Şuşa sakinlərinin əl işlərindən ibarət sərgi təşkil olunub FOTOLAR
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şuşa şəhərində sakinlərin əl işlərindən ibarət sərgi təşkil edilib.
"Report"un Şuşaya ezam edilən əməkdaşı xəbər verir ki, sərgi 8 Noyabr - Zəfər Gününə həsr olunub.
Sakinlərin Şuşanın rəmzi olan "Xarıbülbül"ü əks etdirən müxtəlif formalı əl işləri, həmçinin rəsm və oyma sənəti nümunələri, musiqi alətləri əsasən şəhərin mərkəzindəki "Güllü bağ" parkı, Şuşanın giriş qapıları və Qala divarları səmtində sərgilənir.
Sərgi şəhər sakinləri və Şuşaya gələn qonaqların marağına səbəb olub.
Qeyd edək ki, Zəfər Gününə həsr olunan tədbirlər Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















