Icma.az
close
up
RU
Azərbaycan Ermənistandan maksimum təminat gözləyir

Azərbaycan Ermənistandan maksimum təminat gözləyir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Haylar vətən və ata axtarışından uzaq durmalıdırlar. Amma...

“Son illərdə mən İstiqlaliyyət bəyannaməsini dəfələrlə oxudum və dəhşətli nəticəyə gəldim ki, bu bəyannamənin mahiyyəti ilə Ermənistan Respublikası mövcud ola bilməz. Bu bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan nədir və onun vətəndaşları kimlərdir? Əsl Ermənistanın vətəndaşı o kəsdir ki, bu yerdən kənarda özünə vətən və ata axtarmır”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan ötən il dilə gətirmişdi. Nikol, həmçinin yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsinin zəruriliyini bəyan etmiş, əsas qanunda İstiqlaliyyət bəyannaməsinə istinadın sülh mühitinin qərarlaşmasına əngəl törətdiyini vurğulamışdı.

N.Paşinyan həmin vaxt Azərbaycanın indi də irəli sürdüyü sülh şərtinin mahiyyətini açıqlamışdı. Əslində, anlaşılmayan heç nə yoxdur. Amma belə başa düşmək mümkündür ki, Ermənistan konstitusiya məhkəməsinin sədri Arman Dilanyana heç də hər şey aydın deyil. O, “Azadlıq” radiostansiyasına müsahibəsində bildirib ki, ölkəsinin əsas qanununda nəinki Azərbaycana, hansısa başqa ölkəyə ərazi iddiası yoxdur və bununla bağlı ittihamlar yalandır.

A.Dilanyanın əsaslandırması budur ki, konstitusiya mətni referenduma çıxarılmazdan əvvəl beynəlxalq təşkilatlar tərəfindən ekspertizadan keçib və əgər həmin təşkilatlar, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası ərazi iddiası ilə bağlı hansısa durumu müəyyənləşdirsəydi, mətn geri qaytarılardı. Belə bir hal olmayıbsa, deməli, əsas qanunda hər şey qaydasındadır. A.Dilanyan fikirlərini əsaslandırmaq üçün onu da bildirib ki, beynəlxalq hüquq dövlətləri bir-birilərinin ərazi bütövlüklərinə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmağa məcbur edir.

***

Əvvəlcə, A.Dilanyanın sonuncu fikrinin üzərində dayanaraq bildirək ki, Ermənistan Azərbaycan torpaqlarına təcavüz reallaşdırmış, otuz ilə yaxın müddətdə ərazilərimizi işğalda saxlamış ölkədir. Ermənistan, eyni zamanda, işğalın dayandırılması ilə bağlı beynəlxalq qurumların, ən əsası, BMT-nin dörd qətnaməsini heçə sayıb. Yəni, onun tutduğu yol beynəlxalq hüquq normalarına zidd olub.

İkincisi, Avropa Şurasının Venesiya Komissiyasının hansı prinsiplər əsasında işlədiyini yaxşı bilirik. Ümumən AŞ-nin yarıtmaz yolda addımladığından xəbərdarıq. Qurum bu gün də özünün anti-Azərbaycan mövqeyi ilə seçilir, beynəlxalq hüququ görməzdən gəlir. Ona görə də Ermənistan konstitusiyasının Venesiya Komissiyasından keçməsi hələ heç nə demək deyil.

Üçüncüsü, əvvəldə baş nazir N.Paşinyanın fikirlərini əbəs yerə diqqətə çatdırmadıq. Nikol hər şeyi açıq formada deyir. Ancaq baş nazirin müxtəlif vaxtlarda A.Dilanyan kimi danışdığını da bilirik. Məsələn, Paşinyanın Ermənistan konstitusiyasında Azərbaycana və heç bir dövlətə qarşı ərazi iddiasının olmadığına dair bildirdikləri var. Eləcə də onun konstitusiya dəyişikliyinin ölkənin daxili işi olması ilə bağlı söylədikləri diqqətimizdən yayınmayıb. Yəni, adam mövqeyində prinsipial deyil və bu, düşünməyə vadar edir.

Dördüncüsü, erməni siyasi dairələrinə Azərbaycanın konstitusiyaya dəyişiklik tələbinin əsl mahiyyəti çox yaxşı aydındır. Məhz buna görədir ki, Ermənistan konstitusiya məhkəməsi 2024-cü ilin sentyabrın 26-da qərar çıxarmışdı. Hazırda N.Paşinyan və rəsmi İrəvanın təmsilçiləri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olmadığını bildirəndə həmin qərarı əldə bayrağa çevirirlər. Halbuki, bunun yolverilməzliyini elə A.Dilanyanın özü açıqlayıb. Özü də ötən ilin noyabrında.

A.Dilanyan həmin vaxt demişdi ki, rəhbərlik etdiyi qurum, yəni konstitusiya məhkəməsi İstiqlaliyyət bəyannaməsini denonsasiya etmək səlahiyyətinə malik deyil və belə bir səlahiyyət ancaq erməni xalqına məxsusdur. O, heç bir hakimiyyətin də bu addımı ata bilmək səlahiyyətində olmadığını vurğulamışdı. Elə isə Ermənistan konstitusiya məhkəməsinin qərarı konkret nə ilə bağlıdır? Ən başlıcası, sənəd legitimdirmi?

***

Qeyd edək ki, sözügedən məhkəmə instansiyası Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının fəaliyyət reqlamenti ilə bağlı rəyini açıqlamışdı. A.Dilanyanın bildirdiklərindən məlum olmuşdu ki, həmin rəy reqlamentin işlək mexanizm kimi əsas götürülməsini təmin etməyə yönəlib. Yəni, praktiki durumu rəhbər tutub. Bu zaman “yada düşüb” ki, İstiqlaliyyət bəyannaməsində “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən birləşməsi” qeydi yer alır.

İlk versiya budur ki, həmin qeyd reqlamenti təsdiqləməyə mane olurmuş. Ona görə Ermənistanın konstitusiya məhkəməsi bəyannaməyə istinadı etibarsız sayıb. Bir halda ki, A.Dilanyan rəhbəri olduğu qurumun İstiqlaliyyət bəyannaməsini denonsasiya etmək səlahiyyətinə malik olmadığını bildirib, deməli, onun çıxardığı qərarın da heç bir əhəmiyyəti yoxdur.

Digər versiyanın üzərində dayanaq. Həmin versiya sərhəd komissiyalarının reqlamentinin təsdiqlənməsi zamanı İstiqlaliyyət bəyannaməsinin yada düşməsinin təsadüfi xarakter daşımadığını söyləməyə əsas verir. Heç şübhəsiz, erməni hakim siyasi dairələri konstitusiya məhkəməsinin qərarını, guya, Azərbaycanın şərtinin yerinə yetirilməsi kontekstində təqdim etməyi düşünüblər. Başqa sözlə desək, sənədi siyasi interpretasiya vasitəsinə çevirməyi nəzərdə tutublar.

Başqa bir tərəfdən baxsaq, məsələdə dərin düşünülmüş hiyləgərlik motivinin olduğu görünür. Təxminən belə: sərhəd reqlamenti təsdiqlənərkən, Ermənistan konstitusiyasının ölkənin İstiqlaliyyət bəyannaməsinə istinad motivi götürülür, praktiki işin irəliyə doğru aparılması məqsədi ilə əsas qanunun bəyannaməyə istinad bağının aradan qaldırıldığı elan olunur və beləliklə, əslində, başqa məqsəd güdülür. Həmin məqsəd reqlamentin mübahisəli təbiətə malik olduğunu vurğulamaqdır.

Bu qənaətə gəlirik ki, gələcəkdə kim istəsə, məsələni mübahisələndirə və sərhədlərin delimitasiyasının düzgün aparılmadığını iddia edə bilər. Həmçinin, konstitusiya məhkəməsinin onsuz da heç bir qanuni yükü və əhəmiyyəti olmayan qərarını mübahisələndirməkdə də problem yaranmaz. Deməli, A.Dilanyanın bəyannamənin tam şəkildə konstitusiyanın tərkib hissəsi olmasının qeyri-mümkünlüyünə, birincini ikinci ilə eyni müstəviyə qoymağın düzgün sayıla bilməzliyinə dair dedikləri də mənasızdır, hüquqi yox, siyasi anlam daşıyır.

***

Beşinci, N.Paşinyan 2020-ci ilin fevralında Ermənistan konstitusiya məhkəməsinin o zamankı sədri Hrayr Tovmasyanın və qurumun digər üzvlərinin vəzifədən uzaqlaşdırılması üçün referendumun keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Hökumət rəhbərinin əsalandırmasına görə, sözügedən məhkəmə xalqın suveren hüquqlarını məhdudlaşdırır və vəziyyətin konstitusiya dəyişiklikləri ilə aradan qaldırılması vacibdir. Başqa sözlə desək, referendumun məqsədi köhnə qaydalarla seçilmiş hakimlərin səlahiyyətlərinə son qoymaq və yeni tərkibli konstitusiya məhkəməsi formalaşdırmaq idi. Lakin COVID-19 pandemiyası səbəbilə planlaşdırılan referendum təxirə salındı və 2020-ci ilin iyununda Ermənistan parlamenti konstitusiya məhkəməsinin sədri H.Tovmasyanın vəzifədən azad edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqlədi.

Deməli, əslində, qanunsuzluq baş verdi. Məsələyə mövcud prizmadan yanaşsaq, hazırda A.Dilanyanın məhkəmənin sədri olmasının özü də qanunsuzdur. Əsas məqam isə budur ki, erməni iqtidarı özünə sərfəli durumlarda, belə demək mümkünsə, hüququn boğazına ip salıb istənilən yerə onu sürümək potensialındadır. Əlbəttə, buna həyasızlıq demək daha uyğundur.

***

Əvvəldə diqqətə çatdırdığımız sitata nəzərən sonda bir məqamın da üzərində dayanaq. Paşinyan vətən və ata axtarmağın yolverilməzliyini vurğulayır. Əslində, Nikol reallığı görür. Bəlkə ona qarşı mübarizə aparmaq da istəyir. Amma fakt budur ki, vətən və ata axtarışı pataloji xəstəlikdir. Elə bir xəstəlik ki, Paşinyan onun simptomlarını tənqid edərkən belə, həmin simptimlardan irəli gələn davranışları nümayiş etdirir. Bəzən düşünürsən ki, bu nümayiş qeyri-ixtiyari prosesdir. Əgər belədirsə, vəziyyət daha pisdir. Çünki Azərbaycanla Ermənistan arasında əldə edilmiş hər cür razılığın ikinci tərəfindən pozulmayacağına hansısa təminat yoxdur. Bunu ən yaxşı bilən və dərk edən isə Azərbaycan iqtidarıdır. Ona görə də Prezident İlham Əliyev Ermənistana inamın sıfıra bərabər olduğunu vurğulayır. Bu səbəbdən ölkəmiz sülh şərtlərini maksimum təminat altına almaqda israrlıdır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri