Icma.az
close
up
RU
Azərbaycan əhalisinin 10.7 faizi PENSİYAÇIDIR

Azərbaycan əhalisinin 10.7 faizi PENSİYAÇIDIR

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 98.3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1.096 milyon) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10.7 faizini təşkil edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin 64.3 faizi yaşa, 23.2 faizi əlilliyə, 12.5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.5 faiz artaraq 496.6 manat təşkil etmiş və ortaaylıq əməkhaqqının 49.2 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli sərəncamına əsasən, bu ilin 1 yanvar tarixindən ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

“Əmək pensiyaları haqqında” Qanuna edilən müvafiq dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 14.3 faiz artırılaraq bu ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 156.2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 143.7 min) nəfər, əlilliyə görə – 42.6 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 218.4 min (müvafiq olaraq 47 min və 217.7 min) nəfər, ailə başçısını itirməyə görə – 56.4 min (57.2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22.2 min (23.4 min) nəfər olub.

Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 163 nəfər qəyyumuna aylıq müavinət verilib.

Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcəli əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin və müddətli hərbi xidmət qulluqçularının ailələrindən (4.4 min) 6.4 min uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 2 376 nəfər bir yaşınadək uşağı olan 2 308 aztəminatlı ailəyə, övladlığa götürülən və himayədar ailəyə verilmiş, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 42 uşağa görə 40 ailəyə və beşdən çox uşağı olan 2.8 min qadına 12.3 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 285 şəxsə isə kompensasiya verilib.

Keçən il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 43.2 min ailəyə 45.1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3.8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6.8 min nəfərə birdəfəlik müavinətlər verilib.

Bu il yanvarın 1-i vəziyyətinə 76 min aztəminatlı ailənin 334.5 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən ortaaylıq məbləği 107.5 manat təşkil edib.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 401.4 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri