Icma.az
close
up
RU
Azərbaycan polisi 108 illik şərəfli xidmət yolu

Azərbaycan polisi 108 illik şərəfli xidmət yolu

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir.

Avtosfer.az xatırladır ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan Azərbaycan polisi ötən 108 il ərzində ölkədə qanunun aliliyinin, ictimai asayişin və vətəndaş təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə Daxili İşlər orqanlarının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-si Azərbaycan Polisi Günü elan edilib.

Azərbaycan polisinin tarixində Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri danılmazdır. Məhz onun rəhbərliyi dövründə Daxili İşlər orqanlarında ciddi islahatlar aparılıb, peşəkar kadr potensialı formalaşdırılıb, xidmət intizamı gücləndirilib və milli ruhda yetişən polis əməkdaşlarının sayı artıb. Bu inkişaf sonrakı illərdə də davam etdirilərək ölkənin hüquq-mühafizə sisteminin daha da möhkəmlənməsinə zəmin yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Daxili İşlər Nazirliyində genişmiqyaslı modernləşmə həyata keçirilib. Maddi-texniki baza gücləndirilib, polis ən müasir avadanlıqlarla təmin olunub, elektron xidmətlər genişləndirilib, "ASAN xidmət" mərkəzlərində polis xidmətləri təşkil edilib, "E-Polis" mobil tətbiqi istifadəyə verilib. Bu addımlar vətəndaş məmnunluğunun artırılmasına, şəffaflığın və operativliyin yüksəldilməsinə mühüm töhfə verib.

Azərbaycan polisi təkcə cinayətkarlıqla mübarizə aparan hüquq-mühafizə orqanı deyil. Polis əməkdaşları hər gün insanların həyatının xilas olunması, təhlükəsizliyinin təmin edilməsi və fövqəladə hallarda operativ yardım göstərilməsi istiqamətində də fədakarlıq nümayiş etdirirlər. Sel və daşqınlar zamanı çaylarda köməksiz vəziyyətdə qalan insanların sudan çıxarılması, yanğın baş verən ərazilərdən sakinlərin təxliyəsi, itkin düşən şəxslərin axtarışı, yol-nəqliyyat hadisələri zamanı yaralıların xilas edilməsi, təbii fəlakətlər və digər fövqəladə hallarda əhaliyə yardım göstərilməsi polis əməkdaşlarının gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrdə tez-tez yayılan bu cür görüntülər də göstərir ki, polis əməkdaşları bir çox hallarda həyatlarını riskə ataraq insanların köməyinə çatırlar.

Bununla yanaşı, polis əməkdaşları kütləvi tədbirlər zamanı ictimai asayişi qoruyur, məktəblərin, uşaq bağçalarının, dövlət müəssisələrinin və strateji obyektlərin təhlükəsizliyini təmin edir, yol hərəkətinin tənzimlənməsində, itkin düşmüş uşaqların ailələrinə qaytarılmasında, məişət zorakılığı, kibercinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və digər hüquqazidd əməllərlə mübarizədə mühüm rol oynayırlar.

Azərbaycan polisi eyni zamanda dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq nümunələri göstərib. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ön cəbhəyə yollanan ilk nizami qüvvələrdən biri məhz milis əməkdaşları və sonradan Daxili Qoşunlar olub. Birinci Qarabağ müharibəsində 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdikləri şücaətə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər isə müxtəlif orden və medallara layiq görülüb.

44 günlük Vətən müharibəsində də Daxili Qoşunların xüsusi təyinatlıları və polis əməkdaşları ön sıralarda döyüşərək mühüm tapşırıqları uğurla yerinə yetiriblər. Müharibə zamanı Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Prezident İlham Əliyevin sərəncamları ilə Daxili Qoşunların 1690 əməkdaşı müxtəlif orden və medallarla təltif olunub, onlardan 4 nəfərə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər. Həmin əməliyyatlarda DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə ucalıb.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, müvəqqəti komendantlıqların fəaliyyəti, Böyük Qayıdış proqramının icrası, mina təhlükəsinin aradan qaldırılması, qanunsuz silah və partlayıcı vasitələrin aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində də polis əməkdaşları gecə-gündüz xidmət aparırlar.

Bu gün Azərbaycan polisi müasir çağırışlara uyğun fəaliyyət göstərən, beynəlxalq standartlara cavab verən, peşəkar və mərkəzləşdirilmiş hüquq-mühafizə sistemi kimi fəaliyyətini davam etdirir. Cinayətkarlıqla mübarizə, kibertəhlükəsizliyin təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması Daxili İşlər orqanlarının əsas fəaliyyət istiqamətlərindəndir.

108 illik şərəfli yol göstərir ki, Azərbaycan polisi yalnız qanunun keşiyində dayanan qurum deyil, həm də çətin gündə insanların ilk üz tutduğu ünvanlardan biridir. Gündəlik xidmətdə, fövqəladə hadisələrdə, təbii fəlakətlər zamanı, müharibə meydanında və ölkənin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri xidmətlər polis əməkdaşlarının Vətənə və xalqa sədaqətinin bariz nümunəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 İyul 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri