Icma.az
close
up
RU
AMEA nın 80 illiyi: Azərbaycan elminin inkişafına dövlət baxışı və strateji istiqamətlər ŞƏRH

AMEA nın 80 illiyi: Azərbaycan elminin inkişafına dövlət baxışı və strateji istiqamətlər ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan elminin formalaşma və inkişaf mərhələləri ölkəmizin dövlətçilik tarixinin ayrılmaz hissəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi bu sahədə əldə olunan nailiyyətlərin ümumiləşdirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin yubiley mərasimindəki çıxışı elmin milli inkişaf strategiyasında tutduğu yerə, onun dövlətçilik, iqtisadiyyat və milli kimliklə əlaqəsinə hərtərəfli dövlət baxışının ifadəsi oldu.

Dövlət başçısı çıxışında bildirdi ki, müstəqil Azərbaycanın elmi bu gün yeni yüksəliş mərhələsinə qədəm qoyur. Son on ildə elmə ayrılan vəsaitin iki dəfədən çox artırılması, elmi infrastrukturun müasirləşdirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişlənməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Prezident vurğuladı ki, müasir dövrdə texnoloji tərəqqi, rəqəmsallaşma və süni intellekt prioritet istiqamətlərdəndir, çünki tükənməz sərvət - məhz insanın intellektual potensialıdır. Bu potensialın reallaşması isə yalnız sistemli sərmayə və düzgün idarəetmə nəticəsində mümkündür.

Prezident İlham Əliyev qeyd etdi ki, elm iqtisadiyyat və sənaye ilə vəhdətdə inkişaf etməlidir. Müstəqil Azərbaycanın iqtisadi modelində qeyri-neft sektoru aparıcı qüvvəyə çevrilmiş, bu isə həm ölkənin dayanıqlı inkişafına, həm də azad edilmiş torpaqlarda bərpa prosesinin sürətlənməsinə imkan yaratmışdır. Bərpaolunan enerji, rəqəmsal texnologiyalar və innovasiya layihələri yaxın illərdə milli iqtisadiyyatın əsas struktur elementlərinə çevriləcək. Artıq Azərbaycan bir sıra hərbi təyinatlı məhsulları ixrac edir ki, bu da elmi potensialın istehsal gücü ilə sintezinin real nəticəsidir.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi diqqəti xüsusi vurğuladı. Qeyd olundu ki, Heydər Əliyevin uzaqgörən siyasəti və elmə verdiyi yüksək qiymət bu gün formalaşmış güclü elmi sistemin təməlini qoymuşdur. Bu möhkəm təməllər üzərində qurulan müasir dövlət siyasəti elmi və intellektual inkişafı milli tərəqqinin əsas istiqaməti kimi müəyyən edir.

Dövlət başçısı elmin əsas vəzifələrindən birinin müstəqil Azərbaycan dövlətinin tarixinin elmi əsaslarla öyrənilməsi olduğunu bildirdi. Tarixi faktların, xüsusilə də indiki Ermənistan ərazisində Azərbaycan mənşəli toponimlərin bərpası milli kimliyimizin elmi dəlillərlə təsdiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Prezident Azərbaycan dilinin saflığının qorunmasını hər bir vətəndaşın mənəvi borcu kimi qiymətləndirdi: “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti.” Bu fikir milli-mənəvi dəyərlərin qorunmasında dövlətin prinsipial mövqeyini əks etdirir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və elmi-tədqiqat layihələri elmi-texnoloji potensialın praktiki tətbiqinin nümunəsidir. Prezident İlham Əliyev həmçinin azərbaycanlıların tarixi torpaqlarına - indiki Ermənistana qayıdışını tarixi ədalətə əsaslanan, humanist və sülhə xidmət edən bir proses kimi dəyərləndirdi.

Ölkə başçısının “Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb” fikri yalnız hərbi-siyasi deyil, həm də elmi və intellektual yüksəlişin rəmzi kimi səsləndi. Qarşıdakı əsas vəzifə bu potensialdan səmərəli istifadə etməklə Azərbaycanın dayanıqlı, innovativ və ədalətli inkişafını təmin etməkdir.

Bir neçə gündən sonra xalqımız tarixi Zəfərimizin beş illiyini qeyd edəcək. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı həm elm ictimaiyyəti, həm də bütövlükdə cəmiyyət üçün strateji yol xəritəsi rolunu oynayır. Bu çıxış elmin dövlət siyasətinin mərkəzinə gətirildiyi, intellektual kapitalın milli gücə çevrildiyi yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyən edir.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see218

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see214

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see212

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see196

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see176

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see167

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see157

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see149

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see142

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri