Icma.az
close
up
RU
Azərbaycan etibarlı tərəfdaş nümunəsi

Azərbaycan etibarlı tərəfdaş nümunəsi

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Musa Qasımlı,

Azərbaycan Respublikası Milli Məclisi

sədrinin müavini

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarındakı nitqində cənab Prezidentimiz İlham Əliyevin aşağıdakı fikri təkcə dövlət rəhbərləri deyil, bütövlükdə siyasətlə məşğul olan hər bir şəxsin alacağı dərsdir:

“Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq da olmalıdır, çünki tərəfdaşlıqda bütün tərəflər etibarlı olmalıdır".

Gerçəkdən də hər hansı bir işin uğurla alınmasının təməlində hadisə və proseslərin soyuqqanlı, hərtərəfli və dərin təhlili nəticəsində proqnozlaşdırılması və tərəfdaşların etibarlı olması dayanır. Azərbaycan proqnozlaşdırılan, dürüst və etibarlı tərəfdaşdır.

Bunu Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen çıxışında belə etiraf etdi:

“Üç il əvvəl Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi və enerji ticarətinin onun tərəfindən silaha çevrilməsi enerji bazarımızın əsaslarını tam dəyişdi və Avropanın enerji sistemində böyük dəyişikliyə səbəb oldu. Həmin çətin vaxtlarda Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi öz rolunu gücləndirdi. 2020-ci ildə Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql olunmağa başladı".

Avropa İttifaqının bəzi ölkələrinin cəhdlərinə baxmayaraq, özünün milli-dövlət maraqlarını əsas götürən Azərbaycan şimal qonşusu ilə münasibətlərə xələl gətirmədən, bütün tərəflərlə dürüst davranaraq bu işi inanılmaz ustalıqla həyata keçirdi. Azərbaycan Avropanı çətin vaxtlarında boğulmaqdan xilas etdi.

Bəs Avropa İttifaqının bəzi ölkələri, məsələn, Fransa necə davrandı və davranır? Burada bir sıra suallar yaranır. Soruşulur: sizin Ermənistan-Azərbaycan sərhədindəki “binokl diplomatiyası” hansı məqsədlərə xidmət edir?

Sadəcə söz deyil, həm də əməli iş olan dürüstlüyü və etibarlı tərəfdaşlığı Azərbaycan dövlət başçısından öyrənmək faydanıza olar. Öyrənmək isə heç vaxt gec deyildir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see389

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see345

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see335

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see326

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see297

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see282

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see268

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see265

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see260

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see260

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see258

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see255

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see245

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see243

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see241

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see213

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see211

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri