Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Azərbaycan əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkir

Azərbaycan əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkir

Azvision saytına istinadən Icma.az xəbər verir.

“2-ci tip diabet, ürək-damar xəstəlikləri, endokrin pozğunluqlar, sümük-oynaq sistemi xəstəlikləri, sonsuzluq, yuxu apnoesi, nevroloji və psixi sağlamlıq problemləri, eləcə də bir çox onkoloji xəstəliklər piylənmə ilə birbaşa əlaqəlidir. Piylənməni nə qədər effektiv idarə edə bilsək, bu xəstəliklərin də qarşısını almaq imkanımız bir o qədər yüksək olar”,- o qeyd edib.
E.Hidayətli vurğulayıb ki, Azərbaycan artıq piylənmə ilə bağlı qlobal tendensiyaların təsirini hiss edir. Fiziki aktivliyin azalması, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, stress və yuxu pozğunluqları kimi amillər ölkədə artıq çəki və piylənmə hallarının artmasına səbəb olur.
Onun sözlərinə görə, hazırda Azərbaycanın yetkin əhalisinin yarıdan çoxu artıq çəki və ya piylənmədən əziyyət çəkir: “Piylənmə yalnız iradə məsələsi deyil. Ömür boyu davam edən və təkrarlanmağa meyilli xroniki xəstəlikdir. Buna görə də müalicə qısamüddətli nəticələrə deyil, uzunmüddətli və davamlı çəki nəzarətinə yönəlməlidir”.
Emil Hidayətli əlavə edib ki, beynəlxalq elmi tövsiyələrə uyğun olaraq piylənmənin müalicəsində kompleks yanaşma tətbiq olunmalı, pasiyentlərə uzunmüddətli tibbi müşahidə və dəstək göstərilməlidir.

Azərbaycan Piylənmə Assosiasiyasını təmsil edən piylənmənin müalicəsi üzrə ekspert həkim Dr. Əmir bildirib ki, təşkilat həm Avropa Piylənmə Araşdırmaları Assosiasiyasının, həm də Dünya Piylənmə Assosiasiyasının Azərbaycandakı rəsmi nümayəndəsidir. Onun sözlərinə görə, piylənmə son 50 ildə qlobal miqyasda kəskin artıb və bu problem artıq yalnız artıq çəki məsələsi kimi deyil, ciddi xroniki xəstəlik kimi qiymətləndirilməlidir.
“Piylənmə 200-dən çox xəstəliklə əlaqəlidir. Bunlara 2-ci tip diabet, ürək-damar xəstəlikləri, endokrin pozğunluqlar, sümük-oynaq sistemi xəstəlikləri, sonsuzluq, yuxu apnoesi, mental sağlamlıq problemləri, nevroloji xəstəliklər və onkoloji xəstəliklərin müxtəlif növləri daxildir. Piy toxumasını və bədən çəkisini nə qədər effektiv idarə edə bilsək, bu ağırlaşmaların qarşısını almaq imkanımız da bir o qədər artar”, – deyə o qeyd edib.
Həkim vurğulayıb ki, piylənmə dünyada səhiyyə sistemləri üçün ən böyük maliyyə yüklərindən birinə çevrilib. Azərbaycanda da qlobal tendensiyalar müşahidə olunur. Fiziki aktivliyin azalması, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, stress, yuxu pozğunluğu və şəhər mühitinin təsiri piylənmənin artmasına səbəb olan əsas amillərdəndir.
Onun sözlərinə görə, Azərbaycanda yetkin əhalinin yarıdan çoxu artıq çəki və piylənmə problemi ilə üzləşir: “Piylənmə təkcə kilo problemi deyil. Bu, insanın iradəsi ilə bağlı məsələ kimi təqdim edilməməlidir. Artıq tibbi yanaşma dəyişir və piylənmə xroniki, təkrarlana bilən və proqressivləşən xəstəlik kimi qəbul olunur. Buna görə də müalicə yalnız qısa müddətli çəki azalmasına deyil, uzunmüddətli və davamlı nəticəyə yönəlməlidir”.
Ekspert bildirib ki, əvvəlki illərdə yalnız az yemək və çox hərəkət etmək prinsipi ilə aparılan yanaşmalar hər zaman davamlı nəticə verməyib. Qısa müddətdə çəki itirilməsi, daha sonra isə kiloların geri qayıtması — “yo-yo effekti” — piylənmə ilə yaşayan insanların müalicədən uzaqlaşmasına səbəb ola bilir. Müasir dövrdə piylənmənin müalicəsində beynəlxalq standartlara əsaslanan kompleks yanaşma tətbiq edilməlidir. Bu yanaşma həkim nəzarəti, həyat tərzi dəyişiklikləri, düzgün qidalanma, fiziki aktivlik və ehtiyac olduqda tibbi müalicə vasitələrini əhatə etməlidir. “Piylənmə residivləşən və proqressivləşən xəstəlikdir. Buna görə də müalicə strategiyası elə qurulmalıdır ki, çəkinin geri qayıtması pasiyentin ruhdan düşməsinə və müalicədən yayınmasına səbəb olmasın”,- həkim bildirib.
Tədbirdə “Novo Nordisk” şirkətinin piylənmənin müalicəsi üçün nəzərdə tutulmuş GLP-1 sinfinə aid Wegovy® (semaglutide 2.4 mg) preparatının Azərbaycanda istifadəyə verilməsi elan edilib. Bu preparat iştahanı azaltmaq, toxluq hissini artırmaq və nəticədə davamlı çəki nəzarətinin təmin olunmasına kömək edir. Semaglutid insan orqanizmində təbii şəkildə mövcud olan GLP-1 hormonunun təsirini təqlid edən preparatdır və məhz bu mexanizm vasitəsilə çəkinin idarə olunmasına kömək edir.
Klinik tədqiqatların nəticələrinə əsasən, semaglutid istifadə edən hər üç xəstədən birində bədən çəkisinin 20 faizdən çox, əhəmiyyətli hissəsində isə 15 faizdən artıq azalması müşahidə olunub. Bundan əlavə, tədqiqatlar preparatın ürək-damar sağlamlığı baxımından da mühüm faydalar verdiyini göstərib. Xüsusilə, artıq çəkili və ürək-damar xəstəliyi olan insanlarda ciddi ürək-damar hadisələri riskinin təxminən 20 faiz azalması qeydə alınıb. Preparat həftədə bir dəfə tətbiq olunur və 12 yaşdan yuxarı yeniyetmələr, eləcə də böyüklər üçün nəzərdə tutulub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 İyun 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri