşiq olduğu ölkəyə qovuşmaq üçün uzun illər həsrətlə gözlədiyini anlatdı. Anarın bu sevgisinin uşaqlıq illərindən etibarən başladığını bildirən Pərvin Nurəliyeva, vüsalın bu sevgini daha da alovlandırdığını bildirdi.

Proqramın sual-cavab hissəsində isə Türk Ədəbiyyatı Jurnalının baş redaktoru, yazıçı İmdat Avşar və Türk Ədəbiyyatı Jurnalının Yazı İşləri Müdir köməkçisi Səadət Örməci ustada fərqli və maraqlı suallarla müraciət etdilər. Ədəbiyyat Fakültəsi müəllimlərinin və tələbələrinin də suallarıyla daha da rənglənən proqram boyunca ustad Anar iştirakçılara ailəsi, həyatı, əsərləri, əsərlərindəki qəhrəmanlar haqqında son dərəcə önəmli məlumatlar verdi, Türkiyə və türk yazarlarıyla, şairləriylə olan xatirələrini danışdı.

Sovet İttifaqı zamanında Azərbaycandakı qadağan olunmuş “Türk” və “Türkiyə” qavramlarına toxunaraq bunun uğrunda əsərləriylə necə mübarizə apardığından söhbət açdı. Ustad Anar 1990-cı illərin Azərbaycanını və Birinci Qarabağ savaşının yaşandığı illəri dilə gətirdiyi zaman göz yaşlarına hakim ola bilmədi və bu dönəmdə siyasi və toplum hadisələrin öz əsərlərinə necə sirayət etdiyini də dinləyicilərlə paylaşdı. Həmçinin 1990-cı illərdə Memar Sinan Universitetindəki akademik dövründə qələmə aldığı “Otel otağı” adlı əsəriylə bağlı geniş məlumatlar verən Anar Türk ziyalı çevrələrinin I Qarabağ müharibəsinə baxışını və bu hadisələrin Türkiyədə necə əks-səda verdiyindən bəhs etdi.

Anar “Türkiyədən hansı yazıçı və şairlərlə görüşmüsünüz, onlardan kimləri izləyirsiniz?” sualına, öz dövrünün söz adamlarından Nazım Hikmət Ran, Melih Cevdet Anday, Yaşar Kemal, Yahya Akengin, Namık Kemal Zeybek, Yavuz Bülent Bakiler, Ali Akbaş, Fazıl Hüsnü Dağlarca, Ataol Behramoğlu, Aziz Nesin, Orhan Pamuk, İlber Ortaylı, İmdat Avşar kimi bir çox yazıçı, şair və elm insanıyla dost olduğunu və bu isimlərdən həyatda olanları hələ də  izləməkdə olduğunu söylədi.

Anara “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı əsərinin niyə bu qədər sevildiyi sualı verildiyində ustad, “bu əsərin digər əsərlərini kölgədə buraxdığını və bu vəziyyətdən xoşhal olmadığını” bildirərək bu əsərin bu qədər məşhur olmasının səbəbini də izah edib: “Bu roman, azad olmayan bir cəmiyyətdə azad yaşamaq arzusunda olan bir qadının faciəsidir. Bu səbəbdən çox məşhur olduğunu düşünürəm” - dedi. Anar “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Bir fürsət tapsam” və “Dantenin yubileyi” adlı povestlerinə niyə yeni “sonlar” yazdığı” sualına isə: “Mən o romanları yazdığımda sadəcə romanları bitirmişdim, ancaq romanların qəhrəmanları yaşamağa davam edirdi. Mən bu qəhrəmanların daha sonrakı dövrlərdə necə və nələr yaşadığını da göstərmək istədim”, - deyə cavab verdi. Sual-cavab hissəsinin sonunda çıxış üçün söz alan Anar özünə həsr etdiyi bu şeiri səsləndirdi:

Roman yazdı, uzandı

Pyes yazdı, usandı.

Çıxış etdi, utandı

Hərdən şeir yazardı.

Bir gün başa düşdü ki

Şairlik bir azardı

Hərdən birdən tutandı.

Səadət Örməci

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Oktyabr 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri