Icma.az
close
up
RU
Azərbaycan elminin yüksəliş strategiyası və Prezident İlham Əliyevin elmi siyasət vizyonu Təhlil

Azərbaycan elminin yüksəliş strategiyası və Prezident İlham Əliyevin elmi siyasət vizyonu Təhlil

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 noyabr, AZƏRTAC

2025-ci il Azərbaycan elmi tarixində xüsusi rəmzi mənaya malikdir. Dövlətimizin ali elmi qurumu – Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasından 80 il ötür. Bu yubiley təkcə bir təşkilatın tarix salnaməsi deyil, bu, Azərbaycan elmi düşüncəsinin, milli ziyalılıq ənənəsinin və intellektual inkişaf modelinin səksən illik müdrik inkişaf manifestidir.

Bu sözlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun “Azərbaycan elminin yüksəliş strategiyası və Prezident İlham Əliyevin elmi siyasət vizionu” sərlövhəli təhlili yazısında yer alıb.

AZƏRTAC yazını təqdim edir.

Akademiyanın formalaşması: elmin milli sərvətə çevrilən yolu

1945-ci ildə əsası qoyulan Azərbaycan Milli Elmlər Akademiyası yarandığı ilk gündən milli elmi potensialı təşkilatlandıran strateji mərkəz kimi fəaliyyət göstərmiş, Azərbaycan xalqının intellektual sərvətini milli kapitala çevirən elmi institutlar şəbəkəsini yaratmışdır. Bu illər ərzində Akademiya müxtəlif elmi məktəblərin formalaşmasına, fundamental tədqiqatların aparılmasına, yeni nəsil alim və mütəxəssislərin yetişdirilməsinə, ölkənin elm-təhsil mühitinin institusional əsaslarının möhkəmlənməsinə böyük töhfə vermişdir. Sovet dövründən müstəqillik mərhələsinə keçid, müxtəlif iqtisadi-siyasi dəyişikliklər, qlobal elmi meyillərin sürətlə yenilənməsi – bütün bunlar Azərbaycan elminin qarşısına yeni tələblər qoymuş, lakin Akademiya hər mərhələdən daha yetkin, daha mütəşəkkil elmi struktura çevrilmişdir.

Heydər Əliyev və müstəqillik dövrü: elmin dövlət siyasətinin prioritetinə çevrilməsi

1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyev ölkədə elmi inkişafı dövlət siyasətinin əsas strateji xəttinə çevirdi. Elmin iqtisadiyyat, mədəniyyət və idarəetmə proseslərinin aparıcı elementi kimi dəyərləndirilməsi Azərbaycan elmini yeni mərhələyə daşıdı. Bu dövr elmi idarəetmə mexanizmlərinin yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq inteqrasiyanın sürətləndirilməsi ilə səciyyələnir. Bu siyasi kurs sonrakı onilliklərdə Prezident İlham Əliyevin rəhbərliyi altında modern elmi inkişaf konsepsiyası ilə davam etdirildi.

Prezident İlham Əliyevin elmi strateji xətti

Dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley mərasimində etdiyi çıxış Azərbaycan elminin hazırkı mərhələsi və gələcək inkişaf trayektoriyası üçün konseptual mahiyyət daşıyan bir sənəd kimi qiymətləndirilə bilər.

“Gələcəyin inkişafı birbaşa elmin səviyyəsi ilə bağlıdır”. Bu fikrin mahiyyəti ondan ibarətdir ki, müasir dövrdə dövlətlərin gücü təkcə iqtisadi və hərbi potensialla deyil, intellektual üstünlüklə ölçülür. İqtisadiyyatın diversifikasiyası, innovasiya sənayesinin inkişafı, rəqəmsal texnologiyalar, süni intellect - bütün bunların əsasında elm dayanır. Prezident İlham Əliyev bu ifadə ilə bildirir ki, elm inkişaf etmirsə, iqtisadiyyat da statik qalacaq, müasir texnologiya olmadan qlobal rəqabət mümkün deyil, elmi potensial milli təhlükəsizliyin də əsas elementidir. Bu, Azərbaycanın gələcək inkişaf modelinin məhz elmi biliklərə söykəndiyini göstərən dövlət strategiyasıdır.

“Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bu torpaqlarda biz qurub-yaradırıq”. Bu cümlə elmin inkişafına yeni mərhələnin açıldığını göstərir. Torpaqların azad edilməsindən sonra ölkə qarşısında yeni vəzifə - quruculuq, bərpa və modernləşmə dayanır. Bu prosesdə mühəndislik elmləri, energetika, ekologiya, aqrar texnologiyalar, şəhərsalma, geologiya və iqtisadiyyat birbaşa iştirak edir. Dövlətimizin başçısının bu fikri elmin artıq praktiki qüvvəyə çevrildiyini, hər qarış torpaqda intellektual inkişafın rol oynadığını göstərir.

“Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”. Bu cümlə isə həm qürur, həm də siyasi-inteqrativ mesajdır. Azərbaycan dövlətinin hərbi-siyasi qələbəsi düzgün strateji düşüncənin, elmi yanaşma ilə planlaşdırılmış hərbi texnologiya siyasətinin və yüksək idarəetmə və analitik qərarvermənin nəticəsidir. Müasir müharibələr elmi texnologiya ilə qazanılır: kəşfiyyat sistemləri, pilotsuz uçuş aparatları, hərbi kommunikasiya şəbəkələri - bunların hamısı elmi bilik tələb edir. Prezidentin “mütləq Qələbə” ifadəsi elmin milli təhlükəsizlikdə oynadığı rolu da təsdiqləyir.

“Son 10 ildə elmə ayrılan maliyyə iki dəfə artmışdır”. Bu, sadə statistika deyil, siyasi iradənin bariz göstəricisidir. Elm maliyyəsiz inkişaf etmir. Prezident bu faktı qeyd etməklə göstərir ki, dövlət elmə strateji investisiya ayırır, alimlərin fəaliyyəti üçün geniş imkanlar yaradılır, laboratoriyalar modernləşdirilir, gənc tədqiqatçılar üçün perspektiv açılır. Bu addım Azərbaycan elmini yalnız region səviyyəsində deyil, dünya elmi məkanında rəqabətə hazırlayır.

Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər

Bu sözlər təkcə kompliment deyil - gələcək missiyanın dövlət səviyyəsində təsdiqidir. Prezident İlham Əliyev alimlərə etimad göstərir, məsuliyyət həvalə edir, onların milli inkişaf prosesində aparıcı rol oynadığını vurğulayır. Bu, Azərbaycan alimlərinə verilən yüksək dəyər və gələcək fəaliyyət üçün motivasiya mesajıdır. Azərbaycan Prezidentinin çıxışı göstərir ki, elm dövlət quruculuğunun əsas sütunudur, elmi potensial sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsidir və Azərbaycan modern dünyada intellektual dövlət modelinə keçid edir. Prezident İlham Əliyev elmə təkcə elmi sahə kimi yox, milli güc amili, strateji resurs və gələcək tərəqqinin əsas şərti kimi yanaşır. Bu, bütün elmi ictimaiyyət üçün həm fərəh, həm də məsuliyyət deməkdir.

Prezident İlham Əliyevin nitqinin ana xəttindən biri - Azərbaycan dilinin qorunması - əslində sadəcə bir dil məsələsi deyil. Bu, milli kimlik, dövlətçilik və tarixi yaddaş məsələsidir. Dövlətimizin başçısının bu çıxışında açıq şəkildə bildirir ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, Azərbaycan xalqının varlıq sübutudur. Ana dili bizim kimliyimizin, mənsubiyyətimizin, dövlət olaraq mövcudluğumuzun ən mühüm dayağıdır. Prezident İlham Əliyevin sözlərinin altında çox ciddi, strateji məna dayanır: Dil itəndə, millət də itir - Prezident açıq formada bildirir ki, dilin sıradan çıxması milli kimliyin tənəzzülü deməkdir. O, xəbərdarlıq edir: “Biz öz dilimizi qorumasaq, yavaş-yavaş milli kimliyimizi də itirərik”.

Azərbaycan dilinin 50 milyondan artıq insan tərəfindən istifadə olunması ana dilimizin nə qədər böyük, milli ruhumuzun isə nə qədər güclü olduğunu göstərir.

Ölkə rəhbəri vurğulayır ki, Azərbaycan dili qlobal miqyasda böyük etnosu birləşdirən bağdır. Deməli, bu dil zəifləsə, onu danışan toplumların içində milli bağlar da zəifləyər. Dövlət bu dilin əsas qoruyucusudur. Prezident İlham Əliyev çox qəti mövqe ortaya qoyur: “Azərbaycan dilinin saflığının qoruyucusu müstəqil Azərbaycan dövlətidir.” Bu, təkcə mədəniyyət məsələsi deyil, dövlət məsələsidir. Bu, dilin strateji milli təhlükəsizlik obyekti kimi qiymətləndirilməsidir. Dil millətin yaddaşıdır. Ulu babaların yaratdığı söz, ədəbiyyat, poeziya, klassik yazılar-bunların hamısı millətin qan yaddaşıdır. Ona görə Prezident İlham Əliyevin sualı ritorik, amma çox sərtdir: Əgər öz dilimizin sözləri varsa, başqa dildən kəlmə gətirmək nə üçündür? Bu, ya səhvdir, ya təxribatdır! Bu ifadə təsadüfi deyil: “Səhvdir” - biliksizlikdən gələn biganəlik, “Təxribatdır” - məqsədli şəkildə milli kimliyi zədələmək. Hər iki halda nəticə eynidir: milləti öz ana dilindən uzaqlaşdırmaq. Azərbaycan Prezidenti dil məsələsini dövlət, elmi və ictimai səviyyəyə qaldırır. O, alimlərə, dilçilərə, yazarlara, mediaya, ictimai xadimlərə açıq çağırış edir. Çünki dilin qorunması yalnız dövlətin yox, xalqın ümumi işidir. Burada sadəcə dil haqqında narahatlıq yoxdur - burada tarixi məsuliyyət var. Prezident İlham Əliyev faktiki olaraq deyir: “Dilini qoruyan xalq yox olmaz. Dilini itirən xalq tarixdən silinir.” Bu, siyasi mesajdır. Bu, milli ideologiyadır. Bu, gələcək nəsillərin yaddaşına ünvanlanan çağırışdır. Dövlətimizin başçısının çıxışı yalnız dil ilə bitirmir, o ana dili məsələsini Zəfər Günü və Bayraq Günü ilə tamamlayır. Bu, çox dərin məna daşıyır: Bayraq - dövlətin suverenliyi, Zəfər - torpağın azadlığı, Dil - millətin özüdür. Bu üçlüyü qoruyan xalq əbədi yaşayır. Prezidentin bu mövqeyi sadəcə mədəniyyət siyasəti deyil, milli düşüncənin, dövlətçilik fəlsəfəsinin açıq manifestidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri