Icma.az
close
up
RU
Azərbaycan Fransanın yeni səfirindən bunu gözləyir

Azərbaycan Fransanın yeni səfirindən bunu gözləyir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Fransa Azərbaycana yeni səfir təyin edib. Diplomat Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri vəzifəsinə gətirilib.

“Fransaya, maraqlarımıza və həmvətənlərimizə Azərbaycanda səfir kimi xidmət edəcək olmağım mənim üçün böyük şərəfdir", - o, sosial media hesabında bildirib.

Diplomat Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Parisin regiondakı siyasəti, xüsusilə də Azərbaycanla münasibətlərin gedişatı fonunda yeni səfirin mövqeyi və atacağı addımlar diqqət mərkəzindədir.

Modern.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa deyir ki, yeni səfirdən gözləntilər barədə nəsə söyləmək çətindir:

"Səfirə hansı tapşırıq verilibsə, onu yerinə yetirir. Bəlkə elə tapşırıq verilib ki, münasibətlər daha da korlansın. Həm də bizim münasibətlərin korlanmasının əsas səbəbi Səfirlik deyil. Keçmiş fransız səfir də münasibətlərin pozulması üçün xüsusi fəaliyyət göstərmirdi. Sadəcə Fransa dövlətinin, xüsusilə Makronun siyasəti münasibətlərin korlanmasına səbəb olmuşdu. O, erməniləri açıq dəstəkləmək yolunu tutmuşdu. Bu da Azərbaycan tərəfinin müəyyən sərt münasibətinə səbəb oldu”.

Komitə sədri vurğulayıb ki, Parisin siyasətinin necə olacağını gözləmək lazımdır: “Siyasət dəyişikliyi olsa, səfir də fərqli bir mövqe ifadə edə bilər. Bu istiqamətdə Azərbaycanla Fransa arasında münasibətlərin yaxşılaşması gözlənilə bilər. Mərkəzdən verilən tapşırıq önəmlidir. Bunu gözləməliyik”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadənin fikrincə, Sofi Laqutun səfir təyin edilməsindən sonra yeni dönəm başlaya bilər:

“Fransa son illər Azərbaycana qarşı qərəzli mövqe göstərmişdi. Xüsusilə torpaqlarımızın azad olunmasından sonra Fransa hökuməti Azərbaycana qarşı diplomayik basqılar, Ermənistana silah təchizatı edirdi. Biz ümid edirik ki, həm sülh sənədlərinin imzalanmasından, həm də səfirin dəyişilməsindən sonra yeni dönəm başlaya bilər”.

F. İsmayılzadə vurğulayıb ki, yeni səfirin münasibətlərin normallaşması və yaxşılaşması istiqamətində addımlar atacağına ümid var:

“Düzdür, səfir çox vaxt mərkəzin tapşırıqlarını yernə yetirir. Odur ki, mərkəzi hökumətin münasibətindən çox şey asılıdır. Eyni zamanda bu yeni səfir, yeni şəxsdir. Ümid edirik ki, səfir münasibətlərin normallaşması, yaxşılaşması üçün əlindən gələni edəcək. Azərbaycanın reallıqlarını, tarixini, mədəniyyətini, Qarabağla bağlı iztirablarını mərkəzə düzgün çatdırsın. Eyni zamanda ikitərəfdli münasibətlərə yeni nəfəs gəlsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri