Icma.az
close
up
RU
Estoniya ilə oyuna sözardı İdman və Biz

Estoniya ilə oyuna sözardı İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan yığmasının ifasında növbəti uğursuz oyuna şahidlik etdik. Qəbələdə Estoniyanın müqavimətini qıra bilməyən komandamızın Millətlər Liqasının C liqasındakı gələcək taleyi sual altında düşdü.

90 dəqiqə ərzində dişsiz oynayan millimiz rəqib qapısına yol tapa bilmədi. Müdafiədə etibarlı oynayan estonlar Azərbaycandan lazımlı nəticə ilə döndülər. Fernandu Santuşun komandası isə növbəti dəfə tənqidi haqq edir. Liqada keçirilən ilk 4 oyunda uğursuzluğa düçar olan yığma bu dəfə də heç nə ilə yadda qalmadı.

Portuqaliyalı mütəxəssisin heyətlə bağlı seçimləri isə birmənalı qarşılana bilməz. Ötən oyunlarda qapını Mehdi Cənnətova tapşıran portuqaliyalı bu dəfə ümumiyyətlə, ondan imtina etdi. “Neftçi”yə döndüksən sonra ötən günlərini çıraqla axtaran Ramil Şeydayev mövsümün ən zəiflərdən biri olsa da, əsas heyətdə idi. “Çatdıra bilməyən” futbolçunun 90 dəqiqə meydanda qalmasına heç cür izah tapmaq mümkün deyil. Sol cinahda bütün mübarizələri uduzan və qeyri-dəqiq ötürmələri ilə “fərqlənən” Ramil isə günündə deyildi. Düzdür, Santuşun zədəli Renat Dadaşov və qırmızı vərəqə cəzası olan Mahir Emrelinin yoxluğunda Şeydayevə ümid bağlaması da başadüşülən idi, amma…

Son bir ayda cəmi 75 dəqiqə meydanda olan Musa Qurbanlı da Ramildən geri qalmırdı. Azərbaycan çempionatının son turunda Avropa oyunundan sonra rotasiyaya gedən Qurban Qurbanlının oğluna şans verməsi sanki Musanı Santuşa xatırlatmışdı. “Zirə” ilə qarşılaşmada futboldan küsmüş halı ilə diqqətçəkən və 4:0 hesablı qələbədə heç bir rol oynamayan Qurbanlının Estoniya ilə görüşdə millinin xilaskarı olacağına ümid etmək sadəlövhlük idi. Bu siyahıya Toral Bayramovu, Ozan Can Kökçünü, Aleksey İsayevi, Abbas Hüseynovu da əlavə etmək olar...

Ümumiyyətlə start heyətindəki oyunçulara diqqət yetirsək, yalnız qapıçı Rza Cəfərli (Neftçi) və müdafiəçi Rahil Məmmədov (“Radomyak”) klublarda sabit çıxışla diqqəti çəkirlər. Estoniya ilə oyunun ən yaxşılardan Coşqun Diniyev belə Türkiyə 1-ci Liqasında 60-70 dəqiqə meydanda qala bilir. Toral Bayramov, Emin Cəfərquliyev, Abbas Hüseynov isə daima “Qarabağ”ın məşqçi heyətinin rotasiyalarının qurbanı olurlar ki, onları meydanda sabit görmək mümkün deyil. Yığmada əsas çatışmayan cəhətlərdən birinin məhz futbolçuların öz klublarında oynamaması və ya nadir hallarda şans qazanmasıdır. Estoniya bizə uyğun rəqib olduğunu və rəqibə 1 xal kifayət etdiyi üçün oyunda nəzərə çarpan üstünlük əldə edə bilsək də, hücumların uğurlu yekunu ilə bağlı problemlər öz həllini Santuşla da tapmayıb.

Estoniya yığmasının illərdir atletik futbola üstünlük verdiyi hamıya bəllidir. Bəs, niyə futbolçularımız belə rəqiblə oyunda daha çox hava ötürmələri ilə rəqib qapısına yol tapmağa çalışırdı. Görünür, ya məşqçi heyəti rəqibi ətraflə təhlil etməyib, ya futbolçular verilən tapşırıqları yerinə yetirmək gücündə deyillər. Digər məsələ fiziki hazırlıqla bağlıdır. 90 dəqiqə topa nəzarət edib, rəqibi təzyiq altında saxlamaq asan deyil. Nəticədə yığma son yaxın ümidini hava toplarına bağladı ki, bu rəqibin ən arzuladığı variant idi.
Dünən U-19 yığmamız İrlandiyaya 0:4 (ilk oyunda İslandiyaya 0:2), U-17 isə Yunanıstana 0:3 (ilk oyunda Macarıstana 0:4) hesabları ilə uduzub. Meydana çıxan 3 komandamızın 1 qol verə bilməməsi gələcəyə hansı ümid verə bilər? Aşağı yaş milliləri qrupda son oyunlar gözləyir, ölkənin əsas heyəti isə İsveçdə meydana çıxacaq. Bütün bunları nəzərə alsaq, Azərbaycan futbolunun ili bədbin notda bitirəcəyi gün kimi aydındır.

AFFA hələ də “Double Pass” və “McKinsey & Company” şirkətlərindən Azərbaycan futbolunun gələcəyini müəyyənləşdirəcək strategiyanı gözləyir. Aylar keçsə də, yazılıb bitməyən layihənin nə zaman təsdiq olunub start götürəcəyi və neçə ildən sonra effekt verəcəyi böyük sual doğurur. Amma aprelin 2-də fəaliyyətə start verən assosiasiyanın yeni rəhbəri Rövşən Nəcəf və komandasının ölkə futbolunun dərdinə çarə tapa biləcəyinə şübhələr artıb. Azərbaycan futbolu isə hər gün bir addım daha geriyə gedir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Noyabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri