Icma.az
close
up
RU
“Azərbaycan elminin şərəfli yolu İlham Əliyevin AMEA nın 80 illik yubileyində strateji baxışı”

“Azərbaycan elminin şərəfli yolu İlham Əliyevin AMEA nın 80 illik yubileyində strateji baxışı”

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci il 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən konfransda Prezident İlham Əliyev çıxış etmişdir.

Prezident çıxışında Akademiyanın 80 il ərzində keçdiyi inkişaf yoluna nəzər salaraq gələcəyə yönəlik prioritetləri vurğulamışdır. O qeyd etmişdir ki, AMEA ölkənin intellektual əsasını formalaşdıran, milli elmi ənənələri qoruyan və gələcək üçün strateji düşüncə yaradan əsas mərkəzdir.

Prezident İlham Əliyev bildirmişdir ki, 80 il ərzində Akademiya Azərbaycanın elmi inkişafında aparıcı rol oynamış, müxtəlif dövrlərdə siyasi və iqtisadi çətinliklərə baxmayaraq, elmi müstəqilliyin qorunması istiqamətində mühüm addımlar atılmışdır. O, həmçinin vurğulamışdır ki, Ümummilli lider Heydər Əliyev dövründə elmə xüsusi diqqət göstərilmiş, 1970-ci illərdə yeni institutlar yaradılmış, elmi potensialın gücləndirilməsi üçün geniş imkanlar təmin olunmuşdur.

Müstəqillik dövründə bu siyasət uğurla davam etdirilmiş, 2009-cu ildə Elm Fondu yaradılmış, “Elm haqqında” Qanun qəbul edilmiş və dövlət proqramları vasitəsilə elmi tədqiqatlara maliyyə dəstəyi artırılmışdır. Prezident qeyd etmişdir ki, “Elm artıq dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir.”

Çıxışda həmçinin müasir çağırışlar – kibertəhlükəsizlik, rəqəmsal transformasiya, milli mədəniyyətin elmi əsaslarla qorunması kimi məsələlər xüsusi vurğulanmışdır. İlham Əliyev dil və mədəniyyət mövzusuna toxunaraq demişdir:

“Bizim dilimiz çox zəngindir. Əgər Azərbaycan dilində orijinal söz varsa, onu xarici sözlə əvəz etməyə nə ehtiyac var?”

Bu fikir yalnız dil məsələsini deyil, milli elmin müstəqilliyini də simvolizə edir. Prezidentin çıxışı elmin dövlət müstəqilliyinin qorunmasında strateji əhəmiyyətini bir daha ortaya qoymuşdur.

Tədbirdə həmçinin AMEA-nın gələcək hədəfləri – yeni tədqiqat istiqamətləri, infrastrukturun modernləşdirilməsi və gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyası kimi məsələlər geniş şəkildə qeyd edilmişdir. Akademiyanın 80 illiyi münasibətilə bu çıxış, elmin dövlət səviyyəsində dəyərləndirilməsinin, elm adamlarına olan hörmətin və gələcəyə inamın parlaq nümunəsi kimi tarixə düşmüşdür.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri