Icma.az
close
up
RU
Müharibənin ilk saatında HHM nin yarısını necə itirdik?

Müharibənin ilk saatında HHM nin yarısını necə itirdik?

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezidenti Serj Sərkisyanın bəyanatlarına cavab verib.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Serj Sərkisyan deyir ki, anlamır necə ola bilərdi ki, 44 günlük müharibənin ilk saatlarında hava hücumundan müdafiə (HHM) vasitələrinin yarısı itirilsin. Bunda başa düşülməyəsi nə var? Sizin aldığınız HHM sistemi dəmir-dümür yığını, sözün əsl mənasında metal tullantısı idi. Müttəfiqlər də bu sistemləri yeniləmək üçün etdiyimiz müraciətlərə cavab olaraq bizə “üç barmaq kombinasiyası” göstərirdilər (sizə də eyni şeyi göstərmişdilər, əks halda 2018-ci ilə qədər o metal tullantılarının yerində başqa nəsə olardı).

Bu “üç barmaq jesti” çox da gözə batmasın deyə, müttəfiqlər (Rusiyanı nəzərdə tutur – red.) simvolik olaraq bizə bir-iki nəsə verirdilər (lazım olanın 0,1 faizini) ki, sonra mövzu açılanda göstərə biləcəkləri bir şey olsun.

Müttəfiqlər bu hərəkətlərini iki səbəblə əsaslandırırdılar:

– Ermənistan KTMT-nin üzvüdür.

– Verilən vasitələr Ermənistanın suveren ərazisində deyil, başqa yerlərdə yerləşdirilə bilər.

Biz də nə əldə etmək mümkün idisə, onu etməyə çalışırdıq, modernləşdirməyə cəhd edirdik, özü də sizin təyin etdiyiniz yüksək rütbəli hərbçilərin məsləhətlərinə qulaq asaraq. İndi sən gəlib mənimlə mübahisə edirsən? Əgər doğrudan da nəsə demək istəyirsənsə, gəl, birbaşa efirdə debat edək”, – Ermənistan hökumətinin başçısı qeyd edib.

Paşinyan Sərkisyana məsləhət görüb ki, debata çıxmaq istəsə, keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryanı da özü ilə gətirsin:

“Narahat olma, (Qarabağa dair) danışıqlar tarixinin əsas sənədlərini (2019-cu ili də daxil olmaqla) sıralamışam. Hazırda onları skan edirik və ilin sonuna qədər dərc edəcəyəm, aralarına bəzi ictimai sənədlər də əlavə olunacaq. Həmçinin sənin yazdığın bir məktubu da əlavə edəcəyəm ki, gizlətdiyimi düşünməyəsən. Oyananda Köçəryan və Petrosyana xəbər elə”, – o əlavə edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri