Icma.az
close
up
RU
“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib

“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.

"Report" xəbər verir ki, xəritə Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunub.

Müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Yer Elmləri bölməsi rəhbərinin müavini, akademik Fəxrəddin Qədirov, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəis müavini Cəsarət Camalov, TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli, nazirliyin Fövqəladə Halların Təhlili və Proqnozlaşdırılması sektorunun müdiri Bəşir Əsədli, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Konstruksiya şöbəsinin mütəxəssisi Natiq Bağırzadə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinin rəisi Lətif Zeynalov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən nəzarəti Dövlət Agentliyinin Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi Vüsal Məmmədli, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin Coğrafi İnformasiya Sistemləri şöbəsinin rəisi Əli Mirzəyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev, laboratoriya müdiri, texnika elmləri doktoru, dosent Nizami Yusifov, laboratoriya müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rövşən Rzayev, AMEA-nın Yer Elmləri bölməsinin üzvləri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin alim və mütəxəssisləri, AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, şöbə müdirləri, magistrant, doktorant və dissertantlar iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu gün mühüm layihənin müzakirə edildiyini, RSXM-nin ölkəmizdə seysmik risklərin qiymətləndirilməsi, təhlili, proqnozlaşdırılması, müasir yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi sahəsində əsas elmi mərkəz olduğunu bildirib.

Azərbaycanda seysmologiya elminin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan seysmoloqlarının ən müasir proqram və texnologiyalardan istifadə etdiklərini qeyd edən AMEA-nın prezidenti RSXM-nin xarici ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq seysmoloji təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Akademik İsa Həbibbəyli AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin inkişaf etmiş Avropa ölkələri və ABŞ-ın seysmoloji mərkəzləri və aparıcı universitetləri ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

AMEA prezidenti bu gün təqdim olunacaq hesabatda Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmaların əksini tapdığını, müzakirələrin “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təkmilləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb, xəritəni ölkənin strateji inkişafı üçün mühüm layihə kimi səciyyələndirib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda seysmologiya elminin inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolunun olduğunu qeyd edib. Baş direktor bildirib ki, hazırda Azərbaycanda olan modern seysmik stansiyalar şəbəkəsinin qurulması məhz Ulu Öndərin birbaşa göstərişi və bu sahəyə olan diqqəti nəticəsində həyata keçirilib. RSXM-nin beynəlxalq müstəvidə əlaqələr qurmasının da Ulu Öndər Heydər Əliyev tərəfindən dəstəkləndiyini xatırladıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də bu istiqamətdə hər zaman seysmoloqlara dəstək olduğunu bildirən baş direktor hazırda ölkəmizdə 84 seysmik stansiyanın fəaliyyət göstərdiyini qeyd edib.

Professor Qurban Yetirmişli “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin hazırlanması metodları və onun əhəmiyyətindən danışıb.

Daha sonra Viktoriya Universitetinin İnşaat Mühəndisliyi Departamentinin professoru Tuna Onur “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” haqqında təqdimatla çıxış edib.

Professor məruzəsində hazırda dünya ölkələrində binaların tikintisi zamanı tətbiq olunan seysmik riskin qiymətləndirilməsi üsulları və metodlarından danışıb. O, öz məruzəsində tikinti normaları sahəsində olan yeniliklərdən də bəhs edib.

Daha sonra müzakirələr iştirakçıları maraqlandıran suallarla davam edib.

Müzakirələrdən sonra xəritə iştirakçılar tərəfindən qəbul olunub və onun çap olunması təklif edilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Noyabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see257

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see209

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see179

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see164

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see140

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see125

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see122

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri