FİFA bu yığmaların oyunlarını azərbaycanlı hakimlərə tapşırdı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimləri iyun ayında keçiriləcək yoldaşlıq oyunlarına təyinat alıblar.
Axar.az xəbər verir ki, Əliyar Ağayev Minskdə Belarus və Suriya yığmaları arasında keçiriləcək matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər.
Digər FİFA referimiz Tural Qurbanov isə Kişnyovda Moldova - Bolqarıstan oyununda ədaləti qoruyacaq. Həmin qarşılaşmada yan xətt hakimlərindən biri Cəmil Əliyev olacaq.
Qeyd edək ki, hər iki görüş iyunun 5-də keçiriləcək.
Baxış sayı:117
Bu xəbər 22 May 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















