Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Azərbaycan elminin inkişafında AMEA nın 80 illik mərhələsi və strateji istiqamətləri

Azərbaycan elminin inkişafında AMEA nın 80 illik mərhələsi və strateji istiqamətləri

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Bu gün Azərbaycan elmi mühüm mərhələdən keçir. Müasir texnoloji innovasiyalar bütün texniki və humanitar sahələrə yeni və strateji yanaşmanın zəruriliyini ortaya qoyur. Azərbaycanda bu sahənin aparıcı qurumu AMEA və tərkibində olan institutlardır. Əlbəttə, AMEA və onunla ciddi əməkdaşlıq edən elmi-tədqiqat institutlarında müəyyən zaman kəsiyində inkişaf da olub, axsamalar da. Lakin problemlərin kökünə dərindən yanaşsaq görərik ki, müxtəlif illərdə Azərbaycan elmində qazanılan uğurlar və eyni zamanda, məhrumiyyətlər heç də öz-özünə baş verməyib. Burada mütləq şəkildə dövrün ictimai-siyasi vəziyyəti, rifahı və dövlət-elm münasibətlərinin səviyyəsinə nəzər salınmalıdır. Şübhəsiz ki, bu, daha ədalətli yanaşma olar. İstənilən halda AMEA zamanın çətin sınağından çıxmağı uğurla bacarıb. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Prezidentin Sərəncamı, yubileyin yüksək səviyyədə təşkili və mötöbər qonaqların iştirakı AMEA-nın bundan sonrakı inkişafı üçün yeni bir səhifə açdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşı Anar Turan bildirib. O qeyd edib ki, yubileyin əhəmiyyətini artıran mühüm amillərdən biri də Prezident İlham Əliyevin tədbirdə iştirakı və proqram xarakterli çıxışı oldu. Dövlətimizin başçısı çıxışında Akademiyanın keçdiyi uzun və şərəfli yolu qeyd edərək, bu böyük elm təşkilatının ölkəmizin inkişafına verdiyi töhfələrin davamlı olacağına inamını ifadə etdi. Prezident İlham Əliyevin çıxışı dövlətin alim və ziyalı mühitlə əlaqəsinin güclü və vacib olmasını göstərməklə yanaşı, elmin yalnız tədqiqat meydanı deyil, həmçinin milli strategiyanın komponenti olduğunu sübut etdi.

“Əlbəttə, Akademiyanın tarixində görkəmli alimlər Yusif Məmmədəliyev, Zahid Xəlilov, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, İmam Mustafayev, Əziz Əliyev, Mirəli Qaşqay, Ziya Bünyadov və başqaları böyük zəhmətlər sərf ediblər. Amma Akademiyanın tarixi yalnız nailiyyətlərdən ibarət olmayıb. Müəyyən dövrdə məhrumiyyətlər, çətinliklərlə də üz-üzə qalıb. Hətta 1990-cı illərin əvvəllərində qurumun ləğv edilməsinə cidd-cəhdlə çalışanlar da olmuşdu.

Akademiyanın bağlanması, ləğv edilməsi fikirlərinə qarşı alimlər və tədqiqatçılar yenilənmə və islahat təklif etmişdilər. Əks tərəfin arqumenti çox zəif idi. Onlar Akademiyanı sovetlərə aid hesab edir və bağlanmasını təklif edirdilər. Lakin elmi məktəb nümayəndələri yaxşı anlayırdılar ki, bir yeri dağıtmaq asandır, amma yenidən qurmaq isə müşkül, bəzən də mümkünsüzdür. Bu baxımdan, dövlət AMEA-nın qorunması, inkişafı və islahatlar aparmaq üçün konkret addımlar atdı, mühüm qərarlar qəbul etdi. Çətin sınaqlara baxmayaraq AMEA qorundu, müasirləşdirildi, maddi-texniki bazası gücləndirildi. İstənilən böhranlı vəziyyətlərə baxmayaraq, Akademiyanın mövcudluğu və inkişafı milli strateji hədəf kimi qorunub saxlanıldı”, - deyə müsahibimiz əlavə edib.

Onun sözlərinə görə, 80 illik yubileydə dövlətimizin başçısının, AMEA prezidentinin və digər tanınmış alim və ziyalıların səsləndirdiyi fikirlərin ana xətti bu oldu ki, elm dövlət siyasətində strateji sahə olmalıdır: “Bu gün AMEA ölkənin əsas elmi idarəetmə və tədqiqat mərkəzidir. Tərkibində elmi-tədqiqat institutlarını birləşdirir, onları koordinasiya edir, o cümlədən yüzlərlə akademik və professorun, fəlsəfə doktorunun fəaliyyət göstərdiyi nadir təsisatdır. Bu baxımdan, AMEA-nın yubiley mərasiminin təntənəli şəkildə qeyd olunması, ölkə rəhbərinin və dünyanın nüfuzlu alimlərinin tədbirlə iştirakı həm də AMEA-da toplaşan yüzlərlə alimə, minlərlə tədqiqatçı üçün böyük mənəvi dəstək oldu.

Elmlər Akademiyası keçmişin elm irsini yaşadır, elmin dövlətçiliyə verdiği töhfəni nümayiş etdirir və gələcək nəsillər üçün bu sahədə motivasiya mənbəyi olmağı da üzərinə götürür. Prezidentin iştirakı və çıxışı bu mənada həm rəmzi, həm də praktik əhəmiyyət daşımaqla yanaşı onu da sübut etdi ki, Azərbaycanda elm və inkişaf dövlətin diqqətindədir və bu həmişə belə olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see274

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see246

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see234

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see201

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see178

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see177

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see155

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see150

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see135

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see134

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see132

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see129

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri