Icma.az
close
up
RU
“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib

“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 27-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Yer Elmləri bölməsi rəhbərinin müavini, akademik Fəxrəddin Qədirov, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəis müavini Cəsarət Camalov, TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli, nazirliyin Fövqəladə Halların Təhlili və Proqnozlaşdırılması sektorunun müdiri Bəşir Əsədli, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Konstruksiya şöbəsinin mütəxəssisi Natiq Bağırzadə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinin rəisi Lətif Zeynalov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən nəzarəti Dövlət Agentliyinin Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi Vüsal Məmmədli, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin Coğrafi İnformasiya Sistemləri şöbəsinin rəisi Əli Mirzəyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev, laboratoriya müdiri, texnika elmləri doktoru, dosent Nizami Yusifov, laboratoriya müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rövşən Rzayev, AMEA-nın Yer Elmləri bölməsinin üzvləri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin alim və mütəxəssisləri, AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, şöbə müdirləri, magistrant, doktorant və dissertantlar iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu gün mühüm layihənin müzakirə edildiyini, RSXM-nin ölkəmizdə seysmik risklərin qiymətləndirilməsi, təhlili, proqnozlaşdırılması, müasir yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi sahəsində əsas elmi mərkəz olduğunu bildirib.

Azərbaycanda seysmologiya elminin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan seysmoloqlarının ən müasir proqram və texnologiyalardan istifadə etdiklərini qeyd edən AMEA-nın prezidenti RSXM-nin xarici ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq seysmoloji təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Akademik İsa Həbibbəyli AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin inkişaf etmiş Avropa ölkələri və ABŞ-ın seysmoloji mərkəzləri və aparıcı universitetləri ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

AMEA prezidenti bu gün təqdim olunacaq hesabatda Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmaların əksini tapdığını, müzakirələrin “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təkmilləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb, xəritəni ölkənin strateji inkişafı üçün mühüm layihə kimi səciyyələndirib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda seysmologiya elminin inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolunun olduğunu qeyd edib. Baş direktor bildirib ki, hazırda Azərbaycanda olan modern seysmik stansiyalar şəbəkəsinin qurulması məhz Ulu Öndərin birbaşa göstərişi və bu sahəyə olan diqqəti nəticəsində həyata keçirilib. RSXM-nin beynəlxalq müstəvidə əlaqələr qurmasının da Ulu Öndər Heydər Əliyev tərəfindən dəstəkləndiyini xatırladıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də bu istiqamətdə hər zaman seysmoloqlara dəstək olduğunu bildirən baş direktor hazırda ölkəmizdə 84 seysmik stansiyanın fəaliyyət göstərdiyini qeyd edib.

Professor Qurban Yetirmişli “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin hazırlanması metodları və onun əhəmiyyətindən danışıb.

Daha sonra Viktoriya Universitetinin İnşaat Mühəndisliyi Departamentinin professoru Tuna Onur “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” haqqında təqdimatla çıxış edib.

Professor məruzəsində hazırda dünya ölkələrində binaların tikintisi zamanı tətbiq olunan seysmik riskin qiymətləndirilməsi üsulları və metodlarından danışıb. O, öz məruzəsində tikinti normaları sahəsində olan yeniliklərdən də bəhs edib.

Daha sonra müzakirələr iştirakçıları maraqlandıran suallarla davam edib.

Müzakirələrdən sonra xəritə iştirakçılar tərəfindən qəbul olunub və onun çap olunması təklif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Noyabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri