Icma.az
close
up
RU
Qlobal təhlükəsizlik üçün yeni sınaq: nüvə diplomatiyasında böhran

Qlobal təhlükəsizlik üçün yeni sınaq: nüvə diplomatiyasında böhran

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Müdafiə naziri Andrey Belousovun prezident Vladimir Putinə nüvə sınaqlarının bərpası ilə bağlı təklifi qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Məsələ ABŞ prezidenti Donald Trampın “ABŞ nüvə silahı sınaqlarını bərpa edir” bəyanatından sonra Rusiya Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb. Bu açıqlama hələ də dəqiq şərh olunmayıb və Moskva tərəfi ABŞ-dan izahat ala bilməyib. ABŞ rəsmiləri nə bu bəyanatı təkzib edib, nə də detallar barədə konkret məlumat təqdim ediblər. Bu qeyri-müəyyənlik Kreml tərəfindən mümkün təhlükə kimi qiymətləndirilir.

Təhlükəsizlik Şurasının iclasında Müdafiə naziri Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Federal təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin və Təhlükəsizlik şurasının katibi Sergey Şoyqu məsələ ilə bağlı geniş çıxışlar ediblər. Belousovun sözlərinə görə, ABŞ son illər silah nəzarəti üzrə demək olar ki, bütün mühüm müqavilələrdən çıxıb, yeni “Sentinel” adlı nüvə başlıqlı raket istehsal edir və gələcəkdə sınaqları bərpa edə bilər. Müdafiə naziri vurğulayıb ki, Rusiya vaxt itirmədən Yeni Torpaqda tammiqyaslı nüvə sınaqlarına hazırlığa başlamalıdır.

Baş qərargah rəisi Gerasimov da oxşar fikri səsləndirərək bildirib ki, əgər Rusiya qabaqlayıcı tədbirlər görməsə, gələcəkdə adekvat reaksiya vermək üçün vaxt itiriləcək. Sınaqların növündən asılı olaraq hazırlıq müddəti aylarla, hətta illərlə ölçülə bilər. Prezident Putin cavabında vurğulayıb ki, Rusiya hələ də Nüvə Sınaqlarının Tam Qadağası Müqaviləsi üzrə öhdəliklərinə sadiqdir, lakin ABŞ və ya digər ölkələr sınaqları bərpa edəcəyi halda Moskva “adekvat cavab” verməli olacaq. Nəticə olaraq Putin XİN, Müdafiə Nazirliyi və xüsusi xidmət orqanlarına əlavə məlumat toplamaq, məsələni Təhlükəsizlik Şurasında yenidən təhlil etmək və sınaqlara hazırlığın mümkün başlanması barədə təkliflər hazırlamaq tapşırığı verib.

Eyni zamanda, ABŞ-da da proseslər davam edir. Vaşinqton bir neçə gün əvvəl Minuteman III tipli interkontinental ballistik raketin test buraxılışını həyata keçirib. Raket nüvə başlıqsız olsa da, potensial olaraq belə yük daşımaq imkanına malikdir. ABŞ bu cür raket buraxılışlarını mütəmadi həyata keçirir, eyni hal Rusiyada da müşahidə olunur. Prezident Trampın bəyanatından əvvəl Moskva “Burevestnik” qanadlı raketini və “Poseydon” sualtı pilotsuz aparatını sınaqdan keçirmişdi.

Dünyada nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilə 1996-cı ildə imzalansa da, nə ABŞ, nə də Rusiya onu ratifikasiya edib. Bununla belə, hər iki dövlət 1990-cı illərdən bəri nüvə partlayışları həyata keçirməyib. SSRİ son sınağı 1990-cı ildə, ABŞ isə 1992-ci ildə etmişdi. Lakin beynəlxalq silah nəzarəti mexanizmlərinin dağılması vəziyyəti daha təhlükəli edir. Rusiya son illərdə ABŞ-la bağlanmış bir sıra vacib müqavilələrdən çıxıb və 2023-cü ildə START-3 üzrə iştirakını dayandırıb. Etimad mexanizmlərinin pozulması hər iki dövlətin bir-birini gizli hazırlıqlarda ittiham etməsinə gətirib çıxarıb.

Ekspertlərin fikrincə, nüvə sınaqlarının bərpası qlobal eskalasiyanın yeni mərhələsi deməkdir. Bu addım təkcə Moskva və Vaşinqton arasında qarşıdurmanı dərinləşdirmir, həm də digər nüvə dövlətlərini sınaqlara qayıtmağa sövq edə bilər. Bu isə silahlanma yarışının yenidən sürətlənməsi, yeni texnologiyaların daha aqressiv şəkildə inkişafı və uzunmüddətli perspektivdə nüvə təhlükəsinin artması ilə nəticələnə bilər. Hər iki tərəf hazırda yalnız “qarşı tərəf başlayarsa, biz də başlayacağıq” mövqeyindədir. Lakin qarşılıqlı şübhələr və siyasi ritorika risklərin real olaraq artdığını göstərir.

Belousovun təklifi və Putinin reaksiyası rəsmi olaraq hələ qəti qərar demək deyil. Lakin Təhlükəsizlik Şurasına hazırlıq planlarının işlənməsi barədə göstəriş verilməsi Moskvanın ssenarini ciddi nəzərdən keçirdiyini göstərir. Silah nəzarəti sisteminin çökməsi, siyasi dialoqun olmaması və qeyri-müəyyən bəyanatlar nüvə balansını daha həssas vəziyyətə gətirib. Mövcud vəziyyət uzun illər dayanmış olan qlobal nüvə sakitliyinin pozulması təhlükəsini real edir və beynəlxalq təhlükəsizlik mühiti üçün ciddi siqnaldır.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:24
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see141

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see128

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see125

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see121

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri