Icma.az
close
up
RU
Azərbaycan ərazisindəki çaylar Ermənistanın ekoloji terrorunun hədəfində

Azərbaycan ərazisindəki çaylar Ermənistanın ekoloji terrorunun hədəfində

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Qarabağ ərazisindən başlayan çaylar əsasən Kür və Araz çaylarına, yaxud da onların hövzəsinə aid olan çaylara tökülür. Burada yerləşən dağların uca zirvələri Kür və Araz çay hövzələri arasında suayrıcı təşkil edir. Burada olan çaylar yağış və qar suları ilə qidalanır və suyundan suvarmada istifadə olunur. Tərtər və Həkəri çayları vulkanik yayladan başlayır. Arpaçay (128 km) və Bazarçayın (178 km) mənbələri yaylanın şimal-qərb hissəsindədir. Bu çaylar əsasən yağış, qrunt və yeraltı suları ilə qidalanır. Ona görə də ilin isti yarısında daşırlar. Kiçik Qafqazın cənub-şərq yamacında axan Tərtərçay, Xaçınçay, Qarqarçay, Həkəriçay, Oxçuçay Mil və Qarabağ düzlərinin suvarılmasında böyük əhəmiyyət kəsb edir.

Tərtər çayı öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Tərtərin qolları Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 metrdir. Çayın üzərində Sərsəng su anbarı yaradılıb.

Xaçınçayöz mənbəyini Kəlbəcər rayonundan götürüb Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2090 metrdir.

Köndələnçay öz mənbəyini Şuşa rayonundan götürür. Xocavənd və Füzuli rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla uzunluğu 102 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 1780 metrdir.

Bərguşad çayı (Bazarçay) mənbəyini Ermənistan Respublikasından götürür. Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla, uzunluğu 164 km-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay qolları axır.

Çayın çirklənməsi çayətrafı ərazilərdə yerləşən iri yaşayış məntəqələrində yaranan (Ermənistan ərazisində) sənaye və məişət-çirkab suları hesabına olur. Çayın zəngin balıq növləri erməni işğalçıları tərəfindən talan olunur. Əksər hallarda balıqların kütləvi şəkildə kimyəvi maddələrlə qırılmasına yol verilir.

Həkəri çayı mənbəyini Laçın rayonunun 3080 metr hündürlüyündən götürərək Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla, uzunluğu 128 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2812 metrdir.

Çayın suyundan içmək və suvarma məqsədləri ilə istifadə olunur. Qiymətli farel, kütüm və s. balıqlar bu çayda kürü tökürlər.

Oxçuçay mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə Zəngilan rayonunun ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla uzunluğu 85 km-dir. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini "Ölü zona"ya çevirmişdir.

Bəsitçay Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistandan götürür. Çayın uzunluğu 44 km-dir (17 km-i Azərbaycan ərazisinə düşür). Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir.

Qarqar çayı öz mənbəyini Şuşa rayonunda 2080 metr hündürlükdən götürərək Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi 2080 metrdir. Əsas qolları - Ballıca, Bədərə, Dağdağan və sairdir.

Çaylaqçay Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 metrdir. Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 metr) alır. Axımı yağış sularından əmələ gəlir. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Ermənistan uzun illərdir, Azərbaycana qarşı ekoloji terror həyata keçirir. Torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı müddətində ermənilər ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlarımıza ciddi ziyan vurub, hava və suyun çirkləndirilməsi ilə milyonlarla insanın həyatına təhlükə yaradıb. Ermənilərin törətdiyi ekoloji terror, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir. Çünki bu vəhşiliyin nəticəsində regionda ekoloji balans pozulub. Ermənistanın ekoloji terroru bu gün də davam edir. Bu ölkənin dağ-mədən sənayesinin fəaliyyəti çox ciddi risklər və təhlükə törədir. Azərbaycan tərəfindən dəfələrlə müraciətlərə baxmayaraq, beynəlxalq qurumların adekvat reaksiya verməməsi Ermənistanın ekoloji terroru davam etdirməsinə rəvac verir. Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıb. Müraciətdə vurğulanıb ki, Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərində bərpası uzun illər tələb edən və bərpası mümkün olmayan ekoloji zərər vurub: "Flora və fauna məhv edilib, 460 növə yaxın yabanı bitki növlərinin əksəriyyəti, o cümlədən, nadir bitki növləri, nadir çinar meşələri məhv edilib. Ərazilərdə yanğınlar törədilib və bütün sürünənlər, gəmiricilər, həşəratlar, quşlar məhv edilib. Ermənilərin vəhşicəsinə istismarı nəticəsində mədən hasilatına ciddi zərər dəyib, su mənbələri çirkləndirilib. İndi də Ermənistan öz ərazisindən Azərbaycan ərazisini çirkləndirir, transsərhəd, ekoloji təsirlərə məruz qoyur. Bununla bağlı Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın Baş naziri Nikol Paşinyana da müraciət edib. ESPO konvensiyasının tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulub. Ermənistan qonşu dövlətlərə - Azərbaycana vurduğu mənfi ekoloji təsirlərə görə cavabdehlik daşımalı, belə hadisələr zamanı Azərbaycanı xəbərdar etməli, məsləhətləşmələr aparmalıdır, ekoloji təsirləri minimuma endirməlidir, razılaşmalara getməlidir. Ermənistan tərəfi isə bunların heç birini etmir. Həm maye, həm qaz, həm də bərk tullantı şəklində Azərbaycanı çirkləndirməkdə davam edir. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyəti bu dəfə də beynəlxalq təşkilatlara müraciət edib, orada faktlar sadalanıb. Hesab edirəm ki, bu istiqamətdə həm hökumət, həm də vətəndaş cəmiyyətləri ayrı-ayrılıqda səylərini davam etdirməlidir".

Nazirlikdən qeyd olunub ki, Arazın çirklənməsinin başlıca səbəblərindən biri Ermənistan ərazisində fəaliyyət göstərən sənaye obyektləridir. Xüsusilə Zəngəzur mis-molibden kombinatı çaya ən böyük toksik təzyiqi göstərən mənbə kimi qeyd olunur. Bu çirklənmə yalnız Arazla məhdudlaşmır. Belə ki, Ermənistanın mis-molibden zavodundan çıxan tullantılar əvvəlcə Oxçuçaya, oradan isə Araza axıdılır. Beləliklə, bu çay boyunca zəncirvari ekoloji çöküş müşahidə olunur. Bütün bu faktorlar su ekosisteminin strukturunu dağıdır, canlı orqanizmlərin yaşaması üçün əlverişli şəraiti məhv edir. Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının istismar müddətinin başa çatmasına baxmayaraq, hələ də fəaliyyət göstərməsi, radioaktiv sızmalar və tullantıların Araz çayına təsir potensialı ciddi narahatlıq doğurur. Bu, artıq sırf sənaye çirklənməsi deyil, potensial nüvə təhlükəsidir. Araz çayı boyunca çirklənmə səviyyəsinin artmasına baxmayaraq, İran uzun müddət bu məsələni ictimai və diplomatik müstəviyə çıxarmırdı. Lakin son illərdə vəziyyətin daha da kəskinləşməsi fonunda Tehran artıq açıq şəkildə Ermənistanı sənaye tullantılarına görə məsuliyyət daşımağa çağırır. Bu, regionda ekoloji diplomatiyada yeni bir mərhələnin başlandığını göstərir. Çayın sularında aşkar olunan ağır metallar "ölümlə" nəticələnir. Suyun keyfiyyətindəki bu pisləşmə artıq insan sağlamlığında da öz izini qoyur. Araz çayının suyundan istifadə edilən ərazilərdə onkoloji xəstəliklərin artması bu təhdidin sadəcə ekoloji deyil, eyni zamanda ictimai sağlamlıq böhranı olduğunu göstərir. Toksik metallar orqanizmdə yığılaraq xərçəng riskini artırır, genetik mutasiyalara və reproduktiv sağlamlığa ciddi zərər vurur.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri